adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2017 09:59
16557
MARAQLI
A- A+

Yadplanetlilərlə insanlar nə vaxt görüşəcək?

Dünyada insan oğlunu ən çox maraqlandıran suallardan biri kainatda başqa canlıların yaşayıb-yaşamamasıdır.

Bu suala cavab tapmaq üçün NASA və bir sıra mütəxəssislər müxtəlif araşdırmalar aparır, durmadan çalışır, kainatın bizə bəlli olmayan tərəfləri haqqında izlər axtarırlar.

Adalet.az xəbər verir ki, mütəxəssislər bu mövzu ətrafındakı fərziyyələri mümkün qədər azaltmaq üçün yadplanetlilərə radioaktiv dalğalar göndərir və dörd gözlə geri cavab gözləyirlər.

Bəlkə də həqiqətən onlar var. Alimlər onların dilini bilmədikləri üçün bəlkə də geri gələn siqnalları da anlaya bilmirlər.

Ola bilər onlar da bizə "Biz burdayıq, bizi tapın" mesajı verirlər. Əlbəttə daha təhlükəli bir ehtimal da var ki, ola bilsin onlar həqiqətən də var və bizi görməkdən heç də məmnun deyillər.

Dünya şöhrətli fizik Stefan kosmosa göndərilən mesajları dəstəkləməyib. O düşünür ki, bununla biz yadplanetliləri müharibəyə çağırmış kimi oluruq. Bu, bəşəriyyətin məhvi deməkdir.

Kosmosda Ağıllı Həyatı Araşdırma İnstitutu üzvləri isə əksinə, bir an əvvəl planetlərdə yaşayan canlılarla əlaqə yaratmaq üçün əllərindən gələni edirlər.

Araşdırma rəhbəri Seth Şostak, qarşıdakı 20 il ərzində fəzalardan göndərilən siqnallara geri cavab alacaqlarına əmindir.

Kornell Universitetində çalışan astronom Yervant Terzian isə bu məsələdə o qədər də ümidli deyil.

Terziana görə, ilk görüş 1500 il sonra baş verəcək və dünyada sağ qalan son insan (insanlar) çağırışı qəbul edəcək.

Fəzalara Mesaj Göndərmə Layihəsi çərçivəsində çalışan elm adamları gələn il kainata yeni bir mesaj daha göndərəcək.

2018-ci ildə göndəriləcək mesaj riyazi ifadələrdən ibarət olacaq.(publika.az)