İlham Əliyev Trampla görüşdü - FOTO - YENİLƏNİB
Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.
***
(21:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşüb.
Prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.
Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 17-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfərə gediblər.
Digər Xəbərlər
25 Aprel 2024 12:55
İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev
25 Aprel 2024 10:26“Bakı-Moskva əməkdaşlığı həm də BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirilir”
25 Aprel 2024 09:10Prezident sülhməramlıların Qarabağı tərk etməsinin detallarını AÇIQLADI
25 Aprel 2024 09:00