adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SAĞLIĞINDA QİYMƏT VERİN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
91294 | 2013-03-14 00:09
Sözü diriolan şair

Yol boyubir misra ürəyimdə dolaşmaqda idi. Elə bil o misranı əzbərləmək istəyirdim...elə bil kimsə o misranı mənə diktə edirdi... və elə bil kimsə o misranıngücünü, hökmünü, gerçəkliyini və bir də səmimiyyətini açıb ortaya qoyurdu. Məndə bütün bunların içərisində "Azərbaycan" nəşriyyatından FəxriXiyabana doğru gedirdim. Bu da səbəbsiz deyildi. Bu gün Fəxri Xiyabandaruhların bir araya gəldiyi, bir şeir şölənin toplaşdığı gün idi. Bu gün bahardadoğulan şairlərdən birinin, xalq şairi Cabir Novruzun söz mülkünə qədəm qoyduğudoğum tarixi idi...

Adətən yazıstolumun üstündəki təqvimi hər ayın ilk günündə gözdən keçirirəm. Ona görə dətələbə dostum Müşfiq Cabiroğlu mənə telefon açıb hal-xoş edəndə bir az ərkləonun sözünü kəsib dedim:

- Müşfiq,bilirəm, martın 12-si Cabir müəllimin doğum günüdür, 80 yaşı tamam olur. Hardaqeyd edəcəyik?

Sualımıncavabında Müşfiq də bildirdi ki, tədbir bir qədər gecikir. Çünki AYB-nin sədri,xalq yazıçısı Anar müəllim ölkədə olmadığından tapşırıq verib ki, özümqayıdandan sonra AYB-də Cabir müəllimin 80 illiyini yüksək səviyyədəkeçirəcəyik. Amma biz martın 13-də Fəxri Xiyabana toplaşacağıq. Saat 2-dəvaxtın olsa, sən də gəl...

Təbii ki,söz adamı, özü də Cabir Novruz kimi sevilən bir şairi ziyarət etmək, onun anımtörəninə qatılmaq və dəvətlilər arasında olmaq mənim üçün çox böyük şərəf idi.Mən də bu şərəfli məqamı dəyərləndirməyə çalışdım, Fəxri Xiyabana getdim...

Könüldostum, qələmdaşım Qəşəm İsabəyli ilə Fəxri Xiyabana çatanda artıq burda xeyliinsan toplaşmışdı, əksəriyyətini də tanıyırdım. Onların arasında müxtəlif peşə,sənət sahibləri də var idi. İfasını böyük məmnuniyyətlə dinlədiyim xalqartisləri Yalçın Rzazadə, Firuz Əliyev, Ağaxan Abdullayev... xalq yazıçısıÇingiz Abdullayev, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili,yazıçı-publisist Elmira Axundova, Azərbaycanın çox dəyərli ədəbiyyat, elm adamıprofessor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru,professor Teymur Kərimli və Cabir Novruzu sevən tanınan, tanınmayan sadəadamlar...

Anımməclisini açan Vüqar Əhməd ilk olaraq xatırlatdı ki, mart bayramlar ayıdı. Amma bu ayın bəxtində həm də böyükşairlərimizin dünyaya gəlişi də özünü yaddaşlara hopdurub. Təsadüfi deyil ki,Azərbaycanın xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Cabir Novruz məhzmart ayında doğulublar. Bu bahar novruz sevinclərimizə qatılan daha böyüksevinclərin bir qismidi. Bugünkü mərasimdədə məhz Cabir Novruzu sevənlər,onunla çiyin-çiyinə işləyənlər, onunla dost olanlar toplaşıblar. Həmindostlardan biri də xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevdir, sözü onaverirəm. Toplaşanlara üz tutan Çingiz Abdullayev özünəməxsus danışıq tərzi iləCabir Novruzu sevənlərin yaddaşını bir balaca təzələdi. Bizə elə gəldi ki, onundedikləri hardasa birbaşa Cabir müəllimin özünə ünvanlanır. Çünki ÇingizAbdullayev o qədər səmimi danışdı ki, onun söylədiyi hər bir məqam, altınıçızdığı hər bir işarə bəlağətdən, təmtəraqdan çox uzaq, amma son dərəcə doğmaidi. Çingiz müəllim bildirdi ki, Cabir Novruz sözün böyük mənasında xalq şairiidi. Təsəvvür edin ki, ona xalq şairi adı veriləndə Yazıçılar İttifaqınaminlərlə teleqramlar, məktublar, telefon zəngləri gəldi. Hamı Cabir müəllimitəbrik edir, hamı o adın ona verilməsini alqışlayır və onun buna layiq olduğunuifadə edirdi. İnanın ki, Yazıçılar Birliyində işlədiyim bütün illər ərzində mənbu qədər təbrik, minnətdarlıq məktubu görməmişdim. Bizim bütün xalqyazıçılarımız, şairlərimiz bu ada həqiqətən layiqdilər. Ancaq Cabir müəlliməolan xüsusi sevgi tamam fərqli idi. Digər bir məqam...

