QIŞDA YAY OLSA…

FAİQ QİSMƏTOĞLU
57194 | 2017-09-08 13:47

… Hava o qədər istidirki, adam cum-culuq tərə batır. Və bu cum-culuq tər elə bil ki, insanın bədənindənsel kimi axır. Yanımdakı dostum Elsevər Hüseynov deyir ki, yay belə olur da! Adamistidən nəfəs ala bilmir. İndi nə edə bilərik? Hər şey Yaradanın ixtiyarındadı.Qışda soyuq, yayda da isti olmalıdı. Metronunqatarında isə lap istidi, adam nəfəs ala bilmir.

… Bu vaxt yenə Elsevərdostum dillənir: «Müəllim, görürsən, istidən adamların ürəyi qısılır. Yenə bayırdabir balaca külək əsir və sərinləyirsən. Ancaq elə ki, metronun stansiyasına düşürsən,qatara minirsən, bax onda havasızlıqdan boğulursan. Bu adamları da qınamalı deyil.Çünki aralarında qocalar, xəstələr, uşaqlar var. Amma qabaqlar metroda bu cür isti yox idi. Tez-teztunelə və stansiyalara sərin hava vurulardı. İndi hər şey deyəsən yaddan çıxıb».

Çox çətinliklə metronun«28 may» stansiyasına gəlib çatırıq. Qatardan yerə düşündə dərindən nəfəs alırıqvə bir qədər rahatlıq tapırıq. Yanımızdakı yaşlı qadın isə hələ də özünə gələ bilmir.Əl dəsmalını çıxarıb tərini silir, sonra da özünü yelləyir. Düşünür ki, bəlkə bucür eləməklə bir sərinlik hiss elədi. Düzdür, qatardakına nisbətən stansiyada havabir qədər yumuşaqdı. Yumuşaqdı ona görə deyirik ki, burda rahat da olmasa nəfəsalmaq mümkündü…

… Dostum Elsevərmüəllim mənə bir ideya verir. Deyir ki, yekəlik olmasın, yadına salıram: ürəyinistəsə belə bir mövzuda yazı qələmə alarsan. Məsələn, ərəb ölkələrində ilin doqquzayı havalar isti keçir. Camaat da buna alışıb.Və bu isti havalarda orda qatara minəndə, avtobusda əyləşəndə kondisioner səni istidənboğulmağa qoymur. Amma bizdə isə çox nadir halda qatarda və avtobusda kondisionerlərişləyir. Neyləmək olar? Buna da birtəhər dözmək lazımdır. Amma nə yaxşı ki, bizimölkədə dörd fəslin hər birinin öz gözəlliyi olur: yazda, yayda havalar isti, payızda sərin, qışda isə soyuq olur.Buna da min şükür! İndi fəsillərin yeri dəyişikdüşsə, onda görün aləm necə bir-birinə dəyər? İnsanlar olmazın müsibətini çəkər…

… Hər fəslin öz rəngi,öz gözəlliyi və öz yadda qalan anları var. Bəlkə də həmişə biz ilin ən gözəl fəsliolan baharı yaşasaydıq, bu da cansıxıcı olardı. Elə ən yaxşısı dörd fəslin dördüdə vaxtında gəlməyidir. Yəni baharda bahar, payızda sərinlik, qışda da soyuq olmalıdır.Əgər bunların yeri səhv düşsə, bax onda bayaq dediyimiz kimi, işlərimiz baş-ayaqolar…

…Yayın ömrünə birşey qalmayıb. Sentyabrın 22-də payız gələcək. Və onda da ağacların yarpaqları saralacaq, təbiətin xəzanvaxtı başlayacaq. Qışda isə sanki həyat donacaq. Yəni soyuq qış günləri gəlib qapınınağzını kəsdirəcək, şaxta düşəcək, qar, çovğun olacaq...

… Biz soyuq günlərdəo qədər bu isti günlərin həsrətini çəkəcəyik ki… biz o qədər isti havalar üçün darıxacağıqki… bizim yayın istisi üçün burnumuzun ucu göynəyəcək… Belə ki, evimizdə istiliksistemi işləməyəcək, qaz zəif gələcək və işıq da sönəcək. Bax, onda yayın xiffətinieləyəcəyik. Yayı yola verməyə nə var ki? Adamın əyin-baş üçün bir o qədər xərcidə çıxmır. Uzaqbaşı 100-120 manatla bütün əyin-başı qaydaya sala bilirsən. Oğulodur qışın tədarükünü görsün. Ona hazır olmaq üçün isə adama bir ətək pul lazımdı.Belə ki, qışda isti bir kostyum almalısan, paltoya pul verməlisən, uzunboğaz çəkməyəpul xərcləməlisən. Hələ mən jaketi, vodolaskanıvə digər yun paltarları demirəm. Onu da hesablasaq, bir adamın qışda geyim-geçiminəən azından 500 manat pul lazımdır. İndi kasıbçılıq şəraitində bu 500 manatı həradam tapa bilməz. Bax, onda da imkansız adamlar məcbur olub qış ayaqqabılarını çəkməçiyəverib yenidən təmir elətdirməlidi. Pal-paltarını kimyəvi təmizləmə məntəqəsindəyudurtmalıdı. Başqa cür əlacı da yoxdu...

… Yayın istisində bütün meyvə-tərəvəzin qiyməti aşağıenir və hər şey də bol olduğu üçün onu almaq da bir o qədər adama baha başa gəlmir.İndi gəl görüm qışın oğlan çağında o meyvə-tərəvəzi qazandığın cüzi məvaciblə algörüm necə alırsan? Bax, onda çoxlarımızın beynindən bu fikir keçir: heyf deyil yay, istənilən mer-meyvəni və tərəvəzməhsullarını su qiymətinə alıb evə gətiririk. Üstəlik də ürəyimiz istəyəndə meşələrə,yaylaqlara, dənizə gedib doyunca istirahət edirik…

… Heç yayda adambir o qədər də tez-tez xəstələnmir. Sanki ağrı-acılar bir anlıq olsa da sakitləşir və insan bir müddət ağrısız-acısızyaşayır. Elə ki, payız gəlir, bax onda həmin ağrı-acı ocaqları yenidən baş qaldırır.Biri deyir oram ağrayır, biri deyir buram ağrayır. Yadıma bir əhvalat düşür.

Qəbiristanlıqda qəbirqazan kişi yayın ortasında əynində qalınpaltar qəbir qazırmış. Biri də deyir ki, a kişi, bu istidə bu qədər qalın geyinmisən,tər-suya batmırsan? Ola bilməz ki, bir qədər nazik paltar geyinəsən və belə də cum-culuqsuyun içində olmayasan?

Qəbirqazan kişi dillənir:

- Olmaz! Mən əlliildir qəbir qazıram, hələ indiyə qədər görməmişəm ki, kimsə istidən ölsün. Rəhmətəgedənlərin hamısı soyuqdəymədən və digər xəstəliklərdən dünyasını dəyişirlər. Onagörə də hələ burdan çıxıb isti çay içəcəm. Bu isti çay məni hər şeydən qoruyur.Ömürüm boyu yayda və qışda soyuq su içməmişəm. Həmişə də samovardan süzülən çayıisti-isti başıma çəkmişəm. Kimi soyuq su içir, kimi dondurma yeyir, mən də istiçay içirəm. İndi başa düşdün niyə bu yayın ortasında qalın paltar geyib qəbir qazıram?..

… İsti günlərin və yayın öz yaddaqalan anları var. Və bu anlarbizim yaddaşımıza, ömrümüzə hər an, hər dəqiqə həkk olunur. Çünki hər an, hər dəqiqəyaddaşımıza həkk olunan anlar özü də bir tarixə çevrilir. Bu yazının ideyasını mənimyadıma saldığına görə, dostum Elsevər Hüseynova bir yağlı «5» düşür. Çünki o, bu ideyanı yadıma salmasaydı, mən də həminyazını qələmə almayacaqdım. Ən azından ona görə ki, mənim bu şənbə başqa bir mövzumvardı. Onu saxladım gələn şənbəyə. Əgər gələn şənbəyə qədər ömür vəfa eləsə və Allahmöhlət versə, o yazını qələmə alacağam…


TƏQVİM / ARXİV