adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AQİL ABBAS: 5 RAYON NAĞILI

AQİL ABBAS
90608 | 2017-09-22 10:00

Yaman nağıl sevənxalqıq. Özü də nağıllara elə inanırıq ki. Nağılları uşaq başı aldatmaq üçün uydurublar,amma bəla budur ki, day uşaqlar nağıllara inanmırlar. Hərəsinin əlində bir telefon,dünya ilə əlləşirlər, amma biz böyüklər ləzzətlə dinləyirik və həzz alırıq.

Uşaqlıqdan nağıllardanzəhləm gedib. Qardaşları Məlikməmmədin kəndirini kəsdi, Simurq quşunun yazığı gəldi Məlikməmmədin bud ətini qaytarıb öz yerinə yapışdırdı, Ağ atlı oğlan şah babasına sədaqətini sübut elədi,cırtdan bir yağ yaxmacına görə dediyini hamıya yedirtdi. Nə isə…

İndi simurq quşlarıMəlikməmmədin özünü yeyir. Ağ atlı oğlan da day at belində deyil…

O vaxt deyəsən bir«Azərbaycan nağılları» kitabı buraxmışdılar. Qarabağ hadisələri başlayandan sonra BMT, ATƏT-MATƏT, Avropa Birliyi,xarici diplomatlar o qədər Qarabağla bağlı nağıl uydurublar ki, bir yerə toplasan«Qarabağ nağılları» adında 20 cildlik bir kitab buraxmaq olar.

İndi də «5 rayon nağılı». Əslində bu nağıl təzə deyil.Bizim bəzi müğənnilər xalq mahnılarımızı və klassik bəstəkarların mahnılarını mənasızcasınaaranjeman edib camaata sırıdıqları kimi,bu 5 rayon nağılı da belə mənasız aranjemandı.

Məsələn, Duqin əmioğludeyir ki, Ermənistan 5 rayonu qaytarmalıdır.İşğal altında olan rayonların sayı 14-dü.Niyə məhz 5 rayon? Qalan rayonları ermənilərindədəsinə borcluyuq? Nəsə Nalbandyan da belə bir sarsaq söz deyib.

Baxıram, vurhavur mətbuatyazır: beş rayon qaytarılır, nağılın biri bir qəpik. Biz də ləzzətlə qulaq asırıq.

Rəhmətlik Vəfa Quluzadəhər çıxışında deyirdi ki, Qarabağa bir addım da yaxınlaşdıq. Bala-bala gedirdikQarabağa. Bir dəfə hesabladım gördüm ki, Vəfa müəllimin dediyi addımlarla ölçəndə Ağdam Ət Kombinatının yanındayıq.Çox bərk sevindim. Ordan da bizim evə təxminən iki kilometr ola-olmaya. Sevincimi də qəzetdə rəhmətlikləbölüşdüm.

İndi də 5 rayon nağılı. Həmin o 5 rayonun sakinləri sevinclərindən hərəsi bir erkək alıbbağlayıb qapıya ki Məhərrəmlik qurtarandan sonra kəsib toy-bayram eləsinlər.

Makedoniyalı İsgəndər(yadımdan çıxıb deyəsən Murad Acı sübut eləmişdi ki, İsgəndərin babası türk olub)gördü Qordi düyününü aça bilmir, qılıncınısıyırıb hamının canını Qordi düyünündən qurtardı.Sonra o zamankı dünyanın yarıdan çoxunu da işğal elədi.

Aprel döyüşlərindəbiz də Qordi düyününü vurub dağıtdıq, Azərbaycan dövləti öz gücünü-qüdrətini göstərdi, erməni də başını götürüb qaçırdı. Bütün dünya Azərbaycanaüz tutub xahiş elədi ki, döyüşü saxlasın, bu məsələ sülh danışıqları ilə həll olunsun.

Tarixdəki Qordi düyünübəlkə bir nağıldı. Amma bizim Apreldə vurub parçaladığımz «Qordi düyünü» nağıl deyil.

5 rayon nağılı. Apreldöyüşləri nağılları bitirib.

Qarabağdakı «Qordidüyününü», belə desək, Qarabağ kələfini nə dörd qətnaməsi ermənilər tərəfindən zibilliyəatılan BMT həll edəcək, nə həftə səkkiz-mən doqquz gəlib buralarda sümsünən ATƏT-in Minsk qrupunun həmsədrləri,nə də dünyanın hansısa institutları.

Özümüz həll edəcəyik! Və bu dəfəki döyüşlərdə önümüzükimsə kəsə bilməyəcək.

Bunu Möhtərəm Prezidentimizİlham Əliyev də BMT-nin ən yüksək tribunasından bütün dünyaya üz tutaraq qətiyyətləbəyan etdi.

Nağıllarda həmişəişıq tərəfə getmirik ki, orda div və ya divlər oturub. Bizi divlərlə qorxudublar. İndi də div dövlətlərlə qorxudurlar. Day belə nağıllar keçməz, bu dəfə işıq gələn tərəfəgedirik!

Və işıq qorxusunuda Aprel döyüşlərində yendik!


TƏQVİM / ARXİV