Bir günCabir müəllim mənim kabinetimə gəlib əlindəki açarları stolumun üstünə qoydu.Təəccüblə üzünə baxıb soruşdum:

- Cabirmüəllim, bu nə açarlardı?

Cabirmüəllim də həmişəki səmimiyyəti ilə dedi:

- Çingizmüəllim, mənə verdiyiniz evin açarlarıdı. Qardaş, mənim də, övladlarımın da evivar. Götürün bu açarları kimin evi yoxdusa, ona verin.

Doğrusu,çaşıb qalmışdım. Ona dedim ki, sizə verilən ev şəhərin mərkəzində, GömrükKomitəsinin yanında, çox görkəmli bir yerdədi. Bu evi sizə prezidentimiz bağışlayıb.Götürün, yaşamasanız da pulundan istifadə edərsiniz. O isə:

- Mənprezidentimizə də minnətdaram, mənə dəyər verən sizlərə də. Ancaq mən şairəm.Evim də var. Götürün açarı, kimin evi yoxdu, ona verin.

Bəli, CabirNovruz belə bir şair idi, belə bir insan idi. Mən onun haqqında saatlarladanışa bilərəm. Ancaq burda iştirak edənlərin hamısının ürəyi dolu olduğundanbir sözlə fikrimi tamamlamaq istəyirəm. Cabir müəllim deyirdi ki,"sağlığında qiymət verin insanlara". Amma biz hamımız şahidik ki, o,sağlığında qiymətini alan şairlərdən biri oldu.

Yol boyuürəyimdə təkrarladığım misranın burada yenidən dilə gətirilməsi mənim Cabirmüəllimlə bağlı xatirələrimə işıq saldı. Ancaq söz yazıçı-publisist, millətvəkili Elmira Axundovaya verildiyindən mən Cabir müəllimlə birlikdə işləmişxanım millət vəkilimizi sayqı və diqqətlə dinləməyə başladım. Onundediklərindən bir daha öyrəndim ki,Cabir müəllim üçün dünyada ən gözəl, ən maraqlı hədiyyə kitab imiş.

Təsəvvüredin ki, - deyə Elmiraxanım vurğuladı: "Müxtəlif nəşrlərin abunəsi başlayanda, xüsusilə dünyaədəbiyyatı ilə bağlı abunələr olanda Cabir müəllim uşaq kimi sevinirdi.Özünəməxsus təbəssümlə mənim adımı birinci yazın deyirdi. Bu adam o qədərsəbirli idi ki, yanına gələn hər kəsi kimliyindən asılı olmadan axıra qədərdinləyirdi. Amma elə xoş münasibətlə yola salırdı ki, onun yanına böyükiddialarla, hay-küylə gələnlər başını aşağı salıb razı şəkildə çıxıbgedirdilər.

Şair,millət vəkili, ictimai xadim Sabir Rüstəmxanlı Cabir müəllimlə bağlıfikirlərini söyləyərkən öncə hər kəsi bu Novruz günləri münasibəti ilə təbriketdi və bildirdi ki, ilk dəfə Cabir müəllim haqqında, daha doğrusu, onun kitabıbarəsində "Bakı" qəzetinəməqalə yazmışdım. Doğrudur, o məqalə vaxtında işıq üzü görmədi, ancaq bir Cabirmüəllimin hər təzə kitabını, hər təzə şeirini böyük maraqla oxuyurduq, müzakirəedirdik. Görürdük ki, Cabir müəllimin bütün yaradıcılığı xalqla, torpaqlabağlıdır, xalqın ürəyindən gəlir. Təsəvvür edin ki, 200-dən artıq mahnınınsözlərinin müəllifi olan Cabir müəllimin hər bir nəğməsi bu gün də öz təravəti,öz orijinallığı, öz gözəlliyi ilə hər birimizin könlünü oxşayır. Bir də Cabir müəllim Fəxri Xiyabanda dəfn olunanböyük sənətkarlarımızdan biridir. Ona görə ki, bu xiyabanda onunla yanaşı,Azərbaycanın çox qüdrətli şəxsiyyətləri - xüsusilə Heydər Əliyevlə ƏbülfəzElçibəy də uyuyur. Mən Cabir müəllimlə birlikdə parlamentdə də təmsilolunmuşam, onunla yanaşı əyləşmişəm. Son dərəcə sadə insan olan Cabir müəllimhəm də son dərəcə prinsipial idi. O, millətlə bağlı məsələdə heç vaxt güzəştəgetmirdi. Bir də ki, şair kitabının sayı ilə deyil, sözünün qüdrəti iləyaşayır. Bir məqamı xatırladım ki, ötən il Gəncədə Nizamini yad edərkənxaricdən gəlmiş bir şair Nizamiyə həsr etdiyi şeirini oxudu. Həmin şeirinmənası belə idi ki, siz, yəni Nizami ev sahibidi, bizlər isə onun qonağı.Əslində bu, çox böyük həqiqətdir. 800 yaşı olan Nizami bu gün də yaşayır. EləCabir Novruz da bu gün yaşayır, diridi. Biz, onun qonağıyıq. Cabir müəllim sözüdiri olan şair idi! Onun doğum günü mübarək!

AMEA-nınƏdəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli Cabir Novruzhaqqında danışarkən öncə onun adının mənasını açıqladı və bildirdi ki, Cabirsözünün mənası Allahın dərgahına yaxın məkan deməkdir. Biz bu gün məhz belə birşairin ad gününə toplaşmışıq. Mən onunla böyük Füzulinin qəbrini ziyarət edəndəkeçirdiyi hissləri müşahidə etmişəm. Onda Cabir Novruzun gözlərindən tökülənxoşbəxtliyi yığıb-yığışdırmaq olmurdu. Bu insan son dərəcə sadə və son dərəcədə sözə, ədəbiyyata bağlı idi. Onun ürəyində kinə, küdurətə yer yox idi. Anımtədbirində hər kəsin yaxından tanıdığı professor Qəzənfər Paşayevə söz verildi.Qəzənfər müəllim özünəməxsus təmkinli çıxışı ilə mənə sanki xatirələri çözən,onu rəsm əsəri kimi sərgiləyən bir yaradıcı təsiri bağışladı. Məhz o təsiraltında onun söylədiklərini yaddaşıma köçürdüm:

- CabirNovruzla ilk dəfə 1958-ci ildə "Bakı" qəzetində görüşdüm. Moskvadatəhsilini başa vurub gəlmişdi. Qəzetdə poeziya şöbəsinə rəhbərlik edirdi.Beləcə, başladı tanışlığımız, dostluğumuz. Ondakı təmkin, ondakı daxili enerjiməni həmişə özünə çəkirdi. Onunla həmsöhbət olmaq, yoldaşlıq etmək adama könülrahatlığı gətirirdi. Bu gün də Cabir Novruz hər birimizə həmin o könülxoşluğunu bir daha bəxş edir. Çünki o, Azərbaycanın ən böyük, ən nəhəng ikiqüdrətli şəxsiyyəti ilə bir xiyabanda uyuyur. Onlardan biri Səməd Vurğun,digəri isə Üzeyir Hacıbəyovdur. Burdakılar yəqin ki, bilirlər. Səməd VurğununÜzeyir bəyin məzarı başında oxuduğu bir şeir var. O şeirin bir bəndi belədir:

Ölüm sevinməsinqoy,

Ömürünvermir bada.

Xalqqədrini canından,

Daha əzizbilənlər,

Sevilərəkyaşayıb,

Sevilərəkölənlər!

Bəli, CabirNovruz sağlığında sevilən, ölümündən sonra da sevilə-sevilə yaşayan xalqşairimizdir. Allah ona rəhmət eləsin!

... Sonraxalqa artisti Yalçın Rzazadə və digər söz, sənət adamları Cabir Novruzla bağlıürək sözlərini söylədilər. Cabir müəllimin ad gününə toplaşanlar qarşısındaçıxış edən oğlu Müşfiq hər kəsə öz ailələri adında minnətdarlığını bildirdi.Söylədi ki, Cabir Novruz övladı olmaq həm xoşbəxtlikdir, həm də məsuliyyətdir.Sağ olun ki, atama, sizin və xalqımın şairinə ehtiram göstərdiniz.

Bəli, FəxriXiyabana gedərkən ürəyimdən gəlib keçən misraları oradan ayrılanda dostum Qəşəmİsabəyliyə pıçıldadım. Səmimi etiraf edim ki, bir incikliyimi də gizlətmədim. Oda Cabir müəllimin doğum gününə gələnlərin daha çox onunla bağlı olan, onundoğulduğu əraziyə aid olan insanların çoxluğu ilə bağlı idi. Mənim gözümgələnlər arasında Azərbaycan coğrafiyasını göstərə biləcək Qarabağdan, Şəkidən,Şirvandan, Lənkərandan, Şimal bölgəmizdən, Naxçıvandan söz, sənət adamlarınındəvət edilməməsi idi. Qəşəm İsabəyli bildirdi ki, bəlkə anımı təşkil edənlərəziyyət vermək istəməyiblər və yaxud da daha böyük məclisə onları dəvətedəcəklər...

Hər halda,mən burda, yəni Cabir Novruzun doğum günündə Azərbaycan ədəbiyyatınıyaradanların, təmsil edənlərin hamısını görmək istərdim.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV