adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Sentyabr 2017 13:44
12934
İDMAN
A- A+

PAH ATONNAN, «Qarabağ»-«Roma» OYUNUNA 40 MİN BİLET SATILIB?!

Yəqin ki, sentyabrın 27-nə qədər bu rəqəm 50 mini keçəcək. Nə olsun? Guya «Qarabağ»ı sevirlər, ona görə? Belə sevgi olar?

«Qarabağ»la «Kəpəz»in oyununa bazar günü nə qədər tamaşaçı gəlmişdi? Adam utanır ey, yazmağa.

Eləcə də «Səbail»lə «Qəbələ»nin oyununa nə qədər adam gəlmişdi?

Bu millət öz komandalarını niyə sevmir axı? Futbola getməyə can çəkirlər, amma saytlarda, sosial şəbəkələrdə futbolçulara həqarət yağdırmaqdan doymurlar.

Boş stadiona oynayan futbolçuların nə qədər ağrı çəkdiklərindən xəbəriniz varmı?

Özümüzdən yazıram ki, başqasının xətrinə dəyməsin. Bakıda ən azı 30-40 min ağdamlı yaşayır (bütün qarabağlıları qoyuram kənara), bir o qədər də və bəlkə də çox gəncəli. Sizin sevimli komandalarınız oynayır, bəs niyə gedib dəstək vermirsiniz? Sonra da deyirsiniz «Kəpəz» niyə uduzur, «Qarabağ» niyə «Çelsi»yə uduzdu?

Yaxşı ki heç olmasa hər komandanın 300-400 fanatı var…