YADDAŞIMDAKI ANIN İZİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
63390 | 2017-09-08 15:08

Vəbir də hər kəsə gözmuncuğu arzusu

Mənhər dəfə həyatımın müxtəlif məqamlarını qəzet səhifəsinə çıxaranda həqiqətəniçimdən bir ağrı keçir. Təkcə ona görə yox ki, özüm haqqında yazıram. Həm dəona görə ki, bu yazdıqlarımla təkrar həmin anları yaşayıram və təkrar daonların nədən qaynaqlandığını, niyə baş verdiyini düşünmək zorunda qalıram. Digərtərəfdən də bu baxış bucağı oxucunu da, məni az-çox izləyənləri də haldançıxarır, onlara da müəyyən təsirlər edir. Onun da bir tərs şilləsi yenə mənə dəyir. Deməli...

Bəli,indi bu həyat lövhələrindən bir yarpağı, bir vərəqi, bir anı gətirmişəm gözümünönünə. Və gözümün önündə dayanmış həmin o bir yarpağa, bir vərəqə, bir anabaxa-baxa düşünürəm. Düşünürəm ki, 29 il bundan öncə həmin bu gündə, bu tarixdə,bu saatda baş verən hadisə ilə bu günün, bu anın, bu tarixin nə qədərbağlılığı, nə qədər əlaqəsi var. Deyəcəksiniz ki, bu sadəcə bir söz adamınıniçindən gəlib keçən sualdı. Və yaxud da yaddaşımın sandığını açıb içərisindəngötürdüyüm naftalinli hansısa bir xatirədi. Yox, bu sizə belə gəlir. Əslində həmintarix 1988-ci ilə təsadüf edir. Həminilin, həmin dediyim günündə, tarixində elə sizin bu yazını oxuduğunuzanlarda Tuğ kənd orta məktəbinin həyətində ermənilər ilk qətlim törətdilər. MəktəbliTeymuru bıçaqla qətlə yetirdilər. Bax, o andan, o tarixdən Dağlıq Qarabağın ərazisində"daş dövrü"nün Tuğ kəndinə aid qanlı səhifəsi yazılmağa başladı. Dərsilinin ilk həftəsində, ilk on günündəbir məktəbli Vətən üçün şəhid getdi. Sinif yoldaşları, müəllimləri, onunnecə can verdiyini izləyə-izləyə, görə-görə heç nə edə bilmədilər. Çünki bıçaqürəyə sancılmışdı. Heç onda qətli törədəni də tutub cəzalandırmadılar.Qaçırıb apardılar Ermənistana. Bu, həmindövrün bir anormallığı idi. Qarabağda Sovet hökuməti yox idi. Qarabağda Azərbaycanhökumətinin dizi yerə gəlmişdi. Dağlıq Qarabağda Azərbaycan KP MK-nın sözünüheç arı vızıltısı da saymırdılar...

Hə,mən tarixi xatırladım. Və gözümün önündə dayanan həmin anın cizgilərini filmlenti kimi irəli-geri fırladıram. Adamların həyəcanını, təlaşını, məktəbliuşaqların qorxudan çatlamış dodaqlarını, kirpiklərində qurumuş yaşı, bir sözlə,hər şeyi, məktəb direktorundan tutmuş məktəbin təsərrüfat işçisinə qədər hamının durumu gözümün önündədi. Hamının halını təkrar-təkrarcanımda hiss edirəm. Hətta hadisə yerindəntəqribən 300-500 metrlik məsafədə dayanıb olayların hansı istiqamətdə davam edəcəyiniizləyən erməniləri də bu anda izləmək imkanım var. Amma tam səmimi deyim ki,onda ermənilərin bir ayağı qaçaq idi. Onlara elə gəlirdi ki, indi hadisə yerinəşanlı Sovet milisi gələcək... araşdırmalar başlanacaq... günahkarlar cəzalanacaq...Amma...

Amma doğurdan da şanlı Sovet milisi gəldi, birbarmaq kağız yazdı hadisə yerindən və sonra da sovet-rus əsgəri məsələləri öz nəzarətinəgötürdü. Hələ də öz nəzarətində saxlayır. Biz isə ürəyimizdə gəzdiririk oitkini, o ağrını. Hələ nə qədər də gəzdirəcəyik onu bilmirəm. Bildiyim bircəodur ki, mən indi bu yazını yazanda məhz o hadisənin kino lentini yaddaşımınarxivindən çıxarıb qoymuşam gözümün önünə və baxıram... Sizi də o lentə baxmağaözüm də bilmədən dəvət edirəm...

