adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Sentyabr 2017 17:52
14547
İDMAN
A- A+

Azərbaycan hakimi Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycan hakimi UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Trend-in məlumatına görə, UEFA Avropa Liqasının "I" qrupunda sentyabrın 14-də D.Afonso Henrikes stadionunda keçiriləcək "Vitoriya” (Portuqaliya) – "Salzburq” (Avstriya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.