adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Sentyabr 2017 16:07
24608
İQTİSADİYYAT
A- A+

Bankların icmal göstəriciləri açıqlandı

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil edib.

Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Qeyd olunub ki, sektorun balans kapitalı 2,836.5 milyon manatdır. Əhalinin əmanətləri 6,834.1 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,123 nəfər təşkil edir.

2017-ci ilin 31 iyul tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.