BİR XƏYAL YAZISI

ƏBÜLFƏT MƏDƏTOĞLU
64175 | 2017-09-15 16:39

Sözünişıqlı anı

Ürəyimdənsəssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr,nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşlarınsəsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı,düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim,onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...

Düşünəbilərsiniz ki, bu nə çətin işdi ki, bunu özünə dərd edirsən. Amma məntiqlə yanaşandaonda görürsən ki, hər kəsin istəyi çin olana qədər hansı çətinliklərdən keçir. Həttabir stəkan bulaq suyunu içmək üçün də (Bakıda marketlərdə satılan bulaq suyundangetmir söhbət, bulağın gözündən içilən sudan danışıram mən- Ə.M.) həmin o bulağınyanına gedib çıxmaq bilirsiniz də nə deməkdi? Bilmirmirsinizsə, xatırladım. Bu həmvaxt deməkdi, bu həm maddi durum deməkdi, bu sağlamlıq, bu fiziki durum və nəhayət,bu həm də kimlərinsə izini, xeyir-duası deməkdi. İndi gördünüzmü, bir ovuc bulaqsuyu içmək üçün bir dünya məsrəf, bir dünya səbəb var. Gəl indi onları aş görüm,necə aşırsan? Gəl indi bunları çöz görüm necə çözürsən? Ona görə də düşünməkdən,ürəyimdən keçənləri dilimə, sözümə gətirməkdən ehtiyat edirəm. Çünki doğru anlaşılmaya bilər, doğru yozulmaya bilər.Və nəhayət, bu dürüst anlaşılmazlıq hansısa qəlbi zədələyər, hansısa ruhu incidər.Onda necə deyərlər, Kərəmi də ağlamaq tutar...

Yerigəlmişkən, bax elə bu mövzuyla bağlı yaşadığım bir məqamı xatırlayıram. Deməli,bir şeir yazmışdım. Onu indi sizə də təqdimedəcəm, sonra həmin məqama qayıdarıq.


İkiəllə yapışıb

Saxlamaqistəyirəm...

Vaxtınhətta əl-qolun -

Bağlamaqistəyirəm...


Dondurmaqgəlib keçir

Vaxtıbəzən könlümdən...

İstəmirəmçəkilsin -

Sənlivaxtlar önümdən...


Buistəklə sonadək

Yaşayaraqmən ölsəm...

Diriləcəm,ürəkdən -

İstəyimisən bölsən!..


Bəli,bu şeirlə bağlı bir ürək dostum mənə bildirdi ki, söhbət hansı istəyindən gedir.Sual mənə yaman toxundu. Ona görə də birbaşacavab verdim:

-Məgər mənim dirilməyimin hansısa bir istəklə bağlılığı var?

Bucavabın ardınca ikinci bir cavab da gəldi dilimə və dedim:

-"Nəsimi" filmi yadındadı? Orda bir məqam var: Şəms deyir ki, "Dövlətbəyin ölüsü də gözəldi!" Bəlkə, mənə sual ünvanlayanda sən də bunu düşünürdün?

Ogülümsədi və dedi:

-Sən gecələr yat, Dövlət bəy!

Hərşeyi başa düşdüm, mövzudan yayınmağı da,ironiyanı da. Amma öz-özümə həm də düşündüm ki, dərin hisslərə qapılmağın bəzəntuş gəldiyi elə nöqtələr olur ki, orda hətta meh də, şeh də adamın xətrinə dəyir.Ona görə də dərində üzmək başqadı, dərin hisslərə qatılmaq tamam başqa. Birində boğulmaq təhlükəsi, birində ağrımaqacısı...

***

Bu gün istənilənsözün başına ip salmaq, istənilən sözü min yerə çəkib aparmaq o qədər asanlaşıbki, hərdən SÖZə yazığım gəlir. Amma sonra baxıb görürəm ki, heç SÖZün özü də azaşın duzu deyil. O da hər qədəmə, hər dilə könül verir. Bir də görürsən ki, adamınyeddi qatından keçir, bir də görürsən ki, göyün yeddinci qatındadı... bir də görürsənki, ayaq altında... və nəhayət, bir də görürsən ki, könül oxşayır... Bax, belə birömür yaşayır SÖZ, belə bir meydan suvarır SÖZ!

Mən hamıya məlumolan, hamının hər gün qarşılaşdığı çalarları elə-belə, SÖZün xoşuna gəlmək üçün,SÖZə yarınmaq üçün yazmıram. Bilirəm ki, dünyanın harasında olur-olsun, yerindən,məkanından, zamanından asılı olmayaraq, SÖZ ünsiyyət üçün, münasibət üçün, anlaşmaqüçün mütləq gərək olur. Onu dillə deyə bilməyəndə də baxışla, yazıyla, hərəktələçatdırırsan. Amma xəyalı bu cür çatdırmaq o qədər də alınmır. Çünki xəyalın dili,xəyalın ifadə vasitəsi olan SÖZ xəyalla xəyal quran arasındakı tellərdən asılıdı.O tellərə hər kəs toxuna bilmir. Necə ki, Ədalətin "Ruhani"sini heç kəsçala bilmir. Lap elə "Yanıq Kərəmi"ni də.

Deməli, bu prizmadanbaxanda, bu nöqtədən boylananda onda görürsən ki, xəyal qurmağın nə boyda məsuliyyətivar, nə boyda yükü var, nə qədər zərifdi, nə qədər əlçatmazdı. Yəni xəyal qırıqlığınauğurlamaq, tuş gəlmək, elə bil ki, isti odun üstünə soyuq su tökməkdi... elə bilki, diri ola-ola ölməkdi, bir növü kliniki ölüm... elə bil ki, əl-qolunun boşalıbyanına düşməsidi... elə bil ki, Məlikməmmədin düşdüyü quyuda kəndirsiz, nərdivansızqalmaqdı...

Bax, bu mənada mənimxəyalpərvərliyim həmişə isti aşıma soyuq su calayıb. Elə dünənimdə də, bu günümdədə... elə güvəndiklərimdə də, güvənənlərimdə də... Və nəhayət, çalışdığım, oturub-durduğumyerdə də. Çünki xəyal görünməzdi, əlçatmazdı,bir az da kor-kobud desəm, ruh kimi bir anlayışdı. Amma gerçəklik, necə deyərlər,oturub-durduğun yer, ordakı münasibətlər görünəndi, ordakı hərəkətlər izləniləndi.Deməli, bir az özünü ovcunun içərisində saxlamağı bacarmalısan. Bütün pərdələriqaldırmağa ehtiyac yoxdu. Bütün qapıları taybatay etmək, pəncərələri, nəfəslikləriAllahın ümidinə vermək yanlışdı. Çünki bunun sonrası var. O sonranı isə hər kəsbildiyi kimi düşünsün. Mən isə tamam başqa bir şey düşünürəm və düşündüklərimi dəsizin üçün açıqlayıram.


Mən xəyal qururam- gecəm-gündüzüm

Xəyal içindədi -sadəcə xəyal...

Bir anlıq xəyal qur,sən də nə olar -

Məni xəyalların əlindən gəl, al!..


Nə uzaq gedirəm,nə də ki, yaxın

Sadəcə çevrəndə fırfırayammən...

Özü öz içini səssizəridən -

Dərdin əlindəki kirkirəyəmmən!..


Düşünmə xəyaldı günüm,ayım da

Düşün ki, xəyal da,gün də, ay da Sən!

Mənim ömür adlı özəldünyamda-

Tanrının verdiyişirin pay da sən!..


***

Yaşananlar o vaxtşirin olur, yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından,ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən,bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyimməqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımıözümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi"eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.

Buna görə də həmdoğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məniqınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isəağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimiyanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, həttaaçıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çoxda gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümüqınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları,o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə özyolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıylagedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görədə paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı.Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə dəbu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütünçalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyəsığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki,bu dünyanın "qaradaş"ı də göyərməsə, üstündə ot göyərdir. Axı, iradə Allahındı!Hökm onundu!

Şəxsənmən bir az pafoslu, bir az böyük görünsə də, əlimi ürəyimin üstünə qoyub deyirəmki, bəli, məni necə, hardan vursanız da, onun ağrısı Allahımın və Sənin sayəndəbir məlhəm tapır. Və çəkilib bir təkliyə, bir kimsəsizliyə düşünürəm. Düşünürəmki, içimdəki təkliyin diktəsi də Tanrıdan gəlir. Deyir ki, bu təkliyi misralaraçevir və yaz:


Mənibu gecə vaxtı

Təkliyimdanışdırır...

Təksənə bəlli olan -

Çəkdiyimdanışdırır...


Birsöz deyim, sən dinlə

Məniyuxulu bilmə...

Ruhoxşayan bir dillə -

Əkdiyimdanışdırır...


Qaralıbdolmasam da

Saralıbsolmasam da...

Şumyeri olmasa da -

Ləkliyim danışdırır...


Axşam,sabah günüm "ah"

Boynumdadıbir günah!

Arxasıncaay Allah -

Səkdiyimdanışdırır!..

***

Deməli,bütün bu dediklərimdən, bu yazdıqlarımdan və sizin eşidib oxuduğunuzdan belə birnəticəyə gəlirəm:

-Həyatda kimin necə olmasından asılı olmayaraq, qədəri yazan Allahdı! Ruzini verənAllahdı! Dərdi də dərd çəkənə verən yenə Allahdı!

Sizözünüz bu nəticəni silib ata da bilərsiniz, öz işinizdi. Amma mən güvəncim olanAllaha və Sənə üz tutub həmişə dediyim, etiraf etdiyim və bu yazıda da yazdığımo nəticəyə zaman-zaman yaxınlaşmışam, zaman-zaman özümü o nəticənin baxış bucağıaltında görmüşəm, onu yaşamışam, ona toxunmuşam, onu görmüşəm. Elə bilirəm ki, siziniçinizdə inam və inanc olsa, siz onu mənim kimi qəbul edəcəksiniz...


TƏQVİM / ARXİV