adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KÖHNƏ ÜNVANLAR, KÖHNƏ ADLAR

FAİQ QİSMƏTOĞLU
62722 | 2017-09-12 12:27

Bu gün Bakıda eləküçələr, elə yerlər var ki, onların adı düz 30 il bundan əvvəl qoyulub və bəzi adlarsahətta ondan qabaq yazılıb. Təbii ki, bu köhnəadlar, köhnə ünvanlar Sovet dönəmindən qalmış miraslardı. Biz heç də Sovet dönəmininyaxşı və müsbət tərəflərini yaddan çıxarmamışıq. Ən azından ona görə ki, biz özümüzdə o dövrün «şinelindən» çıxmışıq və o dövrün ab-havası ilə böyümüşük…

Bunların heç biriyləbizim işimiz yoxdu. Biz onu yada salmaq istəyirik ki, Bakının bəzi yaşayış məntəqələrindəvə sahələrində küçələrə qoyulmuş adlar indi çox qəribə səslənir. Uzun müddət düşünmüşükki, yəqin müstəqillik dövrünə qədəm qoyandan sonra bu cür problemlər zaman-zamanaradan qalxar. Amma illər keçir, onilliklər ötür həmin məsələlər bu gün qədər özhəllini tapa bilməyib.

Və biz də düşündükki, əgər bu məsələlər və problemlər on illərdi həllini tapa bilmirsə, onu yenidənyada salaq və xatırlayaq. Bəlkə bu xatırlamadan və yada salmadan sonra Sovet dövründənqalmış həmin ünvanlar dəyişidirilər.

Biz 30 ilə yaxındırki, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində yaşayırıq. Artıq biz köhnəadlara və köhnə ünvanlara öyrəşmişik. Elə birinci başlayaq Yeni Günəşlinin adından.Ola bilər bu söz bu və ya digər dərəcədə öz mənasıyla qüsurlu deyil. Amma gəlinonunla razılaşaq ki, 50 mindən çox əhalinin yaşadığı yaşayış sahəsinə daha yaxşıbir ad vermək olardı. Axı zarafat deyil, Yeni Günəşli böyük bir qəsəbədi və burda çoxlu sayda məktəblər, uşaqbağaçaları , sosial obyektlər fəaliyyət göstərir.

Deməli, bu yaşayışsahəsinə də çox gözəl bir ad verəmk olardı. Bizim o qədər Milli Qəhrəmanlarımız,şəhid oğullarımız, elm xadimlərimiz və eyni zamanda mədəniyyət sahəsində çalışanziyalılarımız var ki. Təbii ki, onlar öz istedadları və mövqelərilə ölkəmizin tarixinə yeni səhifələryazıblar.

Sözümüzün canı ondanibarətdir ki, Günəşliyə çox vaxt Çənlibel də deyirlər. Elə bura Koroğlunun da adınıqoymaq olar… elə bura Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun da adınıqoymaq mümkündü… elə bura Azərbaycanın böyük şairləri Məmməd Arazın, Bəxtiyar Vahabzadənində adını qoymaq olar… elə bura çox yox, Günəşlinin özündən çıxan istedadlı ziyalıların,alimlərin və mütəfəkkirlərin də adını qoymaq bir o qədər də müşkül məsələ deyil…

İndi Sovet dönəmindəkimsə deyib ki, bura Yeni Günəşlidi. Elə bu adda rəsmiləşib və tarixə çevrilib.Hələ bu da məsələnin hamısı deyil. Yeni Günəşlidəbir-birinə bənzəyən küçə adları var. Məsələn, «D» massivi, «A-B» massivi, «Q» massivi… tay nəbilim hansı massivlər. Hətta binalara belə lövhələr də vurulub.

İndigörəsən bu məsələ nə vaxta qədər öz yerində sayacaq? Yəni nə vaxta qədər bu cüradlar hələ də bizim gözümüzü qabar edəcək. Qəribədir ki, bu məsələlər uzun illərdirki, heç kəsin diqqətini cəlb eləmir…

Axıbayaq dedik, bizim o qədər tarixi şəxsiyyətlərimiz var ki, onların adına bir küçədə yoxdur. Düşünəndə həmin qəhrəmanları biz zaman-zaman yaddan çıxarmağımıza təəssüflənirik.Yəni bu qəhrəmanlar da biz tərəfdən yada salınmalı, adları əbədiləşdirilməlidir.Elə Günəşlidə 6-7 küçəyə tanınmış Azərbaycanqəhrəmanlarının, şairlərinin, yazıçılarının və ziyalılarının adını vermək mümkündür.Sadəcə olaraq, bu məsələlər və problemlər bizim fikrimizcə, əlaqədar qurumlar qarşısındasəsləndirilməyib. Bəlkə də həmin məsələlər bir vaxtlar adiyyəti qurumlar qarşısındayada salınsaydı, səslənsəydi təbii ki, bu problemlər çoxdan öz həllini tapmışdı.

Bu yazımızı oxuyan bəzi insanlar bəlkə də bizi qınayacaqlar. Deyəcəklərki, ay rəhmətliyin oğlu, işin-gücün bu vaxtında heç ad dəyişmək vaxtıdı? Camaatın o qədər problemi, qayğısı, sıxıntısı var ki, indiqəsəbə adını dəyişdirmək, küçələrə yeni ad vermək kimin yadına düşür?!

Olabilər, bu məsələlər kiminsə yadına düşməsin. Amma ola bilməz ki, bəzi əlaqədar təşkilatlarbizim qaldarıdığımız problemlər maraqlanmasın. Çünki birmənalı olaraq hər hansıməsələdə dövlət qurumlarını qınamaq və ittiham etmək hardasa ədalətsizlik kimi qəbuledilməlidir. Ən azından ona görə ki, hər hansı problem həmin qurumlar qarşısındaqaldırılmalı və bundan sonra məsələnin həllini gözləmək lazımdır.

Bizdə inanırıq ki, adiyyəti qurumlarda millətini, dövlətini, xalqını sevən kifayətqədər vətənpərvər insanlar çalışırlar. Və elə biz də bu vətənpərvər dövlətə, millətəxidmət edən vəzifə sahiblərinin nəzərinə bu məsələləri çatdırırıq. Çatdırırıq ki,onlar bilsinlər ki, Sovet dönəmindən qalan bu adlara yenidən baxmaq mümkündür. Yenidənbaxmaqla biz həm buraxdığımız səhvləri düzəldər, həm də yeni bir tarixə düzgün vəədalətlə yanaşarıq. Çünki bundan həm də on minlərlə insan razı qalar.

Bizməsələyə öz münasibətimizi bildirdik. Bircə qaldı adiyyəti qurumların qaldırdığımızproblemlərinə necə yanaşmaq məsələsinə. Amma ümidvarıq ki, bizim toxunduğumuz problemləhəmin adamları hərəkətə gətirəcək, əksinə, onlar məsələnin həlli üçün qısa zamankəsiyində lazımi addımlar atacaqlar.


TƏQVİM / ARXİV