adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Sentyabr 2017 14:22
17911
MƏDƏNİYYƏT
A- A+

ALLAH BU MEHRİBANÇILIĞI ƏLİMİZDƏN ALMASIN

Qəzetələrdə oxudum ki, mədəniyyət ocağı sayılan İrəvan Dövlət Dram Teatrında babat bir dava düşüb, söyüşün biri də bir qəpik. Gülmək məni tutdu.

Ağdamın Ağdam vaxtı Musiqi Texnikumunun müəllimləri səhər-səhər pambıq yığımına gedirlər. Zaman o zamanıydı ki, təkcə şagirdlərə, tələbələrə deyil, müəllimlərə də pambıq yığdırırdılar. Özü də o müəllimlərə ki barmaqları qızıl idi və barmaqlarııyla yaşayırdılar, yəni tar müəllimi, piano müəllimi, kamança müəllimi və sair və ilaxır.

Avtobusda bərk söz davası başlayır: bu onu söyür, o bunu təhqir edir. «Qarabağ» komandasının qurucusu, məşhur futbolçu, bir zamanlar komandanın məşqçisi Adil Nadirov da texnikumda tar müəllimi idi. Qalxır ayağa, bir müsibətlə hamını sakitləşdirir ki, sözüm var. Nəhayət, hamını sakitləşdirəndən sonra deyir:

- Allah bu mehribançılığı bizim əlimizdən almasın.

Bu yadıma düşdü, güldüm. İndi Allah bu mehribançılığı İrəvan Dövlət Dram Teatrının kollektivinin əlindən almasın.