adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Sentyabr 2017 15:55
5010
GÜNDƏM
A- A+

AzTV-də kadr dəyişiklikləri - Telekanalda nə baş verir?

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Elsevər Dünyamalıyevlə sədr Arif Alışanov arasında münasibətlərin pozulması barədə BakuPost.az məlumat əldə edib.

Məlumata görə, AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Bildirilir ki, onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.Digər məlumatlara görə AzTV-də kütləvi işdən çıxarılanlar var.

Modern.az saytına daxil olan məlumata görə isə tanınmış şair-publisistBəxtiyar Qaraca Mədəniyyət kanalının direktor müavini vəzifəsindən azad edilib.

Modern.azmətbuatda yazılanlarla bağlı AzTV-nin mətbuat katibi Xatirə Qasımla əlaqə saxlayıb. O, yazılanlara belə reaksiya verib.

"AzTv-nin sədr müavini Elsevər Dünyamalıyevlə bağlı deyilənlər və yazılanlar dezinformasiyadır. Biz dezinformasiyaları şərh etmirik”.