adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS:"OLİMPİYA" "QARABAĞ" ÜÇÜN ÇƏTİN OLA BİLƏR, AMMA…

AQİL ABBAS
51213 | 2017-09-12 09:50

Belə razılığa gəlinibki, «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Olimpiya stadionunda keçirsin. Təbii ki, Olimpiyastadionu bütün beynəlxalq standartlara cavab verir, hətta birçox öndə gedən ölkələrin stadionlarından da yüksək səviyyədədir. İkinci birüstünlüyü də odur ki, burda televiziyakameralarının işləməsi üçün çox yüksək texniki şərait yaranıb. Və bunu da həm Avropaoyunları zamanı, həm İslam oyunları zamanı gördük. Və həm də bu stadionun tutumu TofiqBəhrəmov adına stadionun tutumundan iki dəfəartıqdır, oturacaqlarına da söz ola bilməz, ot örtüyü də əla vəziyyətdədi.

Elə isə bəs çətinlik nə ola bilər? Bu stadion «Qarabağ» üçün bir az yaddı.

Bilirsiniz ev oyunlarındakomandalar niyə güclü olurlar? Adətən də ev oyunlarının 90 faizində yerli komanda qalib gəlir.Deyəcəksiniz, azarkeş dəstəyi. Bəli, azarkeş dəstəyi mühüm roloynayır, amma təkcə bu deyil. Eyni zamanda torpaq güclüdü. Futbolçuo torpaqdan qüvvət alır.

Anarla Arif Babayevin«Gün keçdi» filmini hamımız dəfələrlə izləmişik. Ordan bir detalı yadınıza salmaq istərdim. Bir kor İçərişəhərdə əl havasıilə hərdən divarlara toxuna-toxuna gedib çıxırevinə. Çünki bu məhlə ona çox doğmadı. O divar daşının həm hərarətindən, həm də bizim eşitmədiyimizpıçıltısından, havasından evinin yolunu tuta bilər. (Bilmirəm, indi İçərişəhərdə kor gedib evini tapa bilərmi?)

«Qarabağ» da uzunillərdi ev oyunlarını Tofiq Bəhramov stadionunda keçirir.Bu stadion həmin o İçərişəhərdəki məhəlləkimi ona çox doğmadı. Stadionun hər künc-bucağınıəzbər bilir. Ot örtüyünü yaxşı hiss edir, məsafəsini düzgün ölçüb-biçir. Yəni belə demək mümkünsə,«Qarabağ» Tofiq Bəhramov stadionunda gözüyumulu da oynaya bilər. Futbolda da belə bir termin var: doğma divarlar. Yəni TofiqBəhramov stadionunun divarları da ona doğmadı.

AmmaOlimpiya stadionu ona o qədər doğma deyil.Mənim fikrimcə, bu çətinliyi aradan qaldırmaqüçün «Qarabağ» «Roma»nı qəbul edənədək məşqlərinidə bu stadionda keçirməlidi. Eləcə də evoyunlarını da. Futbolçular stadionun ab-havasınıöyrənsinlər, bələd olsunlar, stadion «TofiqBəhramov» kimi onlara da doğmalaşsın. Özlərinihəqiqətən öz evlərində hiss eləsinlər. Hələ vaxt var, gec deyil.

Bubir təklifdi. Çox istərdim ki, Qurban Qurbanov da, eləcə də AFFA-nın rəhbərliyibu məsələni bir fikirləşsinlər, götür-qoy eləsinlər. Hər halda «Qarabağ»ın, futbolumuzun xeyrinəolar.



TƏQVİM / ARXİV