adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BMT PEÇENYESİ

MEHMAN CAVADOĞLU
58120 | 2017-09-19 13:55

Avqustun axırlarında Myanmada alovlanan növbəti münaqişə ocağınıbəziləri obrazlı şəkildə "Yeni Fələstin”adlandırsalar da, əslində hər iki münaqişə təxminən eyni vaxtda dünyayagöz açıb. Fərq yalnız ondan ibarətdir ki, bu Cənubi-Şərqi Asiya ölkəsində başverən qanlı olaylar dünya ictimai fikrinin gündəmini Yaxın Şərqdəki hadisələrkimi daim yox, ara-sıra məşğul eləyir, növbəti gərginlik dalğası başlayandaəvvəlki artıq çoxdan unudulur. Sönmür, sadəcə unudulur. Problemlə yaxındanmaraqlanandasa baxıb görürsən ki, məsələ düşünüldüyü qədər sadə deyil, zahirəndünyanın vərdiş etdiyi milli, etnik, dini və s. bu kimi münaqişələri xatırlatsada, bir unikal cəhətinə görə onların hər birindən fərqlənir. Hökumət qüvvələriyləRakxayn mücahidləri arasında illərlə davam eləyən qanlı olaylar tərəflərdənbirinin leksikonunda "separatizm”, terror”, digərinin dilindəsə "qətliam”adlandırılır. Bunlar siyasi qiymətləndirmədir, sözüm yox. Problemin hüquqi adı isənədir bilmirəm, amma nədirsə bütün XXI əsrə parodiyadır.

Vaxtilə bir çox ölkələrdə qulların əslmüsibəti onlara azadlıq veriləndən sonra başlayırdı. Azadsan, amma minimumyaşayış imkanı – başını soxmağa bir daldanacaq, ağzına atmağa bir loxma zəqquyoxdur, indi yaşa görüm, necə yaşayırsan, indi get görüm, hara gedirsən.Nəticədə ömrü boyu azadlığa qovuşmaq arzusuyla qovrulan həmin qulların böyükəksəriyyəti bu dəfə artıq könüllü şəkildə öz qul həyatını davam etdirərək, ağalarınasədaqətli xidmət yolunu seçirdilər. 1948-ci ildə Birmaya azadlıq verən ingilisağaları da bir zamanlar Hindistanın Benqal vilayətindən ucuz işçi qüvvəsi kimi(oxu, qul kimi) bura köçürdüyü öz miskin təbəələrini başlı-başına, bir az dadəqiq desək, yeni ağalarla baş-başa buraxıb regionu tərk elədilər. Arakanmüsəlmanlaranın qara günləri də elə bundan sonra başladı, özünün bu dünyadamövcudluğunu sübut eləmək üçün əl boyda kağız ala bilməyən bütöv bir xalq "sənədyoxdursa, insan da yoxdur” məşhur deyimində nəzərdə tutulan situasiyanınsubyektinə çevrildi.


Qısatarixi arayış

Hindistanın cənubunda yaşayan müsəlmanbenqallarınMyanmanın (1989-cu ilə kimi Birma) Arakan vilayətinə kütləvi miqrasiyasıingilislərin hökmranlığı dönəmində başlayıb. Onları çəltik plantasiyalarındaucuz işçi qüvvəsi kimi işlətmək üçün bura köçürüblər. Birma 1948-ci ildəmüstəqilliyini qazanandan sonra hökumət Rakxayn müsəlmanlarına vətəndaşlıq verməkdənimtina edərək bu günə kimi davam edən silahlı qarşıdurmanın əsasını qoyub.

Həminvaxt öz həmvətənləri olan benqallarla birlikdə Pakistanın tərkibinə qatılmaq istəyənroxincalılar arasında separatizm meylləri güclənir. Benqal müsəlmanlarıPakistanla vahid dövlətdə birləşsə də hindlilərə qarşı Arakan müsəlmanlarındanistifadə edən ingilislər onlara bu fürsəti tanımır. Arakan seperatizmininqarşısını almaq üçün Birma hökuməti regionda hərbi vəziyyət elan eləyir. Həminvaxtdan başlayaraq ta bu günə kimi bir müddət sonra adı dəyişdirilərək Rakxaynqoyulacaq Arakanda müsəlman-buddist qardurması davam eləyir. Birmanınmüstəqillik qazandığı 1948-ci il həm də Arakanlıarın müstəqillik uğrundamübarizəyə qalxdığı, bu məqsədlə təşkilatlanmağa başladığı il oldu və "Arakanmüsəmanlarının xilaskar ordusu” adlı təşkilat yaradıldı.