Hərdən Qarabağda, bütövlükdə cəbhə bölgəsində başverən hadisələrlə bağlı dostlarla, yaxınlarla, həmkarlarla müəyyən fikirmübadiləsi aparırıq. Yaxşı haldı ki, sonda gəldiyimiz qərar torpaqların gec-tezöz halal sahibinə qaytarılacağını, daha dəqiq desəm, geri alınacağını hamımız təsdiqedirik. Amma zaman məsələsində heç razılığa gələ bilmirik. Bizi bu məsələdə birləşdirən birsöz, bir fikir var. O bədbəxt sözün də, fikrin də adı LAZIMDI. Hamımız deyirikki, LAZIM gələndə. Günü qara LAZIM da ki, gəlib çıxmır. Nə isə...

Hərdəfə dözümlə, iradəylə bağlı ağlıma fikirlər gətirəndə nədənsə daha çox DözümlüXalq ifadəsi yaddaşımda təzələnir. Görünür, mən də, elə biz hamımız da bu qədərdözümlü olduğumuzdan LAZIMın da xəbəri var. Ona görə də hələ ki, ayağına xınaqoyub və yerindən də tərpənmir. Belə davam eləsə, onu ancaq top atıb tərpətməkolacaq. Çünki səbir kasasının daşıması da bu dözümlü xalqa məxsus fikirdi. Bax,bütün bunların hamısını gözümün önünə gətirib, yaddaşımda təzələyib bir qəraragəlmək istəyirəm. Amma elə mən də LAZIMıgözləyənlərdən olduğum üçün köklü-köməcli, yerli-yataqlı bir nəticə əldə edəbilmirəm. Yenə hər şey qalır Allahın ümidinə.Allahın ümidinə demişkən, elə mənim də...

Deməli,bütün ümidlər Allahadı və Allah da bütün ümidləri təbii ki, öz iradəsiylə, özistəyilə, özünün tutduğu cədvələ uyğun şəkild də göyərdir. Mənim ümidimin də nəvaxt göyərəcəyi onun yazısından asılıdı. Və mən də o yazırın həsrətini sevgiminhəsrətinə qatıb yenə üzümü Sənə tuturam:


Yandırırsan,yaxırsan

Yanmağımabaxırsan...

Ölümdəndə ağırsan -

Həsrət!..


Kipriyimiütürsən

Necəgəldi ötürsən...

Tənortada bitirsən -

Həsrət!..


Nəvazişlivə həlim

Ətəyindədiəlim...

Yamanqısalıb dilim -

Həsrət!..


Biraz insaf, bir az da

Səndəngəlsin muraz da!

Barı,ax get Arazda -

Həsrət!..

***

İndidə həsrətini çəkdiyim o daş, o divar, oağac, o kol, o çiçək, bir sözlə, dizlərimdə mərmi bitən yerlər üçün ürəyim göynəyir.Və mənə elə gəlir ki, bitib-tükənməyəcək bu göynərti... südlə gəlib sümükləçıxacaq bu göynərti. Sonra da özümü qınayıram... özümə irad tuturam...ümidsizliyə qapıldığıma görə... öz içimə, öz dünyama çəkilib özümü məşhərayağına çəkdiyimə görə... Bəzən belə məqamlarda yadıma rəhmətlik Sücaətin məşhurşeirinin iki misrası düşür. Sücaət yazırdı ki:

Uşaqlarıgülə-gülə yatırdıb

Yatmıramki, ağlayıram gecələr...

Bəli,bu böyük bir həqiqətdi. Çünki insan yaşlaşdıqca yurd, torpaq onu daha çox çəkir.İstəyirsiniz inanın, istəyirsiniz yox. Bunu mən kəşf etməmişəm. Amma içimdəbuna inanıram ki, insan yaşlaşdıqca torpağı daha çox sevməyə başlayır. Bunun dasəbəbi, yəqin ki, torpaqla insanın arasındakıməsafəni günbəgün qısalmasıdır. Yəni insan sonuna doğru addımlayır,torpaq qollarını daha geniş açır... Hə, mən deyəsən daha çox qapıldım hisslərəvə bu hisslərin dərin quyusundan çıxmaqüçün Məlikməmmədi də xilas edə bilməyən kəndir də indiki halda heç nəyə yarayandeyil. Burda köməyə çatsa Yaradan çatacaq, bir də onun ürəyində göyərtdiyiSevgi. Şükürlər olsun ki, bunların hər ikisinə də birmənalı şəkildə tapınmışam.Onlar mənim ümidim, həm də xilaskarımdı. Ona görə də düşümədən, özümü dağa-daşasalmadan hər şeyi öz yerində, öz sırasında görmək arzusu ilə əlimi qələm-kağızauzadıram. Yazmaq istəyirəm, bir də görürəm ki, artıq yazmışam.


