adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Sentyabr 2017 11:03
18075
DÜNYA
A- A+

Ərdoğan: S-400 raketlərinə görə Rusiyaya beh verilib

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, buna görə Rusiya tərəfinə beh də verilib: "Mən və Putin bu mövzuda qərarlıyıq".

RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını bildirib: "Hazırda razılaşma icraya hazırlanır".