adalet.az header logo
  • Bakı 16°C
11 Sentyabr 2017 13:21
25842
KRİMİNAL
A- A+

Bakıda 2 quldur tutuldu

Bakıda quldurluq hadisəsi baş verib.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasovu bıçaqla hədələyərək içərisində 700 manat olan pulqabısını alıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ruslan Şükürlü və Balabəy Məhərrəmov tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.