adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Sentyabr 2017 11:51
23962
MARAQLI
A- A+

Mərhəmətli timsah

İndoneziyada "cadu" ritualından sonra timsahın kişi cəsədini geri qaytardığı barədə video xeyli sayda istifadəçi tərəfindən paylaşılıb. Yerli mətbuatın verdiyi məlumata görə, Syarifuddin adlı 41 yaşlı kişi, Cakartadan 1500 km şimal-şərqdə, Şərqi Kalimantanın Berau kəndi yaxınlığındakı çayda çimərkən uzunluğu iki metr olan bir timsah onu qaparaq aparıb. Baş verən hadisənin şahidi olmuş kişinin dostu bu barədə yerli polisə xəbər verib. Lakin Syarifuddini tapmaq mümkün olmayıb. Səhərisi gün kəndlilər yardım üçün "timsah ovsunçusuna" müraciət edir. Ovsunçu özünün cadu mərasimini yerinə yetirəndən sonra dişində həmin kişinin cəsədi ilə timsah peyda olur və cəsədi sahil yaxınlığında ağzından buraxır. Timsahın kişini öldürən timsah olub-olmadığı naməlum qalır.