adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Sentyabr 2017 12:41
19978
ELM VƏ TƏHSİL
A- A+

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Ötən tədris ilində aparılmış araşdırmalar nəticəsində vəzifələrindən sui-istifadə etmə, neqativ hallarla bağlı paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisəsinin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant işdən azad edlib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2016-cı ilin 1 sentyabr tarixindən indiyədək idarənin Daxili nəzarət sektoruna müxtəlif təşkilat və vətəndaşlardan 426 müraciət daxil olub. Onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativhallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokkurorluq orqanlarına gondərilib.

M.Vəliyeva qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında qeyd edilən şəxslərdən başqa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim intizam məsuliyyətinə cəlb edilib, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib.

M.Vəliyeva deyib ki, görülən tədbirlər nəticəsində artıq ödənilmiş 17030,86 manat məbləğin dövlə büdcəsinə qaytarılması təmin edilib