BİR MÜƏLLİF YAZISINA MƏNİM ŞƏRHİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
316533 | 2017-09-11 19:13

Təəssüfləvurğulayıram ki, bəzən demokratiya yalnış anlaşılır, təbii ki, fürsətçilər tərəfindən

Adətən mənimünvanıma, eləcə də qəzetin elektron poçtuna daxil olan söz adamlarınınyazılarını özüm gözdən keçirir, özüm onlara diqqətlə, sayğıyla yanaşıram. Bununiki səbəbi var. Birincisi, həmin işin mənə tapşırılmasıdı, ikincisi də özüm hələilk yazılarımdan redaksiyalarla təmasda olduğundan bunun nə demək olduğunu,yazı müəllifinin hansı hisslər keçirdiyini, öz yazılarını qəzet səhifəsindəgörmək üçün necə təlaşlandıqlarını yaşamışam, o hisslər hamısı mənə doğmadı,tanışdı. Bax, buna görə də ən zəif yazını da, xüsusilə şeiri də "rəndələyib"müəllifi sevindirməyə çalışmışam. Düşünmüşəm ki, kiminsə "bir şeiri"qəzetimizin səhifəsində görünməklə ədəbiyyatımıza, təbii ki, böyük ədəbiyyataheç bir zərbə vurmaq gücündə olmayacaq. Əvəzində isə bir könül sevinəcək. Birimza sahibi həmin şeiri doğmalarına, ən azından sevdiyi qıza göstərib məmnunqalacaqdı. Bax, mən bu məntiqlə, budüşüncəylə yanaşmışam o cür yazılara.

Digər tərəfdən"Ədalət" qəzeti olaraq 27 yaşlı bir mətbu orqan yarandığı gündən sözazadlığına, fikir azadlığına təkcə qapılarını yox, hətta pəncərələrini dəaçıbdı. Ona görə də hər kəs bu qəzetdə öz sözünü demək. Öz fikirlərini şərhetməkhaqqından istifadə edib. Təbii ki, kimisə təhqir etmədən, kiməsə qarşı qərəzçiliksərgiləmədən, kiməsə nifrətini büruzə vermədən. Çox təəssüf ki, bəzən belələrinədə rast gəlmişik. Elə bu yazını da məhz həmin biçimli adamlara cavab olaraq qəzetsəhifəsinə çıxarıram.

Oxucularaxatırlatmaq istəyirəm ki, son 3 ildir ki, qəzetin ünvanına, xüsusilə mənimelektron poçtuma Qubadan AYB üzvü, şair-publisist Cabir Alpoğlu Albantürkünimzası ilə xeyli sayda yazılar daxilolub. Bu yazıların da böyük əksəriyyəti birmənalı şəkildə Azərbaycanın çox dəyərli,çox istedadlı və bugünkü ədəbi camiyəmizin öndə olan nümayəndələrindən biri,eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər oxucusu olan RamizQusarçaylı ilə bağlı olubdu. Yəni bütün yazılarında Cabir bəy birmənalı şəkildə Ramiz bəylə aralarında olan hansısa problemləriçözməyə, Ramizi bu və ya digər şəkildə "vurmağa" çalışıb. Gah şeirlərinəirad tutub, gah fəaliyyətinə, gah da ictimai mövqeyinə, hətta mən bir neçə dəfəredaksiyamıza telefon açan, təşrif buyuran Cabir bəyə bildirmişəm ki, onların şəxsimünasibətlərinin "Ədalət" qəzetinə dəxli yoxdur. Onların bir-birilərinəolan qarşılıqlı iradları öz aralarındaçözülməlidir. Təəssüf ki, mənim söylədiklərim Cabir bəy tərəfindən qəbulolunmayıb və o yenə də öz iradlarını yazı formasına salıb mənim və qəzetinpoçtuna göndərməkdə davam edir. Son yazıların da isə Cabir bəy Quba Ədəbi Birliyinin üzvü olmuş mərhum İzmirağa Töhmərliylə bağlı fikirləriniredaksiyamıza göndərmişdi. Həmin yazılardan birini bir xatirə olaraq qələmdostumuzun ruhunu sevindirmək üçün "Ədalət"in səhifəsində şeirləri iləbirlikdə çap etdik. Yəni bir söz adamına öz ehtiramımızı bildirdik. Düşündükki, ən azından bu bir insanlıqdı, bir həmkar yanaşmasıdı və nəhayət bu,dünyasını dəyişmiş bir şairin ailəsinə başsağlığıdı. Amma...

Qəzetimizin ötənşənbə sayında "İzmirağa Töhmərli 65 yaşında kimə necə görünür" adlıyazı çap olunub. Yazı xeyli vaxtıdır ki, qəzetin və mənim elektronpoçtumda qalırdı. Məhz ötən həftənin cüməgünü Cabir bəy redaksiyamıza zəng vurub israrla xahiş etdi ki, sentyabrın 10-umərhum İzmirağanın anım günüdü. Ailəsi də, dostları da, elə özü də çox arzu edir ki, xatirə yazısı bu şənbə sayında oxuculara təqdimolunsun. Biz də yazının mərhum bir şairin ruhuna hədiyyə olduğunu düşünərək onumətbuat səhifəsinə çıxardıq. Həm də bunun Cabir bəyə "Ədalət"in müstəqil,həm də sərbəst fikir meydanı olduğunubir daha nümayiş etdirdik. Təəssüf ki, Cabir bəy bu xatirə yazısında mərhumİzmirağanın adından istifadə etməklə yenə Ramiz Qusarçaylıya olan iddialarını, əsəbini,hətta qərəzini belə gizlətməkdən çəkinməyib. O qədər qərəzli yanaşıb ki, hətta"Azərbaycan" jurnalını da yazıya qatıbdı. Üstəlik, 37-ci ilinsenzurasının lupası ilə Ramizin yaradıcılığını təftiş etməyə, xəyanət çalarlarıaxtarmağa cəhd göstəribdi.

Mən bir mətbuatişçisi, söz adamı olaraq birmənalı şəkildə vurğulamaq istəyirəm ki, Cabir bəyin fikirləri nə "Ədalət" qəzetinin,nə də şəxsən Əbülfət Mədətoğlunun mövqeyi deyil və biz demokratik mövqeyiortaya qoyub sonuncu dəfə Cabir bəyə fürsət verdik ki, fikrini, təbii ki, mərhumİzmirağa ilə bağlı fikrini oxuculara çatdırsın. O isə "Ədalət"dən özmarağı üçün istifadə etdi və bununla da nə düşündüyünü özü açıb ortaya qoydu.Amma bir az-çox sözdən xəbərdar olan və Ramiz Qusarçaylının poeziyasını kifayətqədər bilib sevən oxucu kimi vurğulayıram ki, Cabir bəyin söylədikləri qəbulolunmazdı,üstəlik həm də onun özünün mövqeyini əks etdirən güzgüdü. Və nəhayət,"Ədalət"in ədəbiyyat səhifələri Ramiz Qusarçaylı poeziyası üçün həmişəaçıq olub, açıqdı və açıq da olacaq. Və bir də kimlərinsə bir-birini qəzet səhifəsində"gözdən salmaq" cəhdi hətta demokratiyanın hansı formasındaolur-olsun alınmayacaq. Necə deyərlər, Cabir bəy demokratiyadan ona yaradılmışimkandan yalnış istifadə etdi. Buna bir daha təəssüf edirəm.

TƏQVİM / ARXİV