adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2017 14:52
12604
SAĞLAMLIQ
A- A+

Stressi 5 dəqiqəyə azaldın

Keçən əsrin 80-ci illərində Amerika psixoloqu Ceyms Pennebeyker sübut edib ki, gündəliyin aparılması stressi azaldır və immun sistemini möhkəmləndirir.

Sağlamolun.az-ın məlumatına görə, son araşdırma zamanı Miçiqan Universitetinin (ABŞ) alimləri sübut edib ki, kağızda həyəcana səbəb olanları qeyd etməklə stressi həqiqətən xeyli azaltmaq mümkündür.

Alimlər hər gün 5 dəqiqə ərzində stress, əsəbilik və həyəcana səbəb olanları qeyd etməyi tövsiyə edirlər.

Müasir insanların əksəriyyəti stress və həyəcanla dolu həyat sürür. Stress isə immun sistemini zəiflədir, ürək-damar sistemi xəstəliklərinin riskini artırır, beyinin fəaliyyətini pozur və s. Belə vəziyyətdə stressi azaldan üsulları bilmək və onlardan istifadə etmək çox vacibdir.