Aqil ABBAS:MƏKTƏBLİ FORMASI İMKANSIZ AİLƏLƏRƏ PULSUZ VERİLMƏLİDİ

AQİL ABBAS
79094 | 2017-09-07 14:05

İndikinəsil görməyib, amma biz görmüşük, rəhmətlik Leninin orta məktəbdə oxuyarkən birşəkli vardı, əynində də qəşəng bir forma,başında da əsgər papağı kimi bir papaq. Çox gözəl bir formaydı.Biz də orta məktəbdə oxuyanda (7-ci sinifə qədər) elə bir forma geyirdik. Forslanırdıq ki, Lenin kimi geyinmişik.

Formaya da ən çox yaraşıq verən əsgər toqqasıydıki, blyarka deyirdik. Hər axşam onun qızılı rəngdə olan dəmir başlığını gəbəyə sürtərdikki, par-par parıldasın, səhər daha qəşəng görünsün. Həm də dalaşanda dadımıza yetirdi.Açıb dolayırdıq qolumuza, vurdun ey! O dəmir başlıq kimi tutdusa, deməli, səhər həmin şagird dərsə gələ bilmirdi, onun yerinəvuran uşağın valideyni gəlirdi direktorunyanına. Axşam da bir blyarka vuruşun əvəzinə atadan iki qapaz alırdın.

İndidə şagirdlər məktəbə xüsusi formada gəlirlər. Çox gözəl. Yəni kimsə kimsədən fərqlənmir, kimsə geyimi ilə forslana bilmir.İndi yalnız əl telefonları ilə forslana bilir uşaqlar. O da əslində məktəblərdə qadağandı, amma kimdi ey qadağayabaxan.

Bu formalar da birqədər bahadı. Bəzi valideynlər övladlarına forma almaq üçün çətinlik çəkirlər. Hətta oxuyuram ki, bəzi məktəblərə icazə vermirlər ki, şagirdlər keçən ilki formalarınıgeyinsinlər. Niyə, qardaş? Təhsil Nazirliyi niyə bu məsələ ilə məşğul olmur.

60-cı illərdə əhalinin yaşam tərzi o qədər də güclü deyildi.Kasıb ailələr vardı, övladlarını istədiklərikimi geyindirib-geçindirib məktəbə göndərəbilmirdi. Bizlə oxuyan uşaqlar vardı ki, yamaqlı pal-paltarda gəlirdiməktəbə. Hətta bəzilərinin ayaqqabısı dayamaqlı olurdu, xüsusilə də kəndlərdən gələnuşaqların.

Hökumət həmin şagirdlərin siyahısını tutardı. Sonra onları həm məktəbli formasıylatəmin edirdi, həm də əlavə bir kostyum-ayaqqabıda verirdi. Özü də bunu gətirib məktəblərdəpaylamırdılar ki, həmin uşaqlar utanar. İndibiri qaçqın düşərgəsinə bir az ərzaq-filan aparır, televiziyanı da özüylə aparır,müxbirləri də.

Həzrət Əli buyurur ki, bir əlin verdiyini o biri əl bilməməlidir.Bizim isə bir əllə verdiyimizi nəinki o biri əlimiz, hətta bütün aləm bilir.Hökumət həmin pal-paltarı o kasıb ailələrə evində çatdırırdı.

Keçən ilki kitablarımızıda gətirib məktəbə təhvil verirdik ki, kimlərkitab ala bilməsə onlara paylasınlar.

İndi Allaha şükür, hökumətimiz orta məktəblərdə kitabları pulsuz paylayır. Çox gözəl.

Amma bunu məktəbli formasına da tətbiq etmək olar. Təbii ki, imkansız ailələrə. Və buna da hökumətimizin imkanı var.

Hərhalda bu barədə düşünməyə dəyər və imkansız ailələr də sevinər.


TƏQVİM / ARXİV