adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SƏHİYYƏMİZİN ŞLAQBAUMU

NİCAT NOVRUZOĞLU
52601 | 2017-09-06 19:16

Bəlkə də kimsəfikirləşər ki, niyə məhz şlaqbaum (dəmir yolunu kəsib keçən şose yolunu qatar gələndə,yaxud adi yollarda hər hansı bir səbəbə görə onları açıb-bağlamaq üçün endirilib qaldırılan tir)? Qapı olsaolmazdımı? Olmazdı. Çünki səhiyyənin qapısı tamam başqadır və qismət olarsa oqapının da arxasında nələr baş verdiyini qələmə alarıq.

Haqqında söhbətaçdığımız bu şlaqbaum isə hələ səhiyyə ocaqlarımızın içinə yox, həyətinə daxilolarkən üzümüzə açılır. Demək olar ki, dövlətin nəzarətində olan səhiyyə ocaqlarının əksəriyyətininqapısında şlaqbaum var. Və hətta elə səhiyyə ocağımız var ki, orda iki şlaqbaumvar. Məsələn, akademik M.Ə.Mirqasımov adına respublika klinik xəstəxanası. Buraüz tutan canıyla əlləşənləri həyət qapısında bir, həyətin içərisinin içərisindəisə ikinci şlaqbaum qarşılayır. Bu şlaqbaumların bir-birindən fərqi odur ki,ikincidə xəstəxananın həyətinə daha çox girmək imkanı əldə edirsən. Xəsətəxanakorpusunun tam qapısınadək getmək olur. Sözsüz ki, hər şlaqbauma görə də istək müxtəlifdi. İki şlaqbaumu keçən avtomobilgeri qayıdarkən ən azı 1 manatından keçməlidir. Bu vacibdə olmasa hər haldaüzümüz üzdən utandığından ikinci şlaqbaumun yükünü dartırıq.

Burada qapıçıyafəndlər işlətməkdə, hətta ona Hippokrat andını xatırlatmaqda yersizdi. AxıHippokratın andında xəstəxana qapısını icarəyə verənlərə yer ayrılmayıb.

Bizə çox cüzigörünən və hətta heç müzakirə eləmədiyimiz bu mədəni və formalı "dilənçilər"inümumi qazancları həm də ona görə müzakirəyə səbəb olmur ki, qəpik-qəpik və ya manat-manatyığılır. Biz ancaq böyük məbləğlərlə söhbəti sevirik axı. Qəpik-qəpik yığana həmişədilənçi demişik. Topa yığana dilənçi demək olar? Adamı topa qoyub atarlar.


Bir də ona görəmüzakirə olunmur ki, hamı bir ağızdan deyir "o qapıda duran günə 10-15manat düşür". Yəni qapıçıya ilişmə.

Yaxşı ilişməyək.Heç fikirimizdə yoxdu. Qoy qapıçı xidmətində dayansın.

Ə.F.Qarayevadına 2 saylı uşaq klinik xəstəxanası, C.Abdullayev adına Elmi-Tədqiqatkardiologiya institutu, 5 saylı şəhər klinik xəstəxanası, Azərbaycan tibbuniversitetinin tədris cərrahiyyə klinikası, Akademik M.Topçubaşov adına Elmi CərrahiyyəMərkəzi və digər şəkilini çəkmədiyimiz, ölümsüzləşdirmədiyimiz xəstəxanalarımızınqapısında səhnə acınacaqlıdır.

Təsəvvür edinki, ölkəmizə gəzməyə gəlmiş bir əcnəbinin halı pisləşir və gedib çıxır xəstəxanalarımızın birinə, məsələn, elərespublika klinik xəstəxanasına. Dövlətimizin səhiyyə sahəsinin inkişafına,maddi texniki bazasının möhkəmlənməsinə çəkdiyi əziyyəti, əldə etdiyi nailiyyətibir bazar adamı, bir dələduz xəstəxana qapılarımızda qurduğu utanc gətirəcəkbir dilənçilik sistemi ilə, daha açıq desəm, 1 manatlıq tamahı ilə vurur yerə.Mən bilirəm və həm də əminəm ki, bu qapı dilənçiliyinin arxasında heç bir həkimdayanmaz. Çünki xəstəxana rəhbərlərimizin hamısı elm adamlarıdı. Elm adamıdainsan həyatına şəfa veriləcək bir yerə bu cür ləkə salmaz. Bu təsadüfən busistemə düşmüş bir yaramazın yaramazlığıdır. Və o yaramaz bu virusu yaya-yayagedir.

Ölkəmizə qonaq gəlmişo əcnəbinin özü yox, övladı bir azca soyuqlasa və o bizim bu Ə.F.Qarayev adına2 saylı uşaq klinik xəstəxanasına üz tutsa burda vəziyyət daha mürəkkəbdi.Qapının üstünə asılmış lövhəyə yazılıb - kənar maşınların girişi qadağandır.Bizim bu 1 manatımız ki, var haa bunda olan güc kənar maşınlardan ötəri oqapıları elə taybatay açdırır ki. Kənarı 1 manata özümüzünküləşdirəndən nə gözləyəsən?

İnsan birrestorandan və ya hansısa istirahət mərkəzindənçıxanda qapıda qarşısın kəsib pul istəyərlər. Niyə? Çünki kefdən gəlir. Daycanını həyatda saxlamaq üçün bir qapıya üz tutandan pul unmaq nə indiki dövrə,nə də zəmanəmizə yaraşan iş deyil. Ümumiyyətlə dövründən və zəmanəsindən asılıolmayaraq birmənalı şəkildə OLMAZ.

İnkişaf etmişölkələrdə belə hal görmüsünüzmü? Mümkün deyil. Hansı ölkədə evində zəhərlənənadamı xəstəxanya çatdırandan xəstəxananı tərk edəndə həyət pulu alarlar?

Biz neynəsək dəbu, bir qaçılmaz həqiqətdir ki, xəstəxanaya hər birimiz üz tuturuq. Və həmözümüz üçün həm də əzizlərimiz üçün xərcləyə biləcəyimiz nə varsa onuda xərcləyirik.Bu 1 manat o xərclədiklərimizin fonunda heç nədir. Amma bir misal var, deyərlərki, milçək bir şey deyil, amma könül bulandırar. İndi belə dilənçiliklə könülbulandırmayın. Ən əsas da qapı dilənçiliyilə.




TƏQVİM / ARXİV