MƏN ÖLƏCƏM

NİCAT NOVRUZOĞLU
69548 | 2017-09-11 18:06

(HissəI)

 BAŞDAŞI

Hamıkimi, işıqlı dünya ilə vidalaşacam. Çox az qalıb. Ömrümün çoxu gedib, azıqalıb. Bilirəm necə öləcəm. Qan təzyiqi ürəyimi yeyib bitirəcək. Ürəkçatışmamazlığından öləcəm. Heç kəs ürəyini mənə verməyəcək ki, yaşayım. Heç ürəyimiverdiklərim də verməyəcək ürək mənə. Özüm də kimsədən ürək ummayacam. Mən öz ürəyiminsahibiyəm. Kiminsə ürəyi ilə yaşaya bilmərəm.

Ölümümlə dəsevinəcəm. Çünki qəfil öləcəm. Heç iki dəqiqə də çəkməyəcək ölümüm. Bundan gözəlölüm?! Heç kimə möhtac olmadan ölmək.

Ruhum bədənimdənçıxıb qaçacaq bu dünyadan. Mən bilirəm, o ruhu bədənimdə saxlamaq üçün nələrimdən keçmişəm.Qalacaq yerdə ruhsuz bədənim, cəsədim. Mənim saatım bu dünyada bitəcək.

Əvvəl hamıbir-birinə zəng vuracaq Nicat öldü deyə. Sual hətta 130 yaşında ölənin xəbərinieşidən də verdiyimiz kimi olacaq: "Nədən öldü?". Cavab: "Ürəyipartlayıb". Ölümün ən dəb forması. Mən dəblə getməyə çalışıram hər zaman.

Üzümü qibləyəçevirib, gözlərimi qapayıb, vücudumu birağla örtəcəklər. Bir az ağlaşma olacaq. Bəs edər evdən çıxmağa. İmkan daxilindəhazırlıq qaydaları da tez həyata keçirilməlidir. Aparacaqlar məni yumağa.

Mürdəşir mənə görə yox, özü soyuqlamasın deyə istilikhərarəti olan suyla yuyacaq cəsədimi. Yarım saata, ya da uzağı 40 dəqiqəyəhazıram. Kəfənlənmişəm də. Çox rahatam.3 dəfə götürüb qoydular yerə məni.Üçüncüdə tərpəndik. Ordan birbaşa qəbiristanlığa.Cənazədə iştirak etmək və onu qəbrə kimi müşayiət etmək bəyənilən bir əməlsayıldığı üçün arxamca xeyli adam gəlir. Onlar məni basdırıb qayıdacaqlar(İnsan ölümdən sonra qəbrə qoyulur. O, yenidən diriləcəyi və insanların bir yerəyığışacağı günə kimi orada bərzəx (keçid) həyatını yaşayır. Oradan isə əbədiqalacağı mənzilə: ya Cənnətə, ya da Cəhənnəmə daşınır).

Məni mənim üçünqazılmış məkana yerləşdirib üzərimə xüsusi hazırlanmış beton lövhələr düzəcəklər.Üstündən də torpaq tökəcəklər. Torpağı da azacıq yarıb sulayacaqlar. Qalacaqüstümü mərmərləmək. Molla da buna işarə verəcək: "Torpaqla çox oynamayın,onsuz da 10-15-günə üstü götürüləcək".

Dəbdi, gərək 40 günəmənim üstümü mərmərləyələr. 40 günü keçdisə, vay yas yiyəsinin halına. Bütünrayon bizdən danışacaq: "Ayə bu günümüzə min şükür, mən dədəmin üstünü 15günə götürdüm, amma Nicatın 40-na az qalıb,üstünü götürə bilmirlər".

Artıq 35 günkeçib. Söz-söhbətlər çoxalıb. Hələ bir belə aktual olmamışdım mən. Heç diri olanda da. İndi dildən düşmürəm mən. Qəbrininüstü örtülməyən Nicat kimi. Bircə qəbiristanlıqdakı qonşularım, qəbirlərdanışmırdı.

Qırxıma iki günqalıb. Yata bilməmişəm. Qohum-əqrəbamın yuxu olub yuxularına girmək istəyirəm.Demək istəyirəm ki, yükləməyin məni 4 tonluq daşla. Ölüb qurtarmaq istəyirdimağırlığını çəkə bilmədiyim yüklərdən, təzədən yükləməyin məni.

Ölü cəsədim dirigözlə açdı səhəri. Torpaq titrəyirdi sübh tezdən. Böyük yük maşını girdi qəbiristanlığa.O üstümə qoyacaqları daşı gətirmişdi. 4tonluq qara mərmər daşları. Hamısevinirdi, qohumlar da, daşı gətirəndə, daşı satan da, daşı qoyan da. Bircə qəbiristanlıq sevinmirdi.

Yükləyirdilər mənəqara daşları. Hər kəs əsirdi daşların üstündə ki, birdən daşa nəysə olar. Birdaş başıma, bir daş da sinəmə qoydular. Sinə daşıma ürəyə batmış qələm şəkili çəkmişdilər.Başımdakı daşda isə hər şey var idi. Olum günüm, ölüm günüm, kimliyim və bir dəşəkilim.

Hamı rahatlaşdı,sakitləşdi. Nicatın üstü götürüldü deyə.

İlahi, görəsənkim deyib ki, 40 günə götürün məzarın üstünü? Görəsən kim deyib ki, ən ağırdaşlardan doldurun ölülərinizin üstünə? Axı mən öləndə evimizdə 93 manat pulvar idi. Niyə borca girib 5 min manata bu daşı qoyurlar üstümə? Niyə bir daşagörə qınayırıq bir-birimizi? Axı daşın ölüyə nə xeyri var? Onun hündürlüyü,enliliyi, qalınlığı ölmüş Nicata lazımdırmı?

Ürəyim yenidənisinir, qan dövranım güclənir. Partlayan ürəyim birdə partlayacaq bu rəzalətdən.Qıvrılıram məzarımda. Son qoymalıyam buna. Didirəm, qaşıyıram, cırmaqlayıramyeni evimi. Beton lövhələri dəlib keçirəm torpağa. Sənə qurban olum torpaq. Necərahatdır mənə səninlə. Amma çıxmalıyam burdan da. Torpağı yarıb çatıram sinədaşıma. Gəl indi yar bunu. Torpaq güc verdi mənə. Arxamı torpağa söykəmişdim.Qara mərməri də yardım. Qaçıram evə. Qaçıram ki, deyəm məni belə basdırmayın.Götürün üstümdən bu daşları. Başımın üstünə bir balaca 0,50 sm-nin 0,50 sm-yaolan bir daş qoyun. Şəklimi vurmayın o daşa, günahdı. Olum və ölümümü yazın,bir də kimliyimi. Başqa heç nə yazmayın. Sinə daşı da qoymayın üstümə. Qoyuntorpaq qalsın sinəmdə. Ərtafını azacıq bağlayın ki, torpaq üstümdən dağılmasın.Güllər əkin üstümə. İmkanınız olsa Xarı bülbüldə. Olmasa Şuşanı alanda ordan gətiribəkərsiniz. Onsuz da Şuşasız bizim əlimizdə Xarı bülbül bitəsi deyil.

Qırxımdı. Gəliblərqəbirüstümə. Bu nədir, Nicatın goru çatlayıb. Sinə daşı para-paradır. Başdaşıda aşıb və qırılıb.

Oğlum deyir:"Bizim yenidən bu daşların təzəsini alıb bura qoymağa imkanımız çatmaz.Qoy sinəsi torpaq qalsın. Başdaşını da balaca edərik. Şəkilsiz".

Axır ki, mən istədiyiməçatdım.

Ölülərinizingorlarını çatlatmağa məcbur etməyin. Bəhsə girib yükləməyin ölülərinizilazımsız yüklərlə. Onları dinimizin buyurduğu qayda qanunla dəfn edin.Aldanmayın nəfsinizə. Aldanmayın o qaradaşları Sizə satanlara, aldanmayın o qara daşları Sizə aldıranlara. Böyük birbiznesin qurbanına çevrilməyin.


TƏQVİM / ARXİV