adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2017 13:47
16541
İDMAN
A- A+

«QARABAĞ»-«KƏPƏZ» OYUNUNDA QALMAQAL

Oyun vaxtı «Kəpəz»in azarkeşləri «Qarabağ»la bağlı xoşagəlməz şüarlar səsləndirməyə başlayıblar. «Qarabağ»ın fanatları da həmin xoşagəlməz şüarları təbəssümlə qarşılayıblar. Bunu görən «Kəpəz»in azarkeşlərinin özlərinin də gülməyi tutub və xoşagəlməz şüarlarını saxlayıblar.

Yəni heç bir qalmaqal olmayıb, «qalmaqal» sözünü başlığa çıxartdım ki, təmtəraqlı olsun. Biz belə ifadələri sevirik axı.