1971-ciildə Şərqi Pakistan, yəni bu günkü Banqladeş Pakistandan ayrıllb ayrıca dövlətolduqdan sonra Arakanı öz tərkibinə qatmağa çalışır. Bu məqsədlə əsas bazası vətəlim düşərgələri Banqladeşdə olan müxtəlif silahlı təşkilatlar yaradılır.60-70-ci ilər ərzində çoxsaylı hərbi toqquşmalardan sonra Birma ordususeperatizm cəhdlərinin qarşını almağa nail olur və nəticədə təkcə 1978-ci ildə250 min nəfər roxincalı Banqladeşə qaçır. Ancaq münaqişə ocağı nəinki sönmür,ilbəil alovlanmaqda davam edir. Dəyişən yalnız qaçqınları artıq bir kimsənin,heç Banqladeş özünün də qəbul eləməməsi və bir də Al-Kaidə, İSİD kimibeynəlxalq islamçı radikal qurumların onları öz qanadları altına almasıdı.

Sonu hələ ki, üfüqlərdə dəgörünməyən, adı-soyadı heç düz-əməlli "beynəlxalq reestrə” də düşməyən (düşənlərin aqibəti kimə olmasa da bizə yaxşıməlumdur) bu münaqişənin bir özəlliyi də ondadır ki, artıq iki əsrə yaxındır Arakandaməskunlaşmış roxincalıların geriyə qayıdışı, sadəcə, mümkün deyil. Banqladeşdəöz din qardaşlarını nə gözləyən var, nə də onların dərdindən ölən. Yox, problemheç də banqladeşlilərin daşürəkli olmasında deyil, problem heç roxincalılarınguya ayrı xalq olması barədəki ermənisayaq ("Dağlıq Qarabağ xalqı” avantürasınıxatırlayın ) demoqoqiyalarda da deyil, problem daha çox Banqladeşin Asiyanıncırtan dövləti olan Maldivdən sonra əhali sıxlığından ən çox əziyyət çəkən ölkəolmasındadır.

İndi Rakxaynda nə qədər müsəlmanınyaşaması haqqında dəqiq məlumat yoxdur. Benəlxalq qurumlar 1milyon söyləyir,Myanmanın radikal ovqatlı bəzi mətbuat orqanları, görünür, əhalinin təşvişiniartırmaq üçün 2,5 milyondan dəm vururlar. Ərazisi 36 min kvadrat kilometr olsada müsəlmanlar vilayətin təxminən üçdə birində məskunlaşıblar. Əlbəttə, bu eləböyük rəqəm olmasa da darısqallıqdan havası çatmayan Banqladeş üçün genişnəfəslik olardı. Ona görə də onlara roxincalılardan çox, Rakxayn lazımdır. Ammahər dəfə münaqişə alovlananda Banqladeş torpaq əvəzinə növbəti qaçqın dalğasıilə üzləşərək dar yerlərini bir az da daraldırlar. Təkcə son toqquşmalarda müxtəlifmənbələrin məlumatına görə onların sayı 200-400 min nəfərdir və hələ ki, hərgün də artmaqda davam edir.

Ötən əsrin ortalarından başlayan bumünaqişənin xarakterində yalnız bir köklü dəyişiklik olub: proses Banqladeşinpatronajlığından çıxaraq beynəlmiləlləşib, daha doğrusu, Əl-Qaidə, İSİD kimiradikal islamçı təşkilatların və "Sudiyyə Ərəbistanındakı xüsusi şəxslərin”nəzarətinə keçib. Sonuncu ütülü ifadə uzun illər qeybə çəkiləndən sonra sonillərdə fəallaşmağa başlayan "Arakan müsəmanlarının xilaskar ordusu”nun məsulşəxslərinə məxsusdur. Mətbuata açıqlamalarında elə-belə də deyiblər: "BiziSəudiyyə Ərəbistanından və Pakistandan olan bəzi xüsusi şəxslər müdafiəedirlər”. Radikal müsəlman təşkilatlarının və "xüsusi şəxslərin” himayəsinəkeçən roxinca döyüşçülərinin mübarizə taktikası da dəyişir. Əvvəllər daha çoxcinayət əməli sayıla biləcək üsullardan (soyğunçuluq, zorlama, sui-qəsd)istifadə edən mücahidlər artıq hərbi postlara, xüsusi mühafizə dəstələrinə,bütöv yaşayış məntəqələrinə sistemli hücumlar təşkil etməyə başlayırlar.

Bütün münaqişələrdə olduğu kimu roxincamünaqişəsində də tərəflərin hər birinin öz həqiqəti var. Buddistlərmüsəlmanları yerli əhali saymır, onların çəltik plantasiyalarında ucuz işçi qüvvəsi kimi istifadə eləmək üçün ingilislərtərəfindən kütləvi şəkildə bura köçürüldüyünü söyləyirlər. Deyirlər ki, ingilislər gedəndən sonra da banqladeşlilərinRakxayna köçü səngimək bilmir, boştorpaqlar əldə eləmək ümidiylə qeyri-leqal yollarla daim Rakxayna axışır, yeniyaşayış məskənləri salır və nəticədə özlərinin bir qarış torpaqlarını da gəlmələrəgüzəştə getmək istəməyən yerli əhaliylə ölüm-dirim savaşı səviyyəsinə çatan vəsonu görünməyən bir konfilkt yaşayırlar. Nəhayət, onlar müsəlman benqallardır,özlərini bu yerlərin qədim sakini saymaq üçün ötən əsrin ortalarında adlarınıdəyişərək ştatın adına uyğun olaraq roxinca adlandırıblar.

Müsəlmanlar isə əksinə, özlərini vilayətinqədim sakinləri sayır və hökuməti onların haqqlarını tanımamaqda ittiham edirlər.Yuxarıda da dediyimiz kimi, bir insanın belə vətəndaşlıq haqqının əlindənalınmasının böyük siyasi tozanaq qopartdığı XXI əsrdə artıq neçənci nəsli burdadoğulan insanların, bütöv bir xalqın (həqiqətən də lap XIX əsrdə buraköçürülsələr belə) heç bir haqqınıtanımamaq, onlara vətəndaşlıq verməmək, nəticə etibarıyla əmək, seçki, təhsilhüququndan, səhiyyə xidmətindən məhrum eləməyin adına nə deyəsən bilmirsən. Onlardabu güc hardandır? Bəlkə başqa cür deyək? Görəsən, bu onların gücünün hökmüdür,yoxsa qarşı tərəfin gücsüzlüyünün?

1962 - ci ildən hərbi xuntanın idarəelədiyi Nyanmada 2011-ci ildə hökumət mülki şəxslərə veriləndən sonra onlarroxincalıların vətəndaşlıq probleminihəll etmək istəsələr də buddist rahiblərin təzyiqləri qarşısında geri çəkilməyəməcbur oldular. 2015-ci ildə Rakxayn hadisələri ilə bağlı son günlərdə adı uzunillər hərbi xuntanın təzyiq və təqiblərinə məruz qaldığı, ev dustaqlığındayaşadığı dönəmlərdən də çox gündəmdə olan Nobel ödüllü Aun San Su Çjininrəhbərlik etdiyi (indi o, baş nazir və xarici işlər naziri vəzifələrinidaşıyır) Demokratiya Uğrunda Milli Liqa hakimiyyətə gələndən sonra da müəyyənaddımlar atılmağa başladı. Aun Sun Su Çjinin təşəbbüsü ilə bir il əvvəl BMT-ninkeçmiş baş katibi Kofi Annanın rəhbərliyi altında roxinca müsəlmanlarınınproblemləri ilə bağlı xüsusi komissiya yaradıldı.

Bəli, həmin komissiyanın bir illikfəaliyyəti ərzində topladığı materiallar üzrə hazırladığı və vəziyyətdən çıxışyollarını da göstərən məruzəsi 24 avqust 2017-ildə dərc edliir. Elə bununsəhərisi gün, avqustun 25-də növbəti gərginlik başlayır və region yenidən qançanağına dönür. Səudiyyə Ərəbistanındakı "xüsusi şəxslərin” köməyinə sığınmışyuxarıda sözü gedən "Arakan müsəmanlarının xilaskar ordusu”nun mücahidləripolis postuları və dayaq məntəqələrinə silahlı basqın edərək xeyli adamı qətləyetirir. Hökumət dərhal cavab tədbirləri görür və nəticədə hələ də davam edənnövbəti qanlı olayların startı verilir.