Düşünürəm,düşünmək -

Heçnə deyil bəlkə də?!

Sənigülüm, kəşf etmək -

Nurtapmaqdı kölgədə!..


Məntəqvim dəyişmirəm

Əriyirəmtəqvimdə...

Yaşadıramhər anı -

Ürəyimdə,əqlimdə...


Həyatınhər anını

İlahisevgi etdik...

Busevgiylə hamını -

Səssizcəötüb getdik...


Başəyirəm təqvimə

Yazılanbu tarixə...

Düşünürəmbiz onu -

Yaşayırıqfəxr ilə...


Gördünüzmü,çəkib çıxardı məni o quyudan, ağrıdan əli və verdiyi Sevgi. Və mən də osevginin dünyaya gəlişini ömrümə, ömür kitabımın səhifələrinə hopdurdum.İndi o kitabın vərəqlərindən mənə tərəfbaxan hər anı, hər sözü, hər şəkli birmənalı şəkildə anlayışla qarşılamağçalışıram. Axı, bunlar mənim yaşantılarımdıvə mən o yaşantılarla hələ də yaşayıram!.

Bəli,zaman öz axarını özünün istədiyi sürətlə və istiqamətlə davam etdirir. Onuazacıq da olsa ləngitmək, dəyişmək mənim kimi adi insanların gücündən çoxuzaqdı. Odur ki, öz gücümü bilib mən o axına, o sürətə, o istiqamətə tərəfçevrilib baxmıram da. Anlayışlı olmaqmənim üçün daha önməlidi. Çünki anlayış göstərəni anlayışla da qarşılayırlar. Mənimanlayışımın kökündə əvvəldən dediyim kimi, ancaq İnam və Sevgi dayanır. Elə oinam və Sevgiylə də yazımı tamamlamaq istəyirəm.


Bir az da uzadaqəllərimizi

Biraz da sevgiyə yaxın dayanaq...

Yaşayaqay gülüm, bir-birimizi -

Baxışla,nəfəslə candan duyaraq!


Biraz səsimiz bir kökə düşsün

Biraz da gözümüz gözdə oyansın...

Bizimikimizə bir kökə düşsün -

Bizimyolumuzda ruzi dayansın...


Biraz da güvənək, bir az da artıq

Nəvarsa hamısın kəsib tullayaq...

Səninləbirlikdə cəbhəni yardıq -

Həsrətdənnə qalıb əzib tullayaq...


Biraz da şıltaqlıq, bir az da gənclik

Həvəsisaxlayaq qocalıq üçün...

Sevgiyədözümdən, bir də güvəndən -

Başqanə lazımdı, ucalıq üçün?!


Doğurdanda bugünün ovqatı heç ürəkaçan olmasa da, mən özümü yazı boyu izlədiyimizduyğulara kökləməyə çalışdım. İstədim ki, oxucu qarşısında gözükölgəliolmayım... İstədim ki, yazdıqlarım könül bulandırmasın... istədim ki, həmin ogözümün önündə dayanan ömrün bir anını özüm üçün arxivdən çəkib çıxarım, əlatıb götürüm... Bilmirəm, bütün bunlar oldu, alındı, ya yox. Ümumiyyətlə, bütünbu istəklərimin kökündə nələr durduğunu hamı az-çox bilir. Amma daha dəqiqiniAllahım bilir, bir də ki, Sən! Ona görə də özüm-özümə pıçıldayıram və elə həmino pıçıltını da dörd misra etmişəm, cəmi dördcə misra. O misranın daovqatını sizinlə bölüşürəm. Bəlkəxoşunuza gəldi, bəlkə ovqatınıza ovqat qatdı. Bu da Allahın işidi, ola da bilər,olmaya da. Olan isə hələlikdə o dörd misradı:


Talehimo qədər qəribədi ki,

Sevincəkədərim gözmuncuğudu...

Mənimkədərimi sənin sevincin -

Görməkistəməyib göz yumduğudu!..


Sonolaraq hər kəsə bir gözmuncuğu arzu edirəm -taleyinin sevincinin, sevgisiningözmuncuğunu.


TƏQVİM / ARXİV