adalet.az header logo
  • Bakı 18°C
19 Sentyabr 2017 17:28
5980
HADİSƏ
A- A+

Zavodda baş verən yanğın söndürülüb - Yenilənib

Təxminən iki saat əvvəl Gazelli Group şirkətinə məxsus anbarların birində qısaqapanma baş verib. Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb.

Bunu "Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.

Onun sözlərinə görə, hazırda heç bir problem yoxdur: "Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-lərdə guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".(azvision)

**

Bakıda zavod anbarında yanğın başlayıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlaması barədə məlumat daxil olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerinə gedib.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın Xəzər rayonunda fəaliyyət göstərən "Gazelli” kosmetika zavodunun anbarında qeydə alınıb.