Amma mücahidlərin silahlı basqınlarındanbir müddət əvvəl, avqustun ortalarında Rakxaynın paytaxtı Situe şəhərində buddistrahiblərin təşkilatçılığı ilə müsəlmanlara qarşı kütləvi mitinq keçirilərəkonların vilayətdən qovulması tələb edilir. Bu mitinqin keçirilməsinin səbəbiisə (əslində bəhanəsi) çox ilginc faktla bağlıdır. Sən demə, hökumətmücahidlərin bazasında axtarış apararkən BMT-nin Ümumdünya Ərzaq Proqramıçərçivəsində regiona göndərdiyi peçenye qırıqları tapıbmış. Ola bilsin ki,həmin bazada həqiqətən peçenye qırıqları tapılıbmış, amma bunun BMT tərəfindənməhz terrorçulara göndərildiyinə, yəqin ki, o şüarı səsləndirənlərin özləri dəinanmırdılar. Amma ortada BMT təmsilçisinin nizamlanma təklifləri var idi vəhökumət həmin bazadan mütləq BMT peçenyelərinin qırıqlarını tapmalı və bunuradikal buddist rahiblərinə göstərməliydi. Bunu necə tapmağın yollarını isəmüsəlmanlar onlardan da yaxşı bilirlər. Yeri gəlmişkən, radikal buddistrahiblərin söz sahibi olduğu Myanmada hərbiçilər son seçkilərdən sonra da siyasiproseslərə öz təsir imkanlarını qoruyub saxlayırlar.

Belləliklə, daş qayaya rast gəlib,radikal müsəlmanlar Rakxaynda təmiz başqa situasiya ilə üzləşiblər. Burda onlarnə hər terror aktından sonra on beş nəfəri tutub, on dördünü buraxan Avropahüquq sistemiylə, nə də "beynəlxalq inperializmin əlində oyuncağa çevrilmiş özkafir” dindaşlarıyla üz-üzədirlər. Burda onların rəqibi cin başlarına vurandaBMT-ni, kefinin kök vaxtında Avropa demokratik institutlarını, heç yerə əlləriçatmayanda Asiya təsisatlarını, işləri çətinə düşəndə Sorosun özünü beləyamanlamağı, istəsən lap elə yağmalamağı bizdən də yaxşı bacarırlar. Rusiyadavə Türkiyədə bəzi mətbuat orqanları və analitiklər artıq roxinca problemininsəbəb və səbəbkarlarınııda tapıblar: regionda aşkar edilən neft və qazyataqları barədə Çinlə sövdələşmələr və bir də Soros! Sən demə, bu Soros təkcəRusiya və postsovet, Türkiyə və postosmanlı qafasının hökm sürdüyü siyasicoğrafiyanı viran qoymaq üçün yox, həm də bütün canlı varlıqların əzablarınason qoymaq istəyən Bodxisatvanın niyyətlərini puç etməkdən ötrü bu dünyayatəşrif buyurmuş.


Zəngin təbii ehtiyatların və zəngininsanların dünya siyasətinə böyük təsiri daim olub və bundan sonra da olacaq.Ancaq niyə bunun aləti həmişə eyni bir qövm, müsəlmanlar olmalıdır?! Müsəlmanlarısevmirlər? Müsəlmanları təhrik edirlər? Bəs, müsəlmanlar niyə özləri özlərinisevmirlər? Niyə bilə-bilə təhrik olunur, nəticəsinin necə olduğunu əvvəldənbildikləri avantüralara gedirlər? Oyun qaydalarını dəyişməyi bacarmırsansa,bunu bacarana kimi qəbul olunmuş qaydalarla oynamağa məcbursan.

