adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Sentyabr 2017 10:35
19848
DÜNYA
A- A+

Güclü külək 14 min adamı işıqsız qoydu - Rusiyada

Rusiyada təxminən 14 min nəfər işıqsız qalıb.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, fövqəladə xidmətin yaydığı xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən elektrik verilişində problemlər yaranıb.

Məlumata görə, bu problem Rusiyanın 12 rayonunu əhatə edib.

Qeyd edək ki, ötən gündən Rusiya ərazisində güclü külək yağışla müşayiət olunur. Hətta Moskva ətrafında güclü tufan nəticəsində 1-i uşaq olmaqla xəsarət alanların olması barədə məlumat verilmişdi.