adalet.az header logo
  • Bakı 18°C
21 Sentyabr 2017 11:17
95777
AVTOMABİL
A- A+

“Ştutqart” Sumqayıt sakinlərini sevindirdi

"Müştəri məmnunluğu, bizim sevincimizdir” devizini qarşısına məqsəd qoyan, illərdir dayanmadan və yorulmadan irəliyə doğru addımlayan "Ştutqart” mağazalar şəbəkəsi yeni filialını açdı. Artıq "Ştutqart” mağazalar şəbəkəsi Sumqayıt şəhər sakinlərinə xidmət göstərir. Bu günlərdə təntənəli açılışı olan dükan original ehtiyyat hissələri ilə müştərilərin zövqünü oxşamaqdadır. 

Qeyd edək ki, "Ştutqart”ın Mərkəzi, Mikrorayon, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, Masallı, Lənkəran və s filialları mövcuddur. Həmin dükanlarda satılan ehtiyyat hissələri keyfiyyət və qiymətinə görə, çox ucuz və sərfəlidir. Ona görə də, "Ştutqart”ın mağazaları sürücülərin ən çox etibar etdiyi ünvanlardır. Çünki bu dükanlarda satılan ehtiyyat hissələrinin keyfiyyətinə təminat verilir, alıcı məmnunluğunun qorunması üçün qiymət siyasətinə də xüsusi diqqət yetirilir. 

 Bildirək ki, 2004-cü ildə yaradılmış Ştutqart mağazası müxtəlif növ avtomobil ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. "Ştutqart” yarandığı ildən Azərbaycan alıcısına birinci əldən keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməyə müvəffəq olmuşdur. Şirkət dünyanın müxtəlif ölkələrindən avto ehtiyat hissələrinin ölkəmizə gətirilməsi ilə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distibütoruna çevirilmişdir. 

Mağazalar şəbəkəsi müştərilərin sevincini nəinki keyfiyyətli eytiyyat hissələri təqdim etməklə, həmçinin müxtəlif layihələr həyata keçirməklə də təmin edir. Zaman-zaman hədiyyəli layihələr həyata keçirən şirkət elə Sumqayıt filialının açılışında da sevilən, original eytiyyat hissələrinə dəyər verən müştərilərini hədiyyəsiz qoymadı. Belə ki, əvvəlcədən elan edərək pulsuz kuponları müştərilərinə təqdim etdi. Əvvəlcədən müştərilərə pulsuz paylanmış kuponlar filialın açılış günü lotereya şəkilində oynanıldı. Bununla da Sumqayıt şəhər sakinləri heç bir xərc ödəmədən müxtəlif hədiyyələrə sahib oldular. Bu isə, "Ştutqart” mağazalar şəbəkəsinin müştəri məmnunluğuna nə dərəcədə önəm verdiyini göstərir.