Mehriban Əliyeva körpələr evində - Fotolar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Adalet.az xəbər verir ki, Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycanın Birinci
vitse-prezidentinə körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat
verdi.
Bildirildi ki, 1985-ci ildə inşa edilmiş bu müəssisə istifadəyə verildiyi
vaxtdan heç vaxt təmir olunmayıb. Sonradan uşaq bağçasının bir hissəsində
məcburi köçkünlər yerləşdiyindən müəssisədə ümumilikdə 60 uşaq olmaqla 4 qrup
fəaliyyət göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq
edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planının icrası ilə əlaqədar uşaq
bağçasında məskunlaşmış məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınmış
yeni yaşayış massivinə köçürüldükdən sonra burada əsaslı təmir və yenidənqurma
işləri həyata keçirilib. İndi uşaq bağçası 230 uşaq yerlik olmaqla 12 qrupla
fəaliyyətə başlayıb. Bütün otaqlar zəruri avadanlıq və havalandırma sistemi ilə
təchiz olunub. Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər
zaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi-uşaq bağçalarının
istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin
inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən
qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər
Əliyev Fondu da xüsusi töhfə verir.
Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması,
bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələri
uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda
aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının
ərazisi abadlaşdırılıb, həyətyanı sahədə attraksionlar quraşdırılıb. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi
rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra
yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyət
göstərir.
2007-2008-ci illərdə körpələr evi-uşaq
bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil
müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında
başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.
İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər
biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və
avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin
zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların
təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını
aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.
Üçkorpuslu məktəbəqədər təhsil
müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və
musiqi zalları, yeməkxana yaradılıb. 2014-cü ilin fevral ayında Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər
təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və
ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonunda
əsaslı təmir edilən "Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan
addımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan
həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb,
müasir uşaq əyləncə qurğuları quraşdırılıb.
Birinci vitse-prezident Mehriban
Əliyevaya məlumat verildi ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri
üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı
ərazidə də abadlıq işləri görülüb. Bağça ilə tanış olan Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16