ATƏT, QOYMA, TƏLƏBƏ QƏBULU İLƏ TƏHSİL NAZİRLİYİ BİR-BİRİNİ QIRDI

AQİL ABBAS
95635 | 2013-03-14 00:11

İt ilində,hələ uşaqlar uşaq olanda (çoxunuzun yadınıza gəlməz), böyüklər hələsaç-saqqallarını ağardıb indiki kimi qocalmayanda, bu gün intihar edən, əsgəryoldaşını güllələyən, karantini başaçatmamış 8-9 xəstəlikdən ölən balalarımız doğulmamışdan öncə ATƏT-in qeyrət vəqəhrəmanlığı, müdrikliyi sayəsində işğalçı Ermənistanla işğala uğrayan Azərbaycanarasında ATƏŞKƏS elan edildi. İki düşmən ölkə sülh və əmin-amanlıq şəraitindəyaşamağa başladı və sülh və əmin-amanlıq şəraitində də yaşamağa davam edirlər.

Düzdür, Ermənistan iki gündən bir, yaxud günaşırı Rusiyanınsidq-ürəklə bağışladığı silah-sursatıbizim əsgərlərin və dinc əhalinin üstə sınaqdan keçirir. ATƏT-in pudralı,kraskalı həmsədrləri də bundan bərk dilxor olur, kədərlənirlər. Tez qaça-qaçagəlib Qarabağda rus arağıyla Gəncəkonyakının manqal başında monitorinqini aparıb sakitləşirlər, sonra da sigsivişib gedirlər.

Nə isəg Deyəsən, mətləbdən bir ATƏŞKƏS zamanı məsafəsidəkuzaqlaşdım, amma mövzumuza bir az dəxli var.

Artıq neçə il bundan əvvəl - uşaqlar day uşaqlar deyildi,bir az böyümüşdülər, böyüklərin də saçı ağarmağa başlasa da, hələ saqqallarına dən düşməmişdi, bu gün intihar edən, əsgəryoldaşını güllələyən, forma geyinəndən 20-30 gün sonra 8-9 xəstəlikdən ölən balalar hələ sağ-salamatidilər, orta məktəbdə oxuyurdular - ölkəmizin Müdafiə Nazirliyindən heç də azstrateji əhəmiyyət daşımayan 2 nəhəng dövlət qurumu - Tələbə Qəbulu üzrə DövlətKomissiyası ilə Təhsil Nazirliyi arasında müharibə başladı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qonşuluq, qardaşlıq və mehribanlıq şəraitindəyaşamaq haqqında Beynəlxalq Haaqa konvensiyasını (əgər şəhərin adını və termini düzyazmamışamsa, bunu namərd Sovet hökumətinin orta məktəbdə mənə kirrikulum (görən bunu düz yaza bildim)keçməməsinə bağışlayın) pozaraq Təhsil Nazirliyinin sərhədlərini kiçik çaplı silahlardan atəşə tutmağa başladı. Təhsil Nazirliyi bunuTQDK-nın ərköyünlüyü kimi qəbul edib işini-gücünü buraxıb səngər qazmağa girişmədi.

Bunu TN-nin qorxaqlığı kimi qəbul edən TQDK kiçik çaplısilahları bir tərəfə tullayıb pulemyotları və ağır artileriyanı işə salıb bütünsərhəd boyu hücuma keçdi.

Təhsil Nazirliyi "hah" eləyib özünə gələnədək TQDKonun bir çox ərazilərini (oxu:səlahiyyətlərini) işğal etməyə başladı. Təhsil Nazirliyindən incik düşənlər dəöz snayperləri ilə TQDK-ya dəstəyə gəldilər.

Nazirlik əvvəl-əvvəl irimiqyaslı hücumdan özünü itiribçaş-baş qalsa da, nəhayət, toparlana bildi və ümumi səfərbərlik elan etdi. Vəəsl müharibə başladı. Ömürlərini təhsilə həsr eləmiş ağır çəkili, adlı-sanlıalimlər, mütəxəssislər artıq TQDK-nın genişmiqyaslı hücumları qarşısında duruşgətirə bilmirlər.

Müharibə gündən-günə şiddətlənir. Qəzetlər hər gün cəbhəxəttindən qara xəbərlər verməkdədirlər.

Və bumüharibəni durduran yoxdu. Hər iki tərəfdən atılan qradlar, mərmilərbir-birlərinin nüfuzuna müəyyən qədər xələl gətirsə də, bütövlükdə ölkəmizingələcəyi olan balalarımızın başında partlayır. Hətta repetitorlar da buyarılmış başların qanını sarıyıb kəsə bilmir.

Əzizimiz,gözümüzün işığı ATƏT, özünü yetir, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi bir-birini qırıbbitirəcək, balalarımız yetim qalacaq!

Aqil ABBAS

[email protected]

TƏQVİM / ARXİV