İZİ, SÖZÜ ƏN YÜKSƏK MƏQAMLARDAN GÖRÜNƏN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
54036 | 2017-09-19 17:55

SöhbətBeynəlxalq Avroasiya Mətbuat Fondundan gedir

HəmsöhbətimFüzulidə doğulub. Bir az da dəqiq desəm, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində.Mən də onu hələ 80-ci illərin əvvəllərindən tanıyıram. Bizim yolumuz Füzulirayonunda fəaliyyət göstərən və həyatda gördüyüm ilk diri şair rəhmətlik MətləbMisirin rəhbərlik etdiyi "Ərgünəş" ədəbi birliyində kəsişmişdi. Onagörə "diri şair" sözünü vurğulayram ki, orta məktəbin son siniflərindəoxusam da, həyatda üz-üzə gəldiyim ilk şair idi Mətləb Misir. Digərlərini yatelevizorda görmüşdüm, ya da kitablarında şəkillərini. Amma Mətləb Misirlə həmin"Ərgünəş" dərnəyində qarşılaşdıq. Bu dərnəyə gələnlərin arasında rəhmətlikOruc Səda, Sabir Rüstəmov, Vahid Əlifoğlu və başqaları da var idi. İndi o dərnəyinfəaliyyət göstərib-göstərmədiyini deyə bilmərəm, amma o dərnəyin üzvlərindəngörüşdüklərim var. Onların arasında Süleyman Qaradağlı, Mübariz Piriyev, QalibElsevər və digərlərilə tez-tez qarşılaşırıq. Bax, tez-tez qarşılaşdıqlarımdanbiri də Umud Rəhimoğludu.

BizUmud Rəhimoğlu ilə həmin dərnəkdə tanış olanda onda Umud Mirzəyev 6-cı sinifdəoxuyurdu, mən isə 9-cu sinifdə. Və Umud da dərnəyin yaşca ən balaca üzvlərindənbiri idi. İndi şükürlər olsun ki, bir vaxt balaca saydığımız həmin o Umud Rəhimoğlu artıq özünü Azərbaycanınhüdudlarından da kənarda tanıdır, sevdirir və bir az da pafoslu desəm, onun səsi ən mötəbərtribunalardan, ən nüfuzlu konfranslardan, simpoziumlardan, beynəlxalq görüşlərdəngəlir. Lap sadə, ərkyana desəm, indi o, BMT-nin qapısını da "ayağınınucuyla" açır. Bax, belə bir yol keçir Umud Rəhimoğlu. Və mən də onunlasöhbət etməyə ona görə tələsdim ki, UmudRəhimoğlu ömrünün 25 ilini məhz bu gün qazandığı mərtəbəyə, ucalığa görə sərfedib. Bu ucalığın yolu heç də asan olmayıb. Onu bilməyənlərə, bundan xəbərsizolanlara həmin yolun dolanbacları barəsində Umud Rəhimoğlu özü danışır:

-Öncə bu söhbətə məni də qoşduğuna, xatirələrin əlindən tutub məni də keçmişəapardığına görə, sənə təşəkkürümü bildirirəm. O ki, qaldı yolun əvvəlinə...

Bildiyinkimi, mən ali təhsilimi Moskva şəhərindəalmışam. Və elə orada oxuduğum illərdəbeynəlxalq əlaqələrə, ictimai işlərə, xüsusilə Azərbaycanı tanıdacaq,sevdirəcək fəaliyyətə xüsusi marağım olub. Həyat elə gətirdi ki, bir neçədostumla birlikdə Moskvada oxuduğumuz illərdə artıq bir qeyri-hökumət təşkilatınınlayihəsini, nizamanməsini, proqramını hazırladıq. 1992-ci ildə bizim yaratmaqistədiyimiz Beynəlxalq Avroasiya Mətbuat Fondu Bakıda qeydiyyata alındı. Yaxınhəmkarlarımla birlikdə biz öncə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçünfondun işini gücləndirdik. Qısa vaxtda artıq dünyanın bir çox aparıcı mətbuorqanlarıyla, agentlikləriylə, parlamentləriylə, hətta ayrı-ayrı siyasifiqurlarıyla əlaqələr qura bildik. Necə deyərlər, yorulmağın nə olduğunuunudub, istirahətin nə demək olduğunu yaddan çıxarıb hamımız bir nəfər kimi 20Yanvar faciəsini, Qarabağ dərdimizi dünyanın diqqət mərkəzinə təqdim etməkyolunda səfərbər idik. Təbii ki, bu işdə bizim bir yardımçımız da rus vəingilis dilləri vasitəsilə dünyaya çıxmağımız idi. Artıq çap etdiyimiz yazılar, məqalələr, kitabçalar,hətta məlumat xarakterli bilgilər və fotoalbomlar beynəlxalq təşkilatlarınofislərində görünməyə başlamışdı. Bax, bu israrlı fəaliyyətimiz bizi ölkə içərisində bir az arxa plana çəksə də, amma sərhədlərdənkənarda kimliyimiz görünməyə başlayırdı. Özü də biz xaricdəki düşmənlərimizlə dəmübarizə apara-apara onların yalanlarını ifşa edə-edə bu işi görürdük. Nəticəsidə yavaş-yavaş müsbət bir ovqat yaradır, fəaliyyətimizin doğru istiqamətdəolduğunu büruzə verirdi. Bu gün fəxrlə deyə bilərəm ki, Avroasiya Mətbuat Fondu25 ildə ABŞ Dövlət Departamenti, BMT, Avropa Komissiyası, Dünya Bankı, BeynəlxalqMətbuat İnstitutu, Beynəxalq Jrnalistlər Federasiyası, eləcə də Qaçqınlar vəSığınacaq Axtaranlar üzrə Avropa Şurasıvə digər nüfuzlu qurumlarla əlaqə yarada bilib. Onların nümayəndələrinirespublikamıza dəvət etmişik. Bakıdadünyanın diqqətini çəkə biləcək nüfuzlu simpoziumlar, konfranslar təşkiletmişik. Həmçinin bizim nümayəndələrimiz beynəlxalq təşkilatların tədbirlərindətəmsil olunublar.

