adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Sentyabr 2017 15:31
14820
MƏMLƏKƏT
A- A+

YOL POLİSİ OLMASAYDI BAKI DONACAQDI

Bu əzabdan qurtulmağın başqa yolları axtarılmalıdı. Müəyyən təkliflərimiz var, yaxın nömrələrimizdə açıqlayacağıq.

Bəli, Dərs ili başladı. Müsibət idi, yaxşı ki, Dövlət Yol Polisi işini yüksək səviyyədə qura bilmişdi. Bir tərəfdən də Respublika Dövlət Yol Polisinin şöbə müdiri Kamran Əliyevin valideynlərə müraciəti də müəyyən rol oynamışdı.

Yoxsa, Bakını «don» vurmuşdu.

Deyəsən, belə bir idarə var: Nəqliyyatı İntellektual İdarəetmə. Nə qədər intellektualdı, bilmirəm, həmin idarənin əməkdaşları, eləcə də mütəxəssislər, Təhsil Nazirliyi, məktəb direktorları yığışıb bu işə bir əncam çəkməlidirlər. Yoxsa, Dövlət Yol Polisinin əməkdaşları iş-güclərini atıb məktəblərin qabağında qaravul çəkməli deyillər ha!

Təkliflərimizi deyəcəyik. Bu gün tıxacda yorulmuşdum, ona görə bu gün deyə bilmirəm.