adalet.az header logo
  • Bakı 16°C
11 Sentyabr 2017 10:18
15907
MARAQLI
A- A+

Türkiyə Qara dənizdə ada yaradır

Türkiyə Qara dənizdə, Trabzon vilayəti sahillərində ada inşa edəcək.

Bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

O qeyd edib ki, dənizdə tikilməsi planlaşdırılan körpü iri sənaye üçün nəzərdə tutulub: "Türkiyə ölkənin müxtəlif vilayətlərində daha 5 sənaye şəhərciyinin tikintisində maraqlıdır".

Nazir bildirib ki, sənaye şəhərciklərinin tikintisindən sonra 200-250 milyard dollarlıq illik gəlir əldə olunacağı gözlənilir:

"Sənaye şəhərlərinin inşası Türkiyə iqtisadiyyatının artımına, həmçinin xaricdən idxalı azaltmağa imkan verəcək".