ANA SƏHİFƏ / YAZARLAR

XOŞBƏXTLİK NƏDİR?

6743    |   2017-09-14 13:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xoşbəxtlik?! Nədir xoşbəxtlik? Xoşbəxt olmaq olurmu?

Bəlkə də çoxlarımız öz-özümüzə bu sualları dönə-dönə vermişik. Əslində xoşbəxtlik içərindəki bədbinliyi üzə çıxarmamaqdır. Yəni, öz bədbin halını ətrafa yansıtmamaq – xoşbəxtliyin tərifidir.

Çox məşhur olan Bektaşi (Yunus Emrenin müəllimi) xoşbəxtliyi bu cür təsəvvür edir. Bu təsəvvürlə bağlı qısa bir rəvayət var.

Bir gün qolu kəsik bir adam ustad Bektaşinin yanına gəlir. Adamlar çox olduğundan oğlan bir xeyli gözləməli olur. Nəhayət, sıra gəlib ona çatır.

Bektaşi:

- Nədir dərdin? – deyə gəncdən sual edir.

Oğlan başını aşağı salır, dodağının altında:

- Xoşbəxt deyiləm. – deyir.

Bektaşi gülümsünür:

- Nədən, evladım? – deyə sorur.

Oğlan qolunu göstərir:

- Qolum kəsiləndən sonra həyat mənə zindan kimi görsənir. Yaşamaq istəmirəm.

Axırıncı cümləni oğlan çox sakit dediyi üçün Bektaşi eşitmir.

- Nə istəmirsən? – deyə xəbər alır.

- Yaşamaq... – oğlan bir az ucadan deyir.

- Aha... – Bektaşi azacıq gülümsünür, sonra üzündən qırışı silinir dərin fikrə qərq olur.

- Oğlum, - o, darıxdırıcı sükutu pozub üzünü gəncə tutur. – sənə bir şey deyəcəm onu edərsən.

- Nə dersəniz, xocam. – oğlan razılıqla başını sallayır.

- Al bu qaşığı bərk-bərk tut. Get, sarayı yaxşı-yaxşı gəz. Amma diqqət elə yağı damcılatma.

Oğlan Bektaşinin dediyi kimi edir. Sarayın kənarlarındakı şəlalələrə, bağlara üz tutur, quşların civiltisini eşidir, ancaq qaşığa diqqət yetirdiyindən heç nəyə fikir verə bilmir. Qayıdıb Bektaşinin yanına gəlir. Bektaşi oğlanın qaşıqdakı yağı damcılatmadığını görüb maraqla:

- Oğlum, mənim bağımı, bağımdakı sarı, bənövşəyi gülləri, bər-bəzəkli quşları gördünmü? – soruşur.

Oğlan:

- Qaşığa fikir verdiyimdən heç nəyi görə bilmədim – deyə cavab verir və günahkarcasına başını aşağı sallayır.

Bektaşi gülümsünür:

- Get indi o gözəllikləri gör. – deyir.

Oğlan təzədən saraydan çıxır. Bağa, bağdakı rəngbərəng güllərə, bərbəzəkli quşlara baxır. Gözəlliyin sehrinə qapıldığından qaşıqdakı yağın damcıladığından xəbəri olmur. Geri qayıdanda Bektaşi ondan soruşur:

- Oğlum, nədən yağı damcılatdın?

- Əfəndim, bağa, bağdakı bərbəzəkli quşlara, rəngbərəng çiçəklərə baxdığımdan qaşığa fikir verə bilmədim.

Bektaşi gülümsünür:

- Oğlum, gördünmü? – deyir. – Sən qolunun kəsik olduğuna fikir verdiyindən ətrafındakı gözəlliyi görmürsən. Qoluna fikir verməsən görərsən ki, həyat necə gözəldir. Öz bədbinliyi içində boğ, oğlum. Onda xoşbəxt olacaqsan.

Xoşbəxtliyin tərifini axtarmaq lazım deyil. Elə xoşbəxtliyin varlığını da. Bəzən insan xoşbəxtdir, ancaq bunun fərqində deyil. Ramiz Rövşən demiş: "bəlkə biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtik, xəbərimiz yox.” Xoşbəxtlik üstü bağlanmış, gizli, qaranlıq yerdə saxlanmış kimi görünməzdir. Onu duymaq lazımdır. Xoşbəxtlik bəzən insan cildində, bəzənsə başqa bir cilddə qarşına çıxa bilər. Sadəcə onu öz qiyafəsində deyil, içinin qiyafəsində görmək lazımdır.

İnsanın həyatdan tutacağı bir dayaq olmalıdır. Bu dayaq onu xoşbəxtliyə, ulaşa bilməyəcəyi xoşbəxtliyə daşıyacaq. Çalışın, özünüzü xoşbəxt hesab edin, özünüzdə bədbəxtlik axtarmayın, Bektaşi demiş, həyatın gözəlliyinin sehrinə qapılın.


İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK