adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Sentyabr 2017 13:08
26772
KRİMİNAL
A- A+

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

Sentyabrın 13-də Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn naməlum şəxs orada işləyən Artupa kənd sakini Çingiz İsmayılovu bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.