adalet.az header logo
  • Bakı 20°C
12 Sentyabr 2017 15:03
31247
MARAQLI
A- A+

Qadınların sevimlisi, kübar, ağıllı qatil

Ted Bandi 1974-1978-ci illərdə ABŞ-da 30-dan çox qadını öldürmüş silsilə cinayətlər törətmiş qatildir. Onu digər qatillərdən fərqləndirən, yaraşıqlı geyimi, təmiz görünüşü, kübar, təhsilli, mədəniyyətli olması və qadınların marağını özünə cəlb edən cazibəyə sahib olmasıdır. Ted Bandi qeyri-qanuni uşaq idi və anası bunu ondan gizlətmişdir. Anasının onun bacısı olduğunu düşünürdü.


Anasını bacı bilirmiş...

Vaşinqton Universitetində oxuyarkən Stefan adlı qıza aşiq olan Ted özünü ona sevdirmək üçün çox çalışır, ancaq buna nail ola bilmir. Bu hadisədən sonra depressiyaya düşən Ted Bandi universiteti tərk edir. Ardınca "bacı” dediyi şəxsin anası olduğunu öyrənir. Bütün bu olanlar ona çox təsir edir və ətrafındakı bütün qadınlara nifrət etməyə başlayır...


Daha sonra insan psixologiyasını bilmək üçün Vaşinqton Universitetində psixologiya üzrə təhsil almağa başlayır. Məzun olduqdan sonra Vaşinqtondakı cümhuriyyətçi partiya üçün işləyərkən "Utah” universitetinin hüquq fakültəsinə daxil olur. Stefani Tedin dəyişdiyini, daha yaxşı olduğunu düşünüb yenidən ona qayıdır. Sevgilisinə evlənmə təklifi edən Ted Bandi 2 gün sonra ayrılır və onunla əlaqələrini tamamilə kəsir.


İstədiyi qadını əldə edə biləcəyini düşünən Ted,  4 il Amerika Birləşmiş Ştatlarında silsilə qətllər törətməyə başlayır. Bəzən şikəst rolu oynayaraq, bəzən polis kimi görünüb onları tutaraq 4 il ərzində köhnə sevgilisinə bənzəyən 30 qadını təcavüz edir, boğaraq və ya zərbələr endirərək öldürür. Bəzən öldürdüyü şəxsləri evində saxlayaraq onları geyindirib, makyaj edib təcavüz edirdi. Polis bu vəhşicəsinə törədilmiş cinayətlərdə heç bir iz tapa bilmirdi, çünki hiyləgər Bandi hər dəfə üzündə dəyişikliklər edib fərqli adlardan istifadə edirdi, ancaq bir gün Utahda polis paltarında alış-verişdən çıxan bir qızı hədəf seçmişdi.

Hiyləgər qatil

Kerl adlı qıza sorğu-sual bəhanəsi ilə yaxınlaşaraq maşınına mindirmişdir. Kerl maşının qapısın açaraq qaçmış və polisə Bandinin fotorobotunu çəkmişdir. 16 avqust 1975-ci ildə içərisində cinayət alətləri olan maşın tapıldı. 1976-cı ilin martında Kerlı qaçırdığı üçün məsuliyyətə cəlb olunan Bandi 15 il həbs cəzası aldı. Detektivlər cinayətlərdə Bandidən şübhələnsələr də, hələ də ona aid dəlil yox idi. Öz evində belə bir barmaq izi tapa bilməmişdilər. Ona görə də cinayətlərə görə deyil, Kerlı qaçırdığına görə həbs edilmişdir. 7 aprel 1977-ci ildə məhbus olaraq məhkəmədə sorğulanmağa başlayır.


Ted Bandi hüquq məzunu olduğu üçün ona verilən vəkili rədd edərək öz-özünə vəkillik edə biləcəyini deyir. Bunu hakimlərdən istəmək də Bandinin hiyləgərliyindən xəbər verirdi, çünki özü vəkillik etdiyi üçün əlləri qandalda olmayacaq, bundan əlavə normal kostyum geyinə biləcəkdi. Məhkəmədən hüquq kitabları oxuya bilmək üçün kitabxanaya getməyə icazə almışdı. İstəyi qəbul edilən Ted Bandi 2-ci mərtəbədə yerləşən kitabxananın pəncərəsindən qaçır. Əlləri qandallanmadığı və məhbus uniforması geyinmədiyi üçün rahatlıqla insanların arasına qarışa bilir...



Bir müddət sonra şəhərdən qaçmaq üçün maşın oğurlayarkən Bandi yenidən tutulur. 6 ay həbsdə qalarkən tapdığı bir mişarla uzun bir tunel qazmağa başlayır. Tunelin digər tərəfi həbsxananın baş gözətçisinin evinə çıxırdı. Otaqda olmadığı bilinməməsi üçün yatağını kitablarla dolduraraq tunellə hərəkət edir. Gözətçinin evində paltarlarını dəyişərək sakit bir şəkildə evdən çıxır...


Qadınlar onu sevirdilər...

Ted Bandinin qaçdığı gec bilindiyi üçün bu ona 15 saat ekstra vaxt qazandırmışdı. Bu müddətdə Floridaya qaçmış özünə yeni ad tapmış və tək otaqlı, təhlükəsiz ev tutmuşdur. Bu ev Florida Dövlət Universiteti yaxınlığında idi və Bandi gizli olaraq istədiyi vaxt universitetə daxil olub ona maraqlı olan dərslərə qatılırdı. Yeni həyata başlasa da, köhnə cinayətlərini davam etddirməyə, universitet tələbələrinə təcavüz etməyə və öldürməyə başlayır. Ancaq 1979-cu ilin fevralında işlətdiyi maşının oğurluq olduğu bilinərək tutulur və yenidən Mayamiyə göndərilir...


Qatil olduğu halda belə bəzi qadınlar sırf ona vurulduğu üçün məhkəmələrdə iştirak edirdilər. Hətta onun diqqətini cəlb etmək üçün özlərini onun köhnə sevgilisinə oxşatmağa çalışırdılar. İkinci dəfə həbs edilərkən onun cinayətlərinin detallarını araşdırırdılar, ancaq bir cəsədin ayağında diş izi aşkarlaya bilmişdilər. Bundan xəbərdar olan Bandi öz dişlərini sındırmağa çalışdı, ancaq buna imkan vermədilər.

Son

Beləliklə, onun dişindən alınan izlərlə meyitdəki izlər tutuşdurulan zaman eyni olduğu bilindi və ona ömürlük həbs cəzası verildi. Bandi buna qarşı çıxdı. Yenidən məhkəməyə müraciət etdi və beləcə edamı 10 il gecikdi. Ölmədən öncə bir heyranı ilə evləndi və qızı oldu. 1989-cu ildə 2000 volt elektrik cərəyanı bədənindən keçirilərək edam edilir...



Qatlin son sözləri:

"Həyata və ölümə hökm etmək istəyirəm.”

"Bir insanın ölüm və həyatına qərar verə bilmə gücündən daha böyük nə ola bilər ki?”

"Mən indiyə qədər qarşılaşdığınız ən soyuqqanlı qatiləm.”

"Bəzən özümü vampir kimi hiss edirəm.”