BİR SƏS YETİM QALDI

ƏBÜLFƏT MƏDƏTOĞLU
67289 | 2017-09-13 17:18

XanəndəEldar Novruzovun ruhuna


Buyazını başlamamışdan öncə təkrar dinlədim səni. Və qədim bir xalq mahnısını eləyanıqlı-yanıqlı oxuyurdun ki, içim od tutub yanırdı. Etiraf edim ki, ağlamaqdanbütün gücümü toplayıb özümü zorla saxlamışdım. Dişimlə, darnağımla sıxmışdım ürəyimi.Amma nahaq. Gərək səsinə qoşulub ağlayaydım. Bəlkə onda nəfəsim genələrdi, ürəyimpartlamaqdan, çat verməkdən qurtulardı. Amma görünür səni oxumaq yaşatdığı kimi,məni də az-çox bu yazıları yazmaq yaşadır. Ona görə də ürəyim çat versə də, amma partlamadı.

Sənin ölüm xəbərinieşidəndə şoka düşdüm. Çünki sonuncu dəfə Təşkilat Nəsirovun yubileyində qarşılaşdım,orda dinlədim səni və ordan da ayrılıb iş yerimə gələndən sonra uzun müddət fikirləşdimki, Təşkilat Nəsirova yazı hədiyyəmi bağışlayandan sonra sənin barəndə də ürəyimdəgəzdirdiklərimi yazım. Çünki sənə bir yazı borcum vardı. Bu borc da elə-belə yaranmamışdı.Səni hələ uşaqlıq illərindən dinləyib sevmişdim.

Aramızda 11 il yaşfərqi vardı. Deməli, bu 11 ilin ən azı5-6 ilini səni dinləmək, dərk etmək iqtidarında olmuşdum və etmişdim də! Təvazökarlıqdanbilmirəm uzaqdı, ya yaxın, amma bu bir gerçəkdi ki, səni Tuğ kəndində, öz toyumdada lap bəy tərifinə qədər dinləmişdim. Elə şövqlə oxuyurdun ki, adam səni dinləməyəbilmirdi... elə sakit oxuyurdun ki, adam səni dinlədikcə rahatlanırdı... elə ustalıqla, necə deyərlər ədəb-ərkanla oxuyurdunki, səndən diqqət yayındırmaq olmurdu. Və çox qəribədir ki, bütün bunlar sənin ovaxtkı yaşına görə bəlkə də bir az uyğun gəlmirdi. Çünki bütün bu dediklərim 33yaşında bir ifaçının oturuşu-duruşu üçünçox böyük ölçülər idi, parametrlər idi. Sən demə, gənc yaşımda da ustadlar kimi oturub-durmaq mümkünimiş, məclis, mərəkə idarə etmək mümkün imiş. Sən bax bu dediklərimi o yaşında çoxgözəl bacarırdın. Hətta bu toyda iştirak edən paytaxtdan gəlmiş dostlarım sonralartoydan, musiqidən söhbət düşəndə səndən danışırdılar, səni xatırlayırdılar...

Füzuli rayonununişğalına qədər sənin üz-gözündə həmişə təbəssüm görmüşdüm. Qayğısızlıq görmüşdüm.Və inanmışdım ki, sənin içinə hopmuş bu qayğısızlıq, bu təbəssüm səsinin işığındahəmişə çiçəkləyəcək, həmişə səni qoruyacaq, səni öz mərtəbəndə, öz ucalığında saxayacaq.Amma..

Amma yanıldım. Çoxşeydə yanlıdığım kimi, bu düşüncəmdə də yanıldım. Füzulinin işğalı sənin içindəkiqayğısızlığı da, üz-gözündəki təbəssümü də əsir götürdü, girova çevirdi. Alındaqırış yarandı, görkəmindəki təbəssümdə iz qalmadı. Söhbət edəndə də hiss olunurduki, sən bu dünyanın adamı deyilsən. Sən bu dünyada bircə səsinlə mövcudsan. Bircəsəsindi səni göstərən, səni təqdim edən, sənin yaşadığını büruzə verən. Bax, mənonda bir daha hiss etdim ki, düşmən bizim təkcə torpağımızı, malımızı-mülkümüzütalamayıb, əlimizdən almayıb, o, içimizi də yağmalayıb, içimizi də viran qoyub.Çünki biz ayaqüstə yeriyən bəndələr idik. İçi olmayan, daha doğrusu, içində sevinciolmayan bəndələr!.. Eh...

Ölüm xəbərini eşitdim...Şoka düşdüm... Və həmin o məqamda özümü də qınadım. Sənə olan yazı borcumu vaxtındayazmadığım üçün. Bəlkə də bu mənim namərdliyimdi... mənim hardasa özümə, özümünkülərəqarşı bir az laqeydliyimdi. Bəlkə də yox - bu mənim sizlərlə hələ çox görüşəcəyiməinamım idi!!!

Bilmirəm hansıdı.Amma bu gün üçün real olan odur ki, sənə yazı borclu qaldım... O borcu qaytarmaqüçün hər gün səsinlə köklənirəm və etiraf edim ki, ən çox da tamam fərqli bir yanğıyla,tamam fərqli bir ürək çırpıntısıyla az qalaözünü də hopdurub oxuduğum bir mahnını dinləyirəm. O mahnının "Segahı”nda oxuduğunFüzuli nisgilli ustad şairimiz, dəyərli dostum Əşrəf Veysəllinin sözlərini sən şairinhardasa özündən də artıq dərəcədə düşündürücü, təsiredici, adamı yandırıb-yaxacağıbir şəkildə çatdırırsan bizlərə. Deyirsən ki:


Əziz dost, gəl gedəkbizim ellərə,

Könlün nə istəsəvar Qarabağda.

Ənciri, üzümü dillərəzbəri,

Heyva Qarabağda,nar Qarabağda...


Sən oxuyursan vəmən Füzulini qarış-qarış gəzirəm. Çərəkəndən üzü yuxarı qalxıram... Quruçay boyuncagedirəm... Köndələni gəzib qayıdıram... Qaraköpək təpəsinə çıxıram... Məngələnatanıziyarət edirəm... və Ərgünəşə baxa-baxa yol kənarındakı ağacların birindən narüzürəm, birindən heyva... Və səni dinləyirəm. Sən onda "Qarabağ" şikəstəsinitamam fərqli oxuyurdun. Elə bil ki, bu mahnıdan dinləyənlərin nəşələnməsini, məstolmasını istəyirdin... Bax, belə oxuyurdun "Qarabağ" şikəstəsini. Məndə keflənirdim öz aləmimdə... İşğaldan sonra da sifariş verdilər toylarda, konsertlərdə.Onda da oxudun "Qarabağ" şikəstəsini. Amma bu dəfə düşünmək üçün, ağlamaqüçün, Qarabağ uğrunda vuruşmaq üçün kökləmişdin səsini... fərqli idi budəfəki"Qarabağ" şikəstən. Və elə əvvəldə dediyim kimi, Əşrəf Veysəllinin sözlərinidə yana-yana oxuyanda çağırış edirdin. Deyirdin ki:


İndi o yerlərdə sular coşurlar,

Kəkliklər baharanəğmə qoşurlar.

Sevgililər kimi qucaqlaşırlar,

Kaman Qarabağda,tar Qarabağda!


Bəli, mən sənin səsininiçində əriyib gedirəm özü də bilə-bilə. İstəyirəm ki, səsinə qarışıb qalxım göylərinyeddinci qatına. Gəlib orda tapıb səni gec yazdığım yazıya görə üzrxahlıq edim...yazdığım yazını sənə göstərim, sənə oxuyum... xoşun gəlməyən yerlərini elə gözününönündəcə qaralayım, silim. And olsun Allaha, ürəkdən istəyirəm bunu!

Bəli, Eldar müəllim,sən səsini heç vaxt pula çevirmədin... Sən səsini heç vaxt satışa çıxarmadın...elin-obanın uyğun bildiyi, imkanı daxilində cibinə qoyduğu ilə razılaşdın.

Hələ neçə imkansızın,kimsəsizin toyunda da, məclisində də candan, könüldən iştirak elədin, heç nə dəummadın. Mən indi bilirəm ki, Sən nə qədərmüdrik imişsən. Sən nə qədər uzaqgörən imişsən,Deməli, Sən ötən əsrin 70-ci illərindən bilirsənmiş ki, bu dünyada səsin qalacaq. Ona görə də səsinin qaydına qalmısan,səsini qorumusan və doğurdan da səsin qaldı bu dünyada.

Amma məni sızıldadan,məni göynədən odur ki, səsin yetim qalıbdı. Ona görə ki, səsin doğulduğun ünvanahələ gedib çatmayıb, hələ qayıtmayıb. Səsin də özün kimi qaçqınlıq, köçkünlük yaşayır.Amma Allaha inandığım kimi inanıram ki, səsinin yetimliyi uzun çəkməyəcək, səsinqayıdacaq Füzuliyə! Və Füzuliyə qayıdan səsin ordan təkrar üz tutacaq Azərbaycana!..Hamı əlini radionun, televizorun pultuna uzadanda dikorun səsini eşidəcək:

- "Qarabağ"şikəstəsi. Oxuyur Eldar Novruzov!

...Ruhunşad olsun, Eldar müəllim! Sənin səsin səni tanıyanların, səni dinləyənlərin və Azərbaycanmusiqi tarixinin yaddaşında qalacaqdı.


TƏQVİM / ARXİV