adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Hippokratın ruhuna Fatihə!

FƏRHAD ŞABANOV
34204 | 2013-03-14 00:08
OnlarHippokrata and içiblər... Onlar, ağ xalatlı mələklər... O andın nə olduğunubilməsələr belə hər zaman bir inam, bir güvən duyğusu ilə qarşılarında boynubükük insanlar... Və onların şəfa dolu əllərindən mədət uman çarəsizlər... Sonloxma çörək pulunu heç bir tərəddüt etmədən ağ xalatın cibinə basmağa hazırxəstə yaxınları... Təlaş, ümid-ümidsizlik, göz yaşları, dualar və bivecaddımların qulağı kar edən tappıltıları...

Bu görüntühər hansı bir xəstəxananın dəhlizində hər gün yaşanan sıradan olaylardır.Sıradandır, çünki insan həyatı dəyərsiz olan bir məkan və zamanda yaşayırıq. Vəən əsası bivec addımların sahibi həkimlərin insanlara qarşı adamı özündənçıxaran münasibəti...

DostumuHacəttəpə Universitetinin təcili tibbi yardım şöbəsinə aparmışdım. Nəfəsçatışmazlığından əziyyət çəkirdi. Bizi tez içəri saldılar. Xəstəninvəziyyətinin ağırlığından asılı olmayaraq ilk olaraq lazımi məlumatları alıbbilgisayara daxil etdilər. Dedim ki, bunları sonra da edə bilərik, siz birinciyoxluyun görək dərdi nədir bu uşağın? Bəlkə ciddi təhlükə var. Cavab verdilərki, "prosedür gereği" bunu etmək vacibdir. Bir anda qarşımda ürəyiolmayan bir robot durduğunu düşündüm. İnsan beyni mexanik ola bilər, ancaqinsanda hisslər də var və beyini müəyyən qədər təsir altına ala bilir. Xəstəninadını bilgisayara daxil etməmişdən qabaq onu yoxlamaq daha insanca deyilmi?İnsalığın düsturu hər insanın daxilində fərqli yazılırmış demək ki...

Qapıdaoturan xanım prosedurasını bitirdikdən sonra həkim gəldi. Dostuma suallarverməyə başladı. Bilinən bir xəstəliyiniz varmı? Hansı dərmanları qəbuledirsiniz? və s. Nəfəs almaqda çətinlik çəkən bir insan danışmaqda da çətinlikçəkir əlbəttə. Dostum güc-bəla ilə sualları cavablandırdı. Həkim əlindəkivərəqə cavabları qeyd etdikdən sonra getdi. Bir nəfər gəldi ürəyin kardioqramasınıçəkdi. 5 dəqiqə sonra başqa bir həkim gəldi və eyni sualları verməyə başladıxəstəyə. Xəstə yenə güc-bəla çıxan səsi ilə sualları cavablandırdı. Mən dedimki, eyni sualları bir az əvvəl sizdən öncə gələn həkimə vermişdik. Gülümsədi vəsuallarına davam etdi. Heç bir əlavə sual vermədi, eyni suallar və eynicavablar. Bu həkimin də əlində vərəq var idi və aldığı cavabları qeyd edirdi.Sonra bu həkim də heç bir şey demədən getdi. 5 dəqiqə sonra başqa bir həkimgəldi əlində eyni vərəqlə. Bu dostumun yanına gələn üçüncü həkim idi. Sözəbaşlamadan öncə üzr istədi və dedi ki, mənim də sizə bəzi suallarım olacaq.Eyni sualları verdi və eyni cavabları aldı. Bu dəfə suallara mən özüm cavabverdim, çünki dostumun səsi çıxmırdı artıq. Çox əsəbi və gərgin olsam da bəllietməməyə çalışırdım. Çünki dostumun sağlamlığının geri qaytarılmasındahəkimlərə ehtiyacımız varıydı. Onun xoşuna gəlməyəcək bir söz çox təhlükəlinəticələr doğura bilər. İnsan çəkinir, həm də qorxur bu ağ xalatlımələklərdən...

Həkimlərintibbi biliyinə və üsullarına qarşı heç bir etirazım yoxdur. Ən azı mənimtəhsilimin bu sahəylə heç bir əlaqəsi yoxdur. Daha öncə də bir neçə dəfə təcilitibbi yardım şöbəsində olmuşam və bilirəm ki, xəstəyə müdaxilə etmədən öncə busuallar verilir. Ancaq eyni prosesin 3 ayrı həkim tərəfindən təkrar edilməsi vəbütün bu zaman ərzində xəstəyə heç bir müdaxilənin edilməməsi tibb sektorundakıözbaşınalığın göstəricisidir. Necə ki, avtobus sürücüsü sərnişinləri yol puluolaraq görürsə, eləcə də həkimlər xəstələri təcrübə siçanları kimi görür. Ənazından Türkiyədə tibb sektorunda həkimlə xəstə arasında "əldən" pulvermək, almaq kimi "bazar" anlayışı yoxdur. Onları sürücülərdənfərqləndirməyimin səbəbi məhz budur. Yoxsa işin mahiyyəti əslində eynidir.Robotlarda hissiyyat olmur.

Türkiyədəən çox pul qazanılan sahələrdən biri tibb sahəsidir. Həkimlərin maaşı yetəriqədər yaxşıdır. Buradakı həkimlər acgöz deyillər. Dərman şirkətləri ilə gizlimüqavilələr bağlayıb bədbəxt xəstələrə bahalı və heç bir effekti olmayaniynələr yazmırlar. Ancaq Türkiyədə tibb sektorunda ümumi bir özbaşınalıq varki, bunu illər boyu heç bir hakimiyyət düzəldə bilmir. Xəstəyə qoyulan diaqnozabaxan başqa bir həkim mütləq ilk diaqnozun səhv olduğunu deyir və öz qüruruuğruna xəstənin həyatını bir köpüklük edə bilir. Türkiyədə tez-tez səhvdiaqnozdan ölüm nəticələri qeydə alınır. Bu həkimlərin savadsızlığı ilə yanaşıhəm də özbaşınalığındandır.

Həkimlərinbivecliyinin və özbaşınalığının nəticələri də ağır olur. Təcili tibbi yardımşöbələrində həkimlərin döyülməsi halları baş verir. Və bu hadisələr mediada eləişıqlandırılır ki, bütün Türkiyənin xəbəri olur. Həkimlərin çox ciddi lobbiləridə var. Birinə bir şey olduqda bütün dünyaya car çəkirlər. Ancaq xəstələriölümə tərk etdiklərində, heç kimin ruhu da incimir.

Ərdoğanmitinqlərdə çıxıb bar-bar bağırır ki, tibb sahəsində çətinlikləri aradanqaldırdıq, təcili tibbi yardımı bütün vətəndaşlarımıza - sığortası olan vəolmayan - pulsuz etdik. Ancaq bizdən təcili tibbi yardım şöbəsində pulgötürdülər. Bu pulu kassaya ödədik, çekini də aldıq. Yəni ki, qanuni ödəmə idi.Fikirləşdim ki, bəlkə xarici vətəndaşıq deyə aldılar. Ancaq sonra gördüm ki,sığortası olmayan türkiyəlilərdən də ödəmə tələb edirlər.

SəhiyyəNazirliyinin qaynar xəttinə zəng etdim və dedim ki, baş nazir Rəcəb TayyipƏrdoğan hər yerdə deyir ki, təcili tibbi yardımı pulsuz etdik, ancaq dünənbizdən pul aldılar. Mənə cavab verdilər ki, "ölüm təhlükəsi olanhallar" nəzərdə tutulur. Təşəkkür etdim və dəstəyi asdım. Türk dostum dediki, bizdə "türk işi" deyə bir deyim var. Bu, hər vəziyyəti özistədiyimiz tərəfə çəkmək qabiliyyəti kimi açıqlanır. Ərdoğan deyəndə ki,təcili tibbi yardım pulsuzdur, heç fikirləşmir ki, mən bu xalqa yalandanışıram, yalnış yönləndirirəm. Soruşsan cavab verər ki, "ölüm təhlükəsiolan hallar" pulsuzdur da. Bax bu "türk işi"dir. Ancaq onu daqeyd etməliyəm ki, pulun həmin dəqiqə ödənməsi vacib deyil, sonra da gətiribödəmək mümkündür. Heç kimi xəstə-xəstə geri qaytarmırlar ki, get pul gətir,yoxsa səni müalicə etmirik.

Atatürkxəstə ikən "məni Türk həkimlərinə əmanət edin!" demişdi. Atatürkünvaxtında türk həkimlərinin vəziyyəti necə idi bilmirəm, ancaq indi Türkhəkimlərinin xəstələrlə münasibəti bərbaddır. Özlərini göydən zənbillə düşmüşkimi hiss edirlər. Hamı bir yana, həkimlər bir yana...

ÇünkiTürkiyədə həkimlərə qarşı qarşılıqsız bir sevgi, ucaldıcı münasibət var. Əgərhəkim bir ailədən qız istəməyə gedirsə, onun həkim olmağı bəs edir qızın onaverilməsi üçün. Əgər bir həkim yol qaydasını pozursa, onun həkim olmağı bəsedir, polisin həkim qarşısında baş əyib davam edin deməsi üçün. Ərköyünböyüdülən bir övladın sonradan valideynlərinin başına çıxması kimi bir şeydir.Həkimlər özlərini əvəzedilməz sayır və nəticəsi də belə olur.

Oskarmükafatını qazanmış Amerikalı aktyor Metyu Uolter demişdi ki, mənim həkimimmənə yaşamaq üçün altı ay vaxt verdi və mən həmin vaxt ərzində onun pulunuödəyə bilmədiyim üçün altı ay daha verdi.

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV