adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Sentyabr 2017 11:28
20385
ELM VƏ TƏHSİL
A- A+

II qrup üzrə 700 bal toplayan abituriyentlərin seçimi - UNEC

II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin 60 faizi UNEC-i seçib.

2017/18-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq, UNEC tələbəsi adına layiq görülənlər barədə nəticələr açıqlanıb.

Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə -96.6faizlə yerinə yetirilib. Belə ki, UNEC-ə qəbul planı üzrə3415yerin3298-nə tələbə qəbulu həyata keçirilib. Fakültələr üzrə daha yüksək göstəriciMaliyyə və muhasibat fakültəsində qeydə alınıb. Bu fakültəyə qəbul planı99.6faiz yerinə yetirilib.

Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş var. II ixtisas qrupu üzrə600və daha yüksək bal toplayan481nəfərin288-nin, yəni60faizinin (I ixtisas qrupu üzrə isə 2 nəfər) seçimi məhz UNEC olub.

Bu tədris ilində də II ixtisas qrupu üzrə700ballıq nəticə göstərən abituriyentin hər ikisi –Cavad ƏliyevvəArzu MəmmədzadəUNEC-i seçib. Qeyd edək ki, ötən il də II qrup üzrə iki abituriyent700bal toplamışdı. Onlardan təhsilini Azərbaycanda davam etdirənŞahbaba MəmmədovUNEC-inBeynəlxlaq İqtisadiyyat Məktəbinə qəbul olunmuşdu.

Beləliklə,600və daha yüksək balla UNEC-ə qəbul olan290abituriyentdən2nəfər700,70nəfər650-680bal toplayıb.

UNEC-ə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici391və396bal olduğu halda, 2017-ci ildə bu rəqəm412bala qədər yüksəlib, Azərbaycan bölməsi üzrə isə420bal olub. Orta bal göstəricisinin maksimal həddiBeynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici96bal artaraq 2016-ci ildə635, bu il isə ötən illə müqayisədə10bal artaraq645bal olub.

Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin99.9faizdən çoxunun ilk seçimi məhz UNEC olub.