adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Sentyabr 2017 15:19
12752
İDMAN
A- A+

“Qarabağ”ın çox yaxşı oyunçuları var” – Konte

"Yaxşı komanda ilə üz-üzə gələcəyik. "Qarabağ”ın bəzi futbolçularını çox yaxşı tanıyıram və milli komandalarda necə çıxış etdiklərini bilirəm”.

Qol.az.az xəbər verir ki, bunu İngiltərənin "Çelsi” komandasının baş məşqçisi Antonio Konte Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda "Qarabağ”la oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ”a qarşı oynamaq heç də asan deyil: "Rəqib ÇL-in qrupunda ilk dəfə iştirak etsə də, orda çox yaxşı oyunçular var. İtaliya yığmasının baş məşqçisi olanda Azərbaycan millisi ilə qarşılaşmışam. Orda çox yaxşı oyunçular tanıyıram. Realist olsaq, onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzmağı da nəzərə almaq lazımdır”.

A.Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdırlar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib: "Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda "Lester”lə keçirdiyimiz oyun "Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək. Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.


O bildirib ki, Danni Drinkvoterindən başqa komandada zədəlifutbolçu yoxdu:"Danninin əzələsində problem yaranıb. Oyun vaxtına qədər bunun yoluna qoyulmasını gözləyirik".

Eden Hazarda gəlincə, Konte bildirib ki,o, kollektivlə birgə ümumi məşqlərdə iştirak edir:"Əvvəlki formasını bərpa etmək üçün səylə çalışır. Ancaq düşünürəm ki, ona bir qədər vaxt lazımdır. Edeni indi riskə atmaq axmaqlıq olar. O, sabah matça ehtiyatdan başlayacaq. Hazard ötən mövsümü əla keçirdi. O,ən yaxşı futbolçumuzdu və Edenikomandada görmək üçün səbirsizlənirik. Eden zədəli olduğu vaxtlarda onsuz oynamağa məcbur qalırıq. Bu da bizə çətinlik törədir. Çünki bütün oyunlarda qələbə qazanmaq istəyirik".

Konte son vaxtlar yüksək səviyyəli oyunu ilə diqqət çəkən Alvaro Morata barədə də danışıb:

"Morata çox gözəl çıxış edir, qollar vurur. Oyun üslubumuza uyğun futbolmudur. Sürətlə inkişaf edir. Unutmayın ki, İspaniya millisinin heyətində çıxış etdikdən sonra "Lester”lə matçda da 90 dəqiqə meydanda qaldı. Ümumiyyətlə, əksər oyunçuların durumunu dəyərləndirdikdən sonra sabahkı heyətlə bağlı ən yaxşı seçimi etməliyəm. 21 gündə 7 oyun keçirən komandada bəzi dəyişikliklərin edilməsi normaldır. Bu baxımdan çox sakitəm, çünki oyunçularıma inanıram".