adalet.az header logo
  • Bakı 18°C

AQİL ABBAS: "AXUND"UN DA ZİBİLİ ÇIXDI?!

AQİL ABBAS
53940 | 2017-09-17 09:50

Qəzetələrdə oxudumki, Qafqaz Müsəlmanları İdarəsi belə bir qərar çıxarıb ki, «axund» ifadəsi «imam»sözü ilə əvəz edilsin. Səbəb də o göstərilib ki, məsələn, qardaş Türkiyədə bu vəzifənitutanlara axund yox, imam deyirlər.

Niyə,dostlar, bu nə örnəkdi?! Onda Türkiyədə də dövlət başçısına «cümhurbaşkanı» deyirlər, bizdə «cümhurbaşkanı» deyək? Və yaxud nazirədə «bakan» deyirlər.

Həmdə axund təkcə vəzifə deyil, yüz illərdi bu xalq savadlı, ziyalı adamlara «axund» deyə müraciət edirdilər, dahayüksək elmə, təhsilə, dünyagörüşünə malik şəxslərə də «şeyx». Məsələn, Nizami Gəncəviyə.

Azərbaycanıngörkəmli şairi Molla Pənah Vaqifə də həmişə «Axund» deyə müraciət olunub. Misalları artırmaq olar. Mirzə FətəliAxundovun soyadı da «axund» sözündən irəligəlir.

Dayolan olub, keçən keçib. Bildik, məscidlərinböyüklərinə innən belə «imam» deyə müraciət edəcəyik.

İmamƏli, imam Həsən, imam Hüseyn, imam Cəfəri Sadiq, imam Zeynalabdin…

Yaxşı,bunu başa düşdük. Bəs, müftilərə nə deyəcəyik?

Xanəmi Əbülfət Əliyevlə Filarmoniyanın bağındaoturubmuş, görür yaxın bir dostununoğlu keçir, uşağın da adı Marks imiş. Çağırır:

-A bala Marks, bir bəri dur görüm dədən nə təhərdi.

Uşaq yaxınlaşıb deyir:

-Xan əmi, atam adımı dəyişib ey, day adım Marks deyil.

Xanəmi:

-Niyə, a bala, Marksın da zibili çıxdı?


TƏQVİM / ARXİV