BİZİM HƏTƏM MÜƏLLİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
70458 | 2017-09-06 17:50

Akademikin 70yaşına dost baxışı

Mən "BİZİM!” -sözünü xüsusi vurğulayıram. Bir az gec əlimiuzatdım qələmə... bir az gec çevrildimSizə tərəf, gərək bağışlayasınız. Amma bunu bilə-bilə etdim. Necə deyərlər,anlayışla, düşüncəylə, məntiqlə. Ona görə ki, Sizin yubileyinizlə bağlı mətbuatdaoxuduqlarım, dostlardan eşitdiklərim məni məcbur etdi ki, bir az səbrli olum. Oyubiley tədbirinin dalğası ötüb keçsin. Necə deyərlər, o gurultu, o çalxalanmabir az öz axarına düşsün və mənim səsim, sözüm o gurultunun içərisində itibbatmasın - görülsün, eşidilsin. Ən azından bir yubilyar olaraq siz mənim nədediyimi, necə dediyimi və bu dediklərimin alınıb-alınmadığını eşidəsiniz.İradlarınızı təmkinli bir şəkildə, özünəməxsussambalda söyləyəsiniz mənə. Yəni mənim gecikməyimin, bu tədbirlərə gecqoşulmağımın yeganə səbəbi bax, bu oldu.

İndi o dediyim həmin dalğa ötüb keçib. Amma yubiley davam edir. Özü də davam edən buyubileyin mənim üçün iki şəxslə bağlılığı var. Onun biri professor Akif Musayevdi, biri də akademik HətəmQuliyev. Çox maraqlıdı ki, bu insanların hər kisi Qarabağda, Füzulidədoğulublar. Və hər ikisi də bu il 70 yaşını qeyd edir.

Bəli,bütün tanışlıqlarım, bütün görüşmələrin bir səbəbi və yaxud da səbəbkarılabüddü. Adamlar bir-birilərinə diqqətlə, həssaslıqla yanaşanda həmin o tanışlıqdoğmalığa çevrilir. Bu mənada Hətəm müəllimlə mənim doğmalığımın necə deyərlər,ailəvi bir-birimizi tanımağımızın tarixi 80-ci illərin sonuna təsadüf edir.Qarabağ hadisələrinin "daş dövründə" cəbhə bölgəsində baş verənlərəreaksiya verən ziyalılar bir araya gəlirdilər. Həmin illərdə Füzulidən olanziyalıların da birləşdikləri bir "Quru çay" cəmiyyəti vardı. Məhz həmincəmiyyətdə təmsil olunan ziyalılardan biri də Hətəm müəllim idi. Onun kimliyi barəsində ilk informasiyanı ağsaqqal dostum Nemət Veysəllidən almışdım. Sonra Umud Rəhimoğlu bizi bir addım dayaxınlaşdırdı. Daha sonra dəyərli yazıçımız Seyran Səxavət və mənim kəndçim,qohumum Azər... Beləcə, bir-birimizə yaxınlaşdıqca mən Hətəm müəllimin həmkimliyini öyrənirdim, həm yaradıcılığını, həm fəaliyyətini, həm də Qarabağsevgisini. Bu sevginin Füzuli koloritini Hətəm müəllimlə rəhmətlik Adil Hacıyevsöhbət edəndə mən daha çox tuturdum. Çünki son dərəcə yumorlu və son dərəcə dəsözü yatımında deyən Adil müəllim Seyran Səxavətlə, Azərlə, Hətəm müəllimlə nəyinsəbarəsində danışanda onun bir damarında füzulilərə məxsus yumor mütləqgörünürdü. Söhbət nədən gedir getsin, mövzu nə olur-olsun dəxli yoxdu, Adil onamütləq bir şirinlik qatmalı idi. Hətta yas mərasimlərində də adamların əhvalınıstresdən, kədərdən çıxarmaq üçün o söhbətinə yumor damızdırırdı, bütün bunlarada akademik Hətəm Quliyev o qədər ustalıqla, o qədər səbirlə həm qulaq asır, həmdə cavablar verirdi ki, bəzən öz-özümə onun səbrinin və bilgisinin qarşısındaheyranlığımı gizlədə bilmirdim. Necə deyərlər, unudurdum özümü bu söhbətləridinləyə-dinləyə. Ən vacibi də bütün söhbətlərin kökündə füzulili günlər, Füzuliilə bağlı xatirələr dayanırdı...

