adalet.az header logo
  • Bakı 12°C
20 Sentyabr 2017 22:33
16857
ƏDƏBİYYAT
A- A+

DÜNYANIN ƏN BÖYÜK 25 İMPERİYASI

Osmanlı imperiyası

Türk imperiyası, eləcə də Türkiyə kimi adlandırılan Osmanlı ikinci Mehmet tərəfindən Konstontinopolun işğalından sonra imperiyaya çevrildi. Osmanlı imperiyası 623 il yaşamış, 1922-ci ildə isə dağılmışdır.

Makedoniya imperiyası

Makedoniya kralı böyük İsgəndərin ən böyük hədəfi dünyanı işğal etmək idi. O, hakimiyyətə keçdikdən sonra İoniya dənizindən başlayaraq Himalay dağlarına kimi böyük bir imperiya qurdu. Makedonaylı İsgəndər eləcə də dünyanın ən güclü və uğurlu liderlərindən biri kimi tanınmışdır.

Tanq imperiyası

Tanq imperiyası Asiya tarixində ən güclü imperiyalardan biri kimi qeydə alınmışdır. 80 milyon əhalidən ibarət olan bu imperiya tarixə dünya təbabətinin yaradıcıları kimi düşmüşdür.

Qızıl Ordu xaqanlığı

Qızıl Ordu kimi tanınmış bu Qıpçaq xaqanlığı XIII əsrdə qurulmuş və qısa müddət yaşadıqdan sonra 1395-ci ildə urdu xalqının baş qaldırması nəticəsində dağılmışdır.

Mauriya imperiyası

Çandraqupta Mauriya tərəfindən eramızdan əvvəl 322-ci ildə qurulmuş və bu, hind tarixində ən böyük imperiya kimi qeydə alınmışdır. Güclü kənd təsərrüfatına və yaxşı inkişaf etmiş alverə malik olan bu imperiya regionun iqtisadi lideri idi. Eləcə də Mauriya hinduizm, buddizm və cainizm kimi dinlərin sülh içində yaşadığı imperiya idi.

Göktürk xaqanlığı

552-ci ildə Bümin xaqan və onun oğulları tərəfindən qurulan bu ilk türk dövləti türk imperializminə başlanğıc olmuşdur. Çinin şimal hissələrini işğal etdikdən sonra çinlə müharibəyə girən xaqanlıq müharibə sonrası dağıldı. İlk türk imperiyasının dağılmasından sonra həmin imperiyanın şərq ərazisində yenidən ikinci türk imperiyası quruldu.
Bu imperiya haqqında qədim Orxon-Yenisey abidələrində rast gəlmək olar.
Nasist Almaniyası

XX əsrin ən məşhur liderlərindən biri olan Adolf Hitler hakimiyyətə keçdikdən sonra Almaniya tarixinin ən qəddar və ən güclü dövləti olan nasist Almaniya dövlətini qurdu. Üçüncü reyd kimi tanınmış bu dövlət hərbi cəhətdən o dövrün ən güclü dövləti sayılırdı. Lakin qeyri-düzgün siyasət nəticəsində 1945-ci ildə nasist imperiyası dağıldı.

Xan dövləti

400 ildən artıq davam etmiş bu dövlət Çin tarixinin ən uğurlu dövləti hesab olunur. Hətta indiyə kimi Çin xalqının əksəriyyəti özünə "Xan xalqı" və əlifbasını "Xan əlifbası" kimi adlandırır.

Roma imperiyası

Dünya tarixinin demək olar ki, əksər hissəsini yazmış və müasir dövrə kimi öz əsaslarını gətirib çıxarmış Roma imperiyası təxminən 1500 il həyat sürmüşdü. Özündə çox cəhəti birləşdirən, eləcə də dil, din, memarlıq, riyaziyyat, fəlsəfə qanunu kimi elmlərin əsasını qoymuş bu imperiya, eləcə də ən güclü ordu taktikasına malik idi.
Bu imperiya Avropanın böyük bir hissəsini, Afrikanın şimalını, Asiyanın isə cənub-şərqini əhatə edən böyük bir imperiya idi.

Minq dövləti

Minq dövləti böyük Minq tərəfindən qurulduqdan sonra Çin tarixinə böyük təsirlər göstərdi. Minq dövlətində demək olar ki, əsas istiqamət fəlsəfəyə və ədəbiyyata yönəlmişdi. Eləcə də bu dövlətdə sosializmin sterotiplərinə də rast gəlmək olar.

Sasani imperiyası

Qədim dövrün ən inkişaf etmiş imperiyalarından biri sayılan Sasanilər imperiyası fars tarixinin ən gözəl dövrü sayılır. Öz adətlərini və ədəbiyyatını demək olar ki, bütün dünyaya yaydı. Hal-hazırda şeirləri əsasən fars üslubundadır.

Yapon imperiyası

Öz güclü taktikaları və döyüş fəlsəfəsiylə dünyaya tanınmış Yapon imperiyası, eləcə də dünya təbabətinə böyük təsir göstərmişdi. Yapon imperiyası, eləcə də öz irqçiliyi və millətçiliyi ilə tanınmışdır.