Əgərgörülən işlərin təkcə siyahısını kağıza köçürmək zərurəti yaranarsa, onda bunaxeyli vaxt sərf etmiş olacağıq. Amma mən görülən işlərin keyfiyyətini daha önəməlisayıram. Yəni bu gün cəbhə bölgəsində fondun bilavasitə ofisləri fəaliyyət göstərirsə,sakinlər Tərtərdə, Füzulidə, Ağstafada fikirlərini, problemlərini bölüşmək üçünhəmin ofislərə üz tutursa, artıq bu, müsbət bir göstərici olmaqla yanaşı, həm dəişin görülməsindən xəbər verir. Üstəlik, bizim təşkilat Rusiyanın, Baltikyanırespublikaların, eləcə də Avropanın bir çox beynəlxalq qurumlarında da təmsil olunursa, onlarla birgə əməkdaşlıqedib imzalanmış müqavilələr əsasında qarşılıqlı öhdəliklərə uyğun olaraq ortayakonkret fəaliyyət nəticəsi qoyursa, bax, bunun özü sevindiricidi. Zənnimcə, bizişimizi bu istiqamətə yönəltdiyimizdən, prinsiplərimiz konrket olduğundan həmözümüz üçün, həm də bizimlə işləmək istəyənlər üçün hər şey normal bir məcrada davam edir. Belə birkonkret fəaliyyət proqramının bəhrəsidirki, bu il Nobel Sülh mükatçılarından biri olan və BMT-nin sülhçağırışçısı kimi tanınan Məhəmməd Yunus ölkəmizə təşrif buyurdu. O, bizim dəvətimiziqəbul edərək Azərbaycana qonaq gəldi. Azərbaycanprezidenti onu qəbul etdi, fikir mübadiləsi aparıldı. Bizim ofisdə keçirilənçox möhtəşəm bir təqdimetmə mərasimində onun çıxışı, keçirdiyi görüş hamımızın yadında qaldı. Elə buradacaonu da vurğulayım ki, əvvəllər ildə birdəfə olmaq şərtiylə Məhəmməd Yunus təşəbbüsüilə Dəkkə şəhərində dünyanın 50-dən artıq məmləkətindən 3000 nəfərə yaxın təmsilçiolan vətəndaş cəmiyyətlərinin nümayəndələri, iş adamları, sahibkarlar, elmadamları bir yerə toplaşıb "Dünya Sosial Biznes Günü" mərasimikeçirirlər. Bu il isə həmin mərasim məhz Azərbaycanda keçirildi. Bu vaxta qədərisə keçmiş Sovetlər Birliyinin heç bir respublikasında, o cümlədən də bizəyaxın ölklərdə belə tədbir keçrilməmişdi.Sevindirici haldır ki, həmin tədbirin keçirilməsinə ölkə rəhbərliyinintapşırığıyla Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi də böyük dəstəkvermişdi.

Bugün gördüyümüz işlər içərisində ən önəmli məqamlardan biri informasiyablokadasını yarmaqla yanaşı, həm də öz informasiyamızı birbaşa ilk nöqtədən sondinləyiciyə, qəbuledənə qədər çatdırmaqdı. Yəni informasiyanın birinci əldən dünyaya çıxmasıdı.Fəxrlə deyə bilərik ki, aparılaninformasiya müharibəsində biz artıq öz gücümüzlə, öz imkanlarımızla müəyyənişlərə imza ata bilmişik. Bizim bu fəallığımız sayəsində təkcə müharibənin didərginsaldığı uşaqlarla bağlı əlil, valideynini itirmiş himayəsiz uşaqların, eləcə dəmüharibədə qətlə yetirilmiş azyaşlıların hüquqları, onların yaşadıqları həyat,onlara qarşı edilmiş cinayət faktları çox qısa bir vaxtda tərəfimizdən dünyamediasına, dünya qurumlarına tirajlanır. Elə bu il baş vermiş cinayət faktını,yəni Alxanlı kəndində şəhid olmuş azyaşlının yaşantıları da, faciəsi də digərdövlət qurumları ilə yanaşı, bizim Avroasiya Mətbuat Fondu tərəfindən aparıcımedialara yönəldilmişdi.