Müasir dünyanın siyasi xəritəsi öz cırtdanəyalətlərinin əlində aciz qalan "fərsiz” dövlətlərlə doludur. Təkcə elə keçmişSSRİ ərazisində onların sayı yeddidir – Ukraynada üçü, Gürcüstanda ikisi,Azərbaycan və Moldovanın hərəsində biri. Amma roxincalalılardan fərqli olaraqbu qurdbasanların hamısı arxalı köpəklərdir. Rakxayn isə Ermənistan kimi nəbütün dünya diktatorları və demokratlarının ərköyün balası, nə də Dnestryanısakinləri kimi regionun "ali irqi”nə mənsubdurlar. Bölgədəki iki böyük gücmərkəzi – Hindistan və Çin Myanmaya rəğbətlərini heç diplomatik etika xətrinədə olsa gizlətmir, yeganə havadarları Banqladeş isə yuxarıda da dediyimiz kimiacından ölən qaçqın həmvətənlərini nəinki qəbul eləmək, heç onların qarnınıdoyurmaq heyində deyillər. Vəziyyət bu dərəcədə acınacaqlıdır. Ancaq bu cürhumanitar faciə, qeyri-insani rəzalət "Səudiyyə Ərəbistanındakı xüsusişəxslər”in vecinə də deyil. Nədən olsa da pul və torpaq baxımından heç birkorluq çəkməyən bu zəngin ölkə heç olmasa iki cüt bir tək qaçqın ailəsini qəbuleləməyi ağıllarına da gətirmir. Müqayisə üçün deyək ki, əhalisinin mütləqəksəriyyəti xristian, dövlətisə dünyəvi olan Qana hələ əvvəlki roxincaqətliamları vaxtı qaçqınları qəbul eləməyə hazır olduğunu bildirmişdi."Səudiyyə Ərəbistanındakı xüsusi şəxslər”ə isə öz dindaşları əli avtomatlı, özüdə nəticəsinin necə qurtaracağı heç kimə sirr olmayan dava meydanında lazımdır.

Rakxayn müsəlmanlarına gün ağlamaqistəyənlər onlara silah verib, sallaxanaya yollamamalıdırlar. Görəsən, bununperspektivsizliyini anlamaq üçün yarım əsrdən çoxdur ki, dövrü olaraqtəkrarlanan bu qətliamlar daha nə qədər, sonuncu roxincalı bölgəni tərk edənəqədərmi davam etməlidir? Qoy, "Səudiyyə Ərəbistanındakı xüsusi şəxslər” heçolmasa ömürlərində bir dəfə özlərindən qat-qat kasıb olan Sorosun yolunugetsinlər, bu variantı da dişlərinə vursunlar. Roxinca mücahidlərinəxərclədikləri pula bir-iki ictimai qurum yaradıb onları öz haqqları, çox yox,vətəndaşlıq haqqları uğrunda dinc mübarizəyə təhrik etsinlər (yeri gəlmişkən,bu yazını hazırlayarkən tanış olduğum mənbələrdə nə Rakxaynda, nə də onunsərhədlərindən kənarda roxinca müsəlmanlarının problemiylə məşğul olan bir dənədə olsun siyasi, ictimai təşkilatın adına rast gəlmədim). Mən indi-indi yüngülmehlərin əsdiyi, hərbi xuntanın hələ də güclü olduğu, bu cür əməllərinə görəiyirmi ildən çoxdur məruz qaldığı beynəlxalq sanksiyaların indiyədək qüvvədəsaxlandığı, səudiyyəlilərdən beş çömçə də artıq dini mühafizəkarlığın hökmsürdüyü bir ölkədə dinc mübarizə yoluyla qısa müddətdə nəyəsə nail olmağınmümkünlüyünə ümid edəcək qədər sadəlövh deyiləm. Bu işi görənlərə qarşırepressiyaların olacağı da mütləqdir. Amma hər halda bu minlərin ölümü, yüz minlərindidərgin düşməsi deyil. Üstəlik, terror, silahlı mübarizə yoluyla seperatçılıqetmək, müstəqil olmaq və ya başqa bir ölkəyə birləşmək tələbi bir şeydir,sadəcə milli azlıq kimi tanınmaq uğrundakı dinc tələblər bir başqa şey. Buelementar tələbi dünya gec də olsa eşitməyə, hətta ağır silahların səsindən dəyaxşı eşitməyə və nəhayət, günlərin bir günüqəbul etməyə, ən azı bu səsi haqq səsi saymağa məcbur olacaq. Çünki XXIəsrdə bu cür haqqlara qarşı çıxmaq artıq siyasət yox, əxlaq məsələsidir. Ənəxlaqsız adamlar da əxlaqsız görünmək istəmirlər, bu sözdən xoflanırlar – bu kiaksiomdur.




TƏQVİM / ARXİV