adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Sentyabr 2017 16:19
15338
MƏDƏNİYYƏT
A- A+

Fəxrəddin Manafov yenidən səhnədə

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümü fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" tamaşası ilə açıb.

Adalet.az xəbər verir ki, bakılı tamaşaçıların diqqətinə teatr mühitimiz üçün qeyri-adi tamaşa - absurd teatrı təqdim edilib.

Kral iki saatdan sonra ölməlidir. Krallıqda ağlasığmaz hadisələr baş verir: divarlar uçur, hakimiyyətin sərhədləri məhdudlaşır, saray əhli başını itirir, krallığı qoruyanlar qəfil xəstəlikdən ölürlər, ilin fəsilləri nizamsız qaydada bir-birini əvəz edir. Bununla belə əsas personaj (Kral) hər vəchlə müqavimət göstərir, sona qədər vəziyyəti dəyişmək və ölümdən qaçmaq istəyir.

Səhnə əsəri dərin fəlsəfi dialoqlarla zəngindir ki, bu da tamaşaçıları həyat və ölüm, ölümdən sonrakı həyat barədə düşüncələrə aparıb çıxarır. Aktyorların parlaq ifası tamaşaçıları səhnədə baş verənləri son dərəcə diqqətlə izləməyə sövq edib.

Qeyd edək ki, "Mərasim" tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.

Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.