Oxucularaçatdırmaq istəyirəm ki, təkcə ağrılarımızı, acılarımızı, itkilərimizi deyil, qazandığımız uğurları da, tarixi həqiqətlərimizidə, dövlətçilik yolundakı təcrübəmizi də, bir sözlə, Azərbaycanı olduğu kimidünyaya çatdırmaq üçün biz öz imkanlarımızdan maksimum istifadə edirik. Birfaktı xatırladım ki, təkcə son illərdə Beynəlxalq Mətbuat İnstitutu ilə birlikdə"Neft, Qaz və Media", ADA Universiteti ilə birlikdə "Media vətolerantlıq", Respublikanın Dini Qurumlar üzrə Dövlət Komitəsi ilə birlikdə"Dinlərarası münasibətlərdə medianın rolu", Münaqişələrin aradanqaldırılmasında medianın rolu", "Media və vətəndaş cəmiyyətiharmoniyası" Avropa Birliyi ölkələrinin nümayəndələri ilə birlikdə Bakıda"Frankofonya" adlı möhtəşəmbir tədbir də keçirmişik. Və bu istiqamətdə işlərimiz də təbii ki, davametdirilir. Düşünürük ki, ilin sonunakimi dünyanın ən aparıcı media şəbəkələrindən olan Əlcəzirə Media şəbəkəsi ilədə daha sıx əməkdaşlığa nail olaq.

Mən gördüyümüzişlərin hər birinin konkret bir layihə olduğunu da vurğulamaq istəyirəm. Əgər təkcəbu layihələrin adlarına fikir versəniz, onda görərsiniz ki, biz qarşımıza nə qədərböyük vəzifələr qoymuşuq. Həmin layihələrin adları, məsələn, "Evdə sülh,ölkədə sülh, cahanda sülh", "Beynəlxalq mina təhlükəsi ilə mübarizəProqramı", "NATO və regional təhlükəsizlik" və digərləri söylədiyimqəbildəndi. Bu istiqamətdə qurduğumuz işləri həm də digər ölkələrin təmsilçiləriilə birlikdə hazırlamağa çalışırıq. Məsələn, Macarıstanla birlikdə"Müharibə fotolarda", Rusiyayla birlikdə "Novruz və milli-mənəvidəyərlərimiz" söylədiyim layihələrin tərkib hissəsidi və bu layihələrin dəməramı çəkilmiş sənədli filmlər vasitəsilə özümüzü dünyaya tanıtmaqdı.

Bu gün görülənişlərin hər biri barəsində ətraflıdanışmaq haqqımız olsa da, amma bir gerçək də var. O da bütün bu işlərin Azərbaycannaminə edildiyini və Azərbaycana gərək olduğunu bildirməkdi. Belə olduğu haldaözümüzün özümüz barəsində uzun-uzadı danışmağımız doğru deyil. Sadəcə, birfaktı vurğulamaq istəyirəm ki, Beynəlxalq Avroasiya Mətbuat Fondu 25 ildi şərəflibir yol keçibdi. Biz bu yoldaqazandıqlarımızın sevindirici olduğuna inanırıq və o inamla dayubileyimizi qeyd edirik...

...Bəli, BeynəlxalqAvroasiya Mətbuat Fondunun 25 yaşını qeyd olunduğu günlərdə həmsöhbət olduğumUmud Rəhimoğlunun təvazökarlıq edib demədiyibir-iki məqamı da mən xatırlatmaqistəyirəm. Bilənlər bilir, bilməyənlər isə yaddaşına yazsın ki, məhz bu fondundəstəyi, təşəbbüsü ilə Azərbaycan Mətbuat Şurası, eləcə də Milli Qeyri-HökumətTəşkilatları Forumu yaradılmışdı. Yəni bu işdə əsas təşəbbüsçü məhz Umud müəlliminrəhbərlik etdiyi fond olmuşdu. Bu gün də həmin fondun yaradılmış bu nüfuzlu təşkilatlaraəlaqəsi kifayət qədərdi və üstəlik fondun ölkəmizin xaricdəki bütün səfirlikləriilə əlaqələri, həmçinin UNİCEF, Beynəlxalq Miqrasiya Təşkilatı, UNHCR ilə sıx əlaqələrivar. Yekun olaraq vurğulayım ki, hörmətli Umud Rəhimoğlu və onun komandasıbizim, yəni Azərbaycanın gerçəkliklərini həm çatdırmaq, həm də təmsil etməkkimi böyük bir missiyanı uğurla yerinə yetirir. Bu uğurun yaşı hələ ki, 25ildi. İnanırıq ki, əsrin dörddə biri zaman keçəndən sonra əsrin yarısına, dahasonra isə qərinəyə bərabər olacaqdı.

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV