adalet.az header logo
  • Bakı 17°C
11 Sentyabr 2017 16:14
16269
KRİMİNAL
A- A+

Gömrükdə külli miqdarda dərman tutuldu

Gömrükçülər avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet" yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.