Hətəm müəllimFüzulidə 1947-ci ildə sovet-alman müharibəsi qələbə ilə başa çatandan iki ilsonra dünyaya gəlib. O illərin bütün uşaqları kimi müharibədən sonrakı çətinlikləriyaşayıb. Amma yaşadığı ağrılı həyat onubezdirməyib, onu məktəbdən, kitabdan uzaqlaşdırmayıb. Əksinə, iradəsini bir azda möhkəmləndirib. İndinin özündə də həmyaşıdları, o dövrün adamları söhbətzamanı bildirirlər ki, müharibədən çıxmış bir ölkənin uşaqları olmağımızabaxmayaraq, içimizdə bir ümid var idi. O ümid də alman faşistləri üzərindəki qələbədənqaynaqlanırdı. Yəni o boyda düşməni məhv etmiş ölkənin uşaqları olaraq biz hər şeyə qalib gələcəyimizəinanırdıq. O inamla da oxuyurduq, işləyirdik. Günlərimizin bir-birindən dahaxoş, daha maraqlı olması üçün ortaya ideyalar qoyurduq, tədbirlərhazırlayırdıq. Bilik sahəsində yarışırdıq. İstəyirdik ki, savadımızla, əxlaqımızlasinif yoldaşlarımızdan fərqlənək. Bax, Hətəm Quliyev də bu yolu tutmuşdu. Onagörə də artıq orta məktəbdə onun bir riyaziyyatçı, bir fizik olacağı müəllimlərindəşübhə yeri buraxmırdı. Əksinə, onun timsalında uzaqgörən müəllimləri gələcəyinalimni görürdülər. Elə orta məktəb şagirdi olan bu qarayanız, cılız oğlan daçiynindən aşırdığı məktəbli çantasında daha çox fizikaya, riyaziyyata aid dəftər-kitabdaşıyırdı. Orta məktəbi uğurla başa vuran Hətəm Quliyev sonra dövlətuniversitetinin mexanika-riyaziyyat fakültəsinə daxil oldu, burda da özünüsübut etdi. Tələbə-elmi cəmiyyətindəki fəallığı müəllimlərinin diqqətindənyayınmadı. İllərin axarında bir gün Hətəm Quliyev bir gün fizika-riyaziyyatelmləri namizədi, sonra isə fizika-riyaziyyat elmləri doktoru oldu. Onunaraşdırdığı elmi sahə deformasiya olunan bərk cisim mexnikası ilə bağlı idi. YəniHətəm Quliyev artıq Azərbaycan hüdudlarından kənarda, keçmiş Sovetlər Birliyindəaraşdırdığı sahə üzrə tanınan nüfuzlu, dünya səviyyəli alimlərin də diqqətini çəkmişdi.İndi Hətəm Quliyev onlarla bir məclislərdə, elmi konfranslarda,toplantılarda öz sözünü deyirdi. Artıqondan da sitat gətirirdilər, onun da kəşflərinə,fikirlərinə söykənirdilər, ondan da öyrənirdilər. Bu, Azərbaycan elminin, Azərbaycanaliminin uğuru idi, özünütəsdiqi idi. Və bu həm də böyük dünyaya, daha dəqiqdesəm, böyük dünyanın sirləri çözülməyə başlayan elmində Azərbaycan izi idi.

Bu gün AMEA-nınmüxbir üzvü Hətəm Quliyevin bir ziyalı, bir insan, bir elm fədaisi kimi dahaçox böyük dünyada, böyük elmin dərinliklərinə baş vurulan ocaqlarında,universietitlərində tanıyırlar. Onun elmi məqalələri, elmi kitabları həm keçmişSSRİ respublikalarının alimləri tərəfindən, həm də Avropanın və Amerikanınaparıcı elmi müəssisələlərinin, mərkəzlərinin istifadə etdiyi mükəmməl birbilgi mənbəyidi. Elə ona görə də Hətəm Quliyev dünyanın 20-dən artıq ən böyükbeynəlxalq təşkilatının, beynəlxalq araşdırma mərkəzinin, universitetlərininüzvüdü, onların əlaqə saxlayıb yaradıcılığından istifadə etdikləri alimdi. Üstəlik,Hətəm müəllim həm də Azərbaycanda bu gün 20 nəfərdən artıq fəlsəfə doktorunun,5 nəfər elmlər doktorunun yetişməsində, özünü təsdiq etməsində sözünü demişakademikdi. Onun xaricdə çap olunmuş əsərlərinin sayı 150-yə yaxındı. Bütünbunlara baxmayaraq, yəni respublikanın, beynəlxalq və xarici ölkələrin tanınmışelm adamı kimi dəyər verdiyi akademik HətəmQuliyev son dərəcə sadə bir insandı. Bu gün AMEA-nın Giologiya və Geofizikaİnstitutunun Tektonofizika və Geomexanika şöbəsinin müdiri olan akademik HətəmQuliyev istənilən insanla elə sadə və səmimi söhbət edir ki, sanki min illərinyaxınıdı, doğmasıdı. Onun son dərəcə kövrək bir ürəyi var. Mən şəxsən bunun dəfələrləşahidi olmuşam. Hətta mənim özümlə bağlı, yəni 90-cı illərin əvvəllərində uşaqbağçasında, yataqxanada qaldığım günlərdə ailəmə göstərdiyi diqqət, hərgörüşümüzdə verdiyi məsləhətlər, nəsə etmək üçün göstərdiyi cəhdlər yaddaşıma əbədiyazılıb. Üstəlik, onun ədəbiyyata, yazıya, jurnalistikaya olan sayğısı da mənimüçün çox önəmlidi. Mən onun Vaqif Bəhmənlinin, Əşrəf Veysəllinin, Seyran Səxavətin,Çingiz Əlioğlunun, Umud Rəhimoğlunun və digərlərinin poeziyasına, İlyas Əfəndiyevin,Elçinin bir-birindən maraqlı əsərlərinə, həmçinin Qarabağ muğamına, Ağabalanın,İslam Rzayevin, Süleyman Abdullayevin səsinə heyranlığını heç vaxt unuda bilmərəm.Ümumiyyətlə, hərdən mən elə gəlir ki, Hətəm müəllim kimi insanları Allahdoğulduğu elə, obaya, yurda, məmləkətə böyük sevgiylə hədiyyə edir. Onlarıntimsalında həmin el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir. Bax,bütün bunları düşünə-düşünə mən bu qənaətə gəlirəm ki, Hətəm müəllim kimi insanlar dünyanındayanıqlığını, tarazlığını qorumaq üçün doğulanlar sırasında da yer tutmağahaqq ediblər. Bir az da ətraflı ifadə etsəm, yəni professor Akif Musayev, professorHətəm Quliyev Qarabağın aydınlarının ən aydınlarından biri, ziyalılarının ənziyalılarından biridi. Burdakı söz oyunu heç də nə Akif müəllimə, nə də Hətəmmüəllimə xoş gəlmək üçün yazılmır. Əksinə, onların yaxşıların yaxşısı olduğunuifadə edir. Tam səmimiyyətlə deyirəm ki, mən rəhmətlik Xudu Məmmədovla həmişəqürur duymuşam. Bu gün isə mənim qürur duyduğum insanların sırasında Akif müəllimləHətəm müəllimin özəl yeri var. Və nəhayət...

Bəli, akademik HətəmQuliyev 70 yaşın təntənəsini yaşayır. Mən özüylə, şəxsiyyətiylə, aydınlığı vəalimliyi ilə qürur duyduğum Hətəm müəllimi yaxından tanıdığım üçün bu təntənədən özümə pay götürürəm. Çünki onun olduğu yerdə,məkanda, məclisdə olmaq, bəzən hətta söz demək haqqım da olub. Bu haqqı mənə HətəmQuliyevin sadəliyi, səmimiyyəti veribdi. Mən də həmin sadəliyin, səmimiyyətinqarşısında kiçik bir xatirəylə akademikimizə 100 yaşa! demək istəyirəm.

Günlərin birgünü dəyərli Seyran Səxavətdən mobil telefonuma zəng gəldi. O həmişəki ərklədedi:

- Əbili, (o mənəhəmişə belə müraciət edir - Ə.M.) akademik bir Azikdi (Azəri nəzərdə tutur),bir də mən. Oturmuşuq, gözləyirik möhtərəm Adil Hacıyevi və təbii ki, bir də səni.Özünü yetir...

Deyilən ünvanagetdim. Məclis necə deyərlər, yenicə qızışırdı. Mənə elə gəldi ki, həmişəkikimi dostlar bir araya gəlib. Amma mənim şərəfimə badə qaldırılanda məsələninmahiyyətini anladım. Belə ki, Seyran Səxavətin ön söz yazdığı və çox hörmətlialimimiz, böyük ziyalımız Kamal Abdullanın xeyir-duası ilə işıq üzü görmüş"Yanan məktub" kitabım çapdan çıxmışdı. Bu barədə Seyran müəllim sözsalanda hörmətli akademikimiz vurğulayıb ki, bu məsələ qeyd olunmalıdı. Bax, mənidə həmin qeyd olunan mərasimə dəvət etmişdilər...

Mən onda birdaha Hətəm müəllimin ürəyinin böyüklüyünün və həssaslığının şahidi oldum!..

Var olun Hətəmmüəllim! Ürəyiniz var olsun, yüz yaşayın!



TƏQVİM / ARXİV