adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Sentyabr 2017 10:57
31404
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Gözlərinə məni unutdur
































Nə qədər kədər var , sayla, ver mənə
Ağrısın heç kəsə yayma, ver mənə...
Gün ilə, həftəylə, ayla ver mənə - 
amma ürəyini, sevgisiz qoyma!

Özünü, sözünü möhkəm tutub, dur
onsuzda qəm məni çoxdan udubdur...
Çalış gözlərinə məni unutdur -
amma ürəyini, sevgisiz qoyma!

Doğra buda-budaq, kəs qanad-qanad
özün deyənədək "bəs!" - qanat- qanat...
ötsün başım üstən səs, qanad-qanad -
amma ürəyini, sevgisiz qoyma!

Göstərib üzünü yara tərsinə,
axıt çay aşağı, ara tərsinə...
sən çək Əbülfəti dara tərsinə-
amma ürəyini, sevgisiz qoyma!