RUHUYLA ÖPÜŞÜM SEYİD SƏYYADIN…

FAİQ QİSMƏTOĞLU
71125 | 2017-09-15 15:59

… 1960-cı illərinortaları. Böyük Bəhmənli kəndi və bizim ikimərtəbəli evimiz. Və bu ikimərtəbəlievdə stol arxasında kimlər əyləşməyib? Raykomun birinci katibi, Seyid Səyyad, prokuror,rəis, istehsalat idarəsinin rəisi, kolxoz sədrləri və bir də əmək qabaqcılları...Bizim evdə bayramdı. Çünki atamın başçılıq etdiyi briqada pambıq planını rayondabirinci yerinə yetirib və bu birincilik də belə bir bayram ovqatıyla qeyd edilir…

Seyid Səyyad məclisiaparır. O qədər gözəl, o qədər şirin danışır ki, hətta raykomun birinci katibi yeyib-içməyiunudub onun söhbətinə qulaq asır. Sanki o, söhbət eləmir, hər sözündən, hər cümləsindənbal damır. Söhbəti də bal kimi şirin olduğu üçün qonaqların çoxu əlini saxlayıbonu dinləyir. Hətta şeirdən, sənətdən başı çıxmayan bizim qohum, qulluqçu Musa kişidə qapının ağzında durub onu ürəkdən dinləyir. Deyir ki, bu zalım oğlunun ağzındandürr tökülür. Heç mən belə şirin danışan adam görməmişəm…

Səyyad əmi qonaqlarasöz verib çölə çıxır. Şişdə yeni çəkilmişkababları gətirirlər. Şişi əlinə alır və başını bulayır: «Ay rəhmtəliyin uşağı,kababı yandırmısınız ki, indi mən katibin qabağına bunu necə qoyum?!». Onun göstərişiilə şiş geri qayıdır. İki daşın arasında həyətə düşüb yenidən şişə quzu ətini taxırvə beş-on dəqiqə keçmir ki, əlində şiş qonaqların yanına qayıdır. Elə ən gözəl kababşişini də onların qarşısına qoyur. Katib kababdan bir tikə yeyən kimi ləzzətdənbaşını bulayır və deyir ki, vallah, bunu kababçı bişirməyib. Bu, Seyid Səyyadınişidi…

Səyyad kişi nə qədərgözəl danışırdısa, nə qədər istedadlıydısa, nə qədər böyük ürəyi vardısa, bir oqədər də hər şeyi bacarırdı. Onun bişirdiyi kababın dadından doymaq olmurdu… onunsüfrəyə gətirdiyi yeməklərin ləzzəti adamın damağından uzun müddət getmirdi… onunşirin danışığından çoxları heç vaxt doymazdı… Çünki Seyid Səyyad başdan-ayağa sözadamıydı, şair idi və ən nəhayət, bir el sağsaqqalıydı…

…O, bizim evə tez-tezgələrdi və hər adamın da çörəyini kəsməzdi. O çörəyi kəsərdi ki, orda halallıq vardı,orda kişilik vardı və orda səmimiyyət vardı. Haram tikə olan yerə Seyid Səyyad heçvaxt qədəm qoymazdı. Bu nurani kişini Füzulidə məmə yeyəndən, pəpə deyənə qədərhamı yaxşı tanıyırdı və barmaqla göstərirdi. Çünki Seyid Səyyad hansı vəzifədə işləmişdisə,onu xalqa, camaata sevdirməyi bacarmışdı. Belə ki, bu el ağsaqqalı Füzuli şəhərXalq Deputatları Sovetinin sədri işləyəndə də, rayon Soveti İcrayyə Komitəsininsədr müavini vəzifəsində çalışanda da həmişə camaatın, xalqın içində olub. Heç vaxtbaşqaları kimi özünü çəkib dağın başına qoymayıb. Hamı onu görəndə sevinib və düşünübki, bir el ağsaqqalı ilə görüşür…

Seyid Səyyad Hüseynquluoğlu Hüseynov 1927-ci ildə Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan olub.Çox çətin, əzablı yollar keçib. Onun ömüryolunu xatırlayanda yadıma Cek Londonun«Həyat eşqi» hekayəsi düşür. Səyyad kişihəmin hekayənin qəhrəmanı kimi ən çətin anlardan, ən sıxıntılı məqamlardan,ən ümidsiz vaxtlardan çox bacarıqla çıxmağı bacarıb. Yıxıla-yıxıla, səndərləyə-səndərləyə,əzilə-əzilə zaman onu polad kimi möhkəmlədib və gəlib çıxıb ucalığın zirvəsinə!Və bu ucalığın zirvəsinə əzilə-əzilə gələn, döyülə-döyülə möhkəmlənən Seyid Səyyadheç vaxt dəyişməyib. Yəni əvvəllər necə səmimi, sadə olubsa, vəzifə başında da oməhəbbəti və sadəliyi qoruyub.

Seyid Səyyad mənimrəhmətlik atamla uzun illər duz-çörək kəsiblər. Bu duz-çörəyi də heç vaxt itirməyiblər. Atamın imkanı həmişə yaxşıolub. Yəni o kişinin varı, dövləti başındanaşıb. Amma Səyyad əmi mənim atamı yıxılanda, büdrəyəndə axtarıb. Hansı ki, arı şirəsinəgələnlər heç birisi onu yada salmayıb, amma Səyyad əmi axtarıb tapıb...

… Bir dəfə atam işdənçıxmışdı və evdə oturub çay içirdi. Bir də dedilər ki, Seyid Səyyad sizin qapınızınağzındadı. Atam tez ayağa qalxdı və darvazaya tərəf getdi. Onunla qucaqlaşıb öpüşüb-görüşdü.Sonra da Səyyad əmi dedi ki, Qismət kişi, bilirsən niyə gəlmişəm? Məni rayon mal-qaraqəbulu və kökəltmə idarəsinə rəis təyin ediblər. Mən də fikirləşdim ki, səndən etibarlıadam yoxdu. Dur əynini geyin, gedək işə! Bu xəbərdən ailəmizin hamısı çox sevindi.Atam isə hamıdan çox fərəhləndi. Dedi ki, bu kişi ancaq məni çətin günümdə gəlibtapır. Atam uzun müddət Səyyad əmi ilə bir yerdə işlədi. Yaxşı da pul qazandı. Həmişədə deyirdi ki, bu çörəyi mənə göydə Allah, yerdə Seyid Səyyah verib.

Səyyad əmi bizimailənin çox əziz bir adamıydı. Haçan bizə gəlirdi toy-bayram olurdu. Bir dəfə dəatamla birgə Bakıya gəlmişdilər. Keşlə Ət Kombinatına mal-qara gətirmişdilər. Məndə universiteti təzə bitirmişdim. Səyyad əmi məni görüb çox sevindi. Özü də biləndəki, universiteti bitirmişəm, jurnalistəm, hörməti də birə-beş artdı. Axı özü dəsöz adamıydı. Atamın yanında əlini cibinəsaldı, bir bağlama onluğu çüxarıb mənə verdi. Dedi ki, kirayəşin qalırsan, bu pulu al xərclə! Qorxumdandiqqətlə atama sarı baxdım. O isə mənə gözün ağartdı. Səyyad əmi bunu gördü və atamaərklə dedi ki, a kişi, sənin nə işinə qalıb, bu pulu mən verirəm, mənim qardaşım oğlu deyil, mən bilərəm o bilər. Atam razılaşdı. Qırımından hiss elədimki, bir söz deməyəcək. O pulu aldım, bir ay kirayəşin haqqın verdim, yeni bahalıkitablar aldım və həyat yoldaşımla bir həftəlik Qubaya gəzməyə getdik.

Bax,Səyyad əmi belə bir kişi olub. O, kasıbın, yetimin, kimsəsizlərin arxasıydı. Çətinə düşənlər onu axtaranda gözlərinə işıqgəlib. Çünki biliblər ki, bu el ağsaqqalı onlara arxa duracaq və sonuncu qəpiyinidə lazım gəlsə xərcləyəcək. Füzulidə kimi dindirsən onun haqqında kövrələ-kövrələdanışar… Füzulidə kimdən soruşsan bu kişi barəsində saatlarla söhbət açar… Füzulidə kimdən maraqlansan onun çörək verən kişi, namusluvə qeyrətli adam olduğundan ağızdolusu danışar…


Mən düşünürəm ki,bu cür adamlar çox az olurlar və onlar özləri üçün yox, el-oba üçün yaşayırlar.Seyid Səyyad hansı məclisdə olursa, orda o danışandan sonra kimsə cəsarət edib danışmayıb.Deyib ki, Səyyad əmi hər şeyi gözəl danışır.Biz danışarıq, o söhbətə xələl gələr. Bir dəfə Bəxtiyar Vahabzadə Füzulidə bir məclisəgəlir, orda da Seyid Səyyadın danışdığını görür. Onun söhbəti o qədər xoşuna gəlirki, axırda onunla qucaqlaşıb öpüşür. Söz Bəxtiyar Vahabzadəyə verilir. O deyir:«Seyid Səyyad hər şeyi gözəl danışdı. Bundan sonra danışmağa dəyməz!»

Bir dəfə də ElmlərAkademiyasında Seyid Səyyadın qohumlarından biri doktorluq işi müdafiə edir. Hamıçıxış edəndən sonra o da söz alıb danışır və deyir ki, mən sadə kənd adamıyam. Sizinyanınızda danışmağa görə üzr istəyirəm. Amma mən də ürəyimdən keçənləri deməliyəm.O elə gözəl danışır ki, akademiklərdən biri dillənir ki, müəllim, siz kənd adamıolsanız da, bizim akademik və professorlardan daha şirin və daha səmimi söhbət eləyirsiniz...

Günlərin bir günüFüzuliyə raykoma yeni birinci katib təyin edilir. Aftafa götürənlər də təzə katibəSeyid Səyyad barəsində danos verirlər. Yəni şeytan-şuğulluq eləyirlər. Katib dəonunla söhbət eləyir, görür ki, balam, bu ara vuran adamlar kişini gözdən salmaqistəyir. Və hər şeyi olduğu kimi birincikatib Seyid Səyyada danışır. Sonra da deyir ki, sən mənim ağsaqqalımsan. Füzulidəngedənə qədər həmin cavan birinci katib həmişə ondan məsləhət alır və Seyid Səyyadınböyük oğlu Məhəmmədi və Tahir müəllimi məsul vəzifəyə təyin edir…

Səyyad əmi təpədən-dırnağabir nuruydu. Bu bəstəboy, gülərüz insanın öz dünyası vardı. Və bu dünyaya kim birdəfə yaxınlaşırdı, onun şirinliyindən, gözəlliyindən və rəngarəngliyindən doymaqistəmirdi. Çünki bu kişi söhbətə başlayankimi hər hansı adamın qəlbini ələ alırdı. Zarafat deyil, o özü də söz adamıydı.Gözəl şeirlər, bayatılar, qəzəllər yazırdı. Onun 1959-cu ildə qələmə aldığı birşeiri var: 

«Yadıma düşdü».

Köhlənat belində aşdım çox dağı,

Qayalarqartaldan versin sorağı.

Qoyunlu,quzulu elin yaylağı,

Ocənnət timsalı yadıma düşdü…

SeyidSəyyad dağları, yamacları Füzulinin göllərini, çaylarını çox sevirdi. Və onlarıda düşəndə poetik dildə vəsf edirdi. Təsadüfi deyil ki, onun «Ölməz məhəbbət» şeirlərkitabı var. Və bu kitabda40-dan çox şeir, bayatı, qəzəl toplanıb. Həm də bu gözəl kişi musiqinin, muğamınçox gözəl bilicisi və həvəskarıydı. Saatlarla böyük xanəndə Ağabala Abdullayevin «Zabul- segah»ına qulaq asardı. Vəözü də yazdığı qəzəlləri oxumaq üçün xanəndələrə verərdi. Onun bir qəzəlini DədəSüleyman çox gözəl ifa edir. Səyyad əmi həm də bədahətən şeir deyərdi. O şeirlərdənbirini böyük sənətkar Rübabə Muradovaya, birini də öz müəllimi «Lenin» ordenli BəyazQarayevaya deyib.

Səyyad əmi duz-çörəyəhörmət edən, onu heç vaxt unutmayan bir kişi olub. Və təsadüfi deyil ki, duz-çörəkkəsdiyi və uzun illər dostluq elədiyi Seyid Yusifin qızı Zöhrə xanımı da oğlu Tahirmüəllimə alıb. Və bu qohumluq uzun illərdi davam eləyir. Və bu qohumluq barəsindəSeyid Yusifin oğlu Hüseyn müəllim bu gün çox böyük həvəslə və şövqlə danışır. Deyirki, dədələrimizin dostluğunu bu gün biz yaşadırıq…

Səyyad əminin 8 övladıolub. Onun beşi oğlan, üçü qızdı. İndi nə qədər də nəvəsi var. Oğlanları Hacı Məhəmmədlə,Tahir müəllimlə mən çox oturub-durmuşam. Çünki bizim atalarımız dost olduğu üçünhəmişə o əlaqəni davam etdirmişik. Bu günlərdə isə digər oğlu – Talıb müəllimlətanış oldum. Övladlarının hamısı rəhmətlik Səyyad əmiyə çəkib. Onun kimi gözütox,onun kimi dünya malında gözü olmayan, onun kimi el-obanın xeyrinə-şərinə yarıyanvə onun kimi də namuslu-qeyrətlidilər. Çünki Səyyad əmi elə bir tarix qoyub gedibki, bu gün də onu yaxınları xatırlayanda kövrəlir və gözləri dolurlar. Amma ən böyüktəsəlli odur ki, Səyyad əmi özünə yaxşılıqdan əbədi bir heykəl ucaldıb. Bu heykəlihər kişi, hər adam ucalda bilməz! Və bu heykəli insanların ürəyindən nə zəlzələ,nə zamanın tufanı, çovğunu qopara bilməz...

Gözəl şair Oruc Sədabir şeir yazıb: «Füzulim mənim» O şeiri oxuyanda həmişə tüklərim biz-biz olur. Vəyazını da həmin şeirin iki bəndiylə tamamlamaq istəyirəm:


Orda əsarətdə dağlarqalıbdı,

Yolların qollarıbağlar qalıbdı,

Orda «Zabul-segah»ağlar qalıbdı,

Dolanım başına Füzulimmənim.


Qəbriylə görüşümdoğmanın, yadın,

Azaldım könlümdənqəm, kədər odun,

Ruhuyla öpüşüm SeyidSəyyadın,

Dolanım başına Füzulimmənim.


TƏQVİM / ARXİV