adalet.az header logo
  • Bakı 12°C
13 Sentyabr 2017 12:10
21483
ELM VƏ TƏHSİL
A- A+

Magistraturada yeni təhsil standartlarının ilk ünvanı: UNEC

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə(BMDM)2017/18-ci tədris ili üçün magistr qəbulu uğurlabaşa çatıb.

UNEC-də magistratura təhsilinin səmərəli və beynəlxalqstandartlar səviyyəsində aparılması üçün yaradılan BMDM-də plan yerlərinin99faizinə magistr qəbulu həyata keçirilib.Sevindirici haldır ki, qəbul olunan magistrlərin 95.6faizi ilk turda UNEC-i seçiblər.Daha bir qürurverici məqam isə 2017/18-tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsilmüəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək balı toplayan ilk üçlüyün məhz UNEC-in təhsil imkanlarından yararlanmaq istəyidir.Respublika birincisi Yaşar Nəsibov, respublika ikincisi CavidƏliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarını nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar veridiklərini bildiriblər.

Qeyd edək ki, BMDM-də tədris11ixtisas39ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus vətürk dillərində həyata keçirilir.BMDM-i ali təhsilin magistratura pilləsi üzrəyeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.