ANA SƏHİFƏ / YAZARLAR

Monotonlaşan həyat

4610    |   2017-09-19 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kainat yaranandan bəşəriyyət qlobal problemlər içərisindədir.

İnsanın təbiət və cəmiyyətlə qarşılıqlı münasibətləri, onlardan daha çox mənfəət götürmək əzmi kəskin və mürəkkəb iqtisadi, sosial, psixoloji, hərbi, ekoloji və digər problemlər qloballıq səciyyə daşımaqdadır. Deməli, qlobal problemlər müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqini şərtləndirən məsələlərin məcmusudur.

Buna misal kimi, Yer kürəsində işsizlik, aclıq, savadsızlıq, yoxsulluq və başqa təhlükələrin aradan qaldırılması, insanların sürətlə artması, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsi, demoqrafik partlayışın tənzimlənməsi, atmosferin çirklənməsi və digər amilləri göstərmək olar. Hazırda bəşəriyyətin mövcudluğu üçün qlobal təhlükə yaranıb. Yəni düşünün, təsəvvür edin ki, insan öz yaşam tərzi ilə kainata, atmosferə ziyandır. Yəni bu elə bir təhlükədir ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz, həmin qlobal təhlükə və bəşəriyyətin qlobal vəhdət təşkil etməsini, qlobal siyasət yürüdülməsini tələb edir. Bunun üçün birlik, həmrəylik göstərib mübarizədən qalib ayrılmaq lazımdır.

Ancaq Yer kürəsində min illərdir davam edən müharibələr ən böyük qlobal problemlərin başında gəlir. Bəşəriyyətə həmişə böyük fəlakətlər gətirən müharibələr indinin özündə də davam edir. Sadəcə, qeyri-rəsmi səviyyədədir. Bunu üçüncü dünya müharibəsi adlandırsaq, doğru olar. Yenə də qeyri-rəsmi şəkildə bu müharibə davam edir. Yaxın Şərq, Ukrayna, Suriya bombalanır, insanlar həlak olur. Təsəvvür edin ki, II Dünya müharibəsinə qədər olan bütün savaşlarda 4 milyarda yaxın insan ölüb. Bunlardan bəziləri aclıqdan, yoxsulluqdan və xəstəlikdən dünyasını dəyişib. Təəssüf ki, Afrikada uşaqlar acından ölür, onlardan muzdlu əsgər və ya qul kimi istifadə olunur. Bütün bu fəlakətlər dünyaya, bəşəriyyətə həyəcan siqnalı ötürür. Qlobal problemlər bəşəriyyəti məhvə sürkləyir.

Hazırda bütün dünyada qlobal iqtisadi problemlər sürətlə artmaqdadır. Bundan əlavə, insanlar həm sayca artır, həm də cəmiyyət inkişaf etdikcə qlobal iqtisadi problemlər daha da kəskin forma almağa başlayır. Yaşadığımız mühiti düzgün dərk edib qiymətləndirmək üçün ən yaxşı yol bu məsələni öyrənməkdir. İndi içərisində yaşadığımız bütün çətinliklərinin, ziddiyətlərinin kökü qlobal iqtisadi problemlərin artması ilə bağlıdır. Bütün bu çətin və böhranlı illərdən çıxmağın başlıca yollarından biri dünyada iqtisadiyyatı, onun əsasında da elmi, təhsili, mədəniyyət və mənəviyyatı dirçəldib inkişaf etdirməkdir.

Bütün bunlara baxmayaraq, insan yaşamaq üçün özünə bir yol seçir. Bu yolda müəyyən çətinliklər çəkir. Yaşayır və ölür. Bəzi insanlar isə bu çətinliklərin üstündən xətt çəkərək yaşamlarına son verirlər. Mənim üçün maraqlı olan tək şey yaşamaq üçün insanın özünə seçdiyi yoldur, məqsədi, qayəsidir. Ölüm isə Allahın əmridir! Hər bir varlığın, yolun, insanın da sonu olduğu kimi, kainatın da sonu mütləq var. Bir əsər oxuyuruq, süjet olduqca maraqlıdır, o, personajları vasitəsilə bizə "zərbələr endirir”. Mənəvi tramvalar alır, kədərlənir, sonra hər şeyi unudaraq yaşayırıq. Bununla da hər şeyin sonu getdikcə yaxınlaşır. Düşünürəm ki, son günlər həyat monotonlaşıb. Bu halı hər kəsdə müşahidə edirəm. İnsanlar üçün artıq elə bil darıxmaq, yalnız darıxmaq dövrüdür. Bir yandan da sosial şəbəkələr bizi daha da tənhalaşdırdı. Hər kəs öz köşəsinə çəklib yaşayır, virtual gülür, ağlayır..

Türkiyənin ən yaxşı filmləri arasında seçilən "Eşkiya” filminə, yəqin ki, baxmısınız. Şener Şenin baş rolda oynadığı dramatik filmdə belə fikirlər səslənir:

"Qorxma! Sadəcə, toprağa gedəcəksən, sonra torpaq olacaqsan, sonra su ilə birlikdə bir çiçəyin gövdəsinə yürüyəcəksən, oradan özünə qayıdacaqsan. Çiçəyin özünə bir arı qonacaq. Bəlkə, o arı mən olacağam”.

Dəhşətli sözlərdir. İnsan xəyal etdikcə vahimələnir. Deməli, insan torpaqdan yarandı, torpağa da çevriləcək!



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK