Aqil ABBAS: MİLLƏT DEYİLİK EY, KEFİK BAŞDAN-AYAĞA

AQİL ABBAS
73329 | 2017-09-14 09:15

Ov tüfəngləri ilə, "Kalaşnikovla silahlanmış «Qarabağ» İngiltərədə fantonlarla, ballistik raketlərlərlə ən müasir tanklarla, vertolyotlarla silahlanmış "Çelsiyəməğlub oldu. Amma geri çəkilmədi, təslim olmadı. Sonadək döyüşdü.

«Çelsi»ninbüdcəsi 700 milyon dollara yaxındı. Bu, 90-cı illərin əvvəllərində Azərbaycanınillik büdcəsi idi. «Qarabağ»ın cibindəkipul isə 17 milyon. Amma yenə buna baxmayaraq,kişi kimi mübarizəsini apardı.

Bu,futboldu, udmağı da var, uduzmağıda. «Seltik» öz meydançasında 0:5 hesabı ilə uduzdu. «Yuventus» kimi bir komanda 0:3uduzdu və sair və ilaxır.

İndi«Qarabağ» məğlub olub. İlahi, dünən Qurbana və oyunçularamədhiyyələryazan, təriflərin içində boğanlar nə pəstaha çıxarıblar. «Qarabağ»ı Avropanın32 ən güclü klubu sırasına çıxaran, bütünAvropanın diqqətini təkcə «Qarabağ» komandasına yox, işğal olunmuş torpaqlarımızayönləndirən, 70-80 minlik ingilis azarkeşinin bağırtısının içində «Qarabağ!» hayqırtısınıdünyaya yayımladan Qurban Qurbanov haqqında sosial şəbəkə qəhrəmanlarının aşağılayıcı,lağlağı statuslarını, şərhlərini oxuyanda yenə də şair Qürbət Əzizin bir misrasınıxatırlayıram: «millət deyilik ey, kefik başdan-ayağa».

YaşaQurban! Yaşa «Qarabağ»! Eybi yox, bir gün bizim də küçədə toy-bayram olar və Qurbanı, «Qarabağ»ı aşağılayanlar bir utanar.



TƏQVİM